çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi Azərbaycanda 100 ildə azı 2 min türk toponim erməniləşdirilib...

Image


Toponimlər hər bir xalqın milli kimliyinə, milli indentikliyinə söykənən bir amildir. Azərbaycan türkləri  tarixən yaşadıqları, sahib olduqları torpaqlarda özlərinin toponimlərini yaradıbdır.

Qədim ərazilərimizdən olan Qərbi Azərbaycanda on minlərlə toponim olub ki, onlar birmənalı olaraq xalqımızın adı, tarixi ilə bağlıdır. Amma təəssüflər olsun ki, 100 ildən artıq bir dövr ərzində Azərbaycan mənşəli toponimlər erməni təcavüzünə məruz qalıb.

Qeyd edilənə görə, Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir: “Ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbaycanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər”.

Müəlliflər yazıblar ki, indiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar:

Bunlar XIX əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlərdir ki, belə təsnifatlandırılır:

1918–1920

1920–1930

1930–1960

1960–1980

Bunlar ayrıca bir mərhələdir ki, əsasən Sovet dövrünə təsadüf edir. 1991-ci ildən sonra isə indiki Ermənistanda Azərbaycan toponimlərin adlarının dəyişdirilməsi daha geniş vüsət alıb.

Bu barədə bizim əksər tədqiqatçıların əsərlərində, internet resurslarında əks olunan araşdırmalarda geniş bəhs olunub.

İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır.

“Ermənistanda türk toponimləri” adlı “Vikipediya” məqələsində (bu məqalədə müxtəlif tədqiqatçıların araşdırmalarından istifadə olunub-İ.S) qeyd edilir ki, ilk dəyişdirilən ad Cəlaloğlu rayonundakı  (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb. Bildirilib ki, tariximizin 1918–20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda Şaumyanların, Lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yamdırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımı da davam etdirdilər. 1918–1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar:Molla Dursun – Şaumyan (Eçmiədzin) Yuxarı Ağdam – Qanzakar (İcevan) Tamamlı – Burastan (Artaşat) və s.

Qeyd edilənə görə, Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. Məlumatda vurğulanır ki, 1924–1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir.  Ermənistanda toponimlərin çoxu iki və ya daha artıq ərazidə təkrarlanırdılar. Toponimlərin dəyişdirilməsi prosesi II Dünya müharibəsindən sonra (1946–1950) daha da sürətləndi. Buna əsas səbəb 1946–1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90 000 erməni Qərbi Azərbaycana köçürülüb. Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi çəkildə deportasiyası idi. SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların ermənistan SSR-dan Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi... Bu qərara əsasən 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı ermənistandan köçürüldü. 1930–60-cı illərdə dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olub.

Qızıl kilsə – Karmiravan (Qukasyan)

Böyük kəpənək – Musaelyan (Axuryan)

Künən – Getaşen (İcevan)

Boğaz kəsən – Dzorakan (Ani)

İtquan – Gülüstan (Əzizbəyov) və s.

Məqalədə əks olunan faktlardan da aydın görsənir ki,  ermənilər bizim toponimlərə kütləvi şəkildə  təcavüz ediblər. Ümumiyyətlə, son yüz ildə saysız Azərbaycan mənşəli toponimlərin erməniləşdirildiyi ortadaddır. Bu məqalədə tutaq ki, şərti olaraq 2 min toponimdən danışılır, halbuki o toponimlərin sayı yüzlərlədir...

  • “Yalnız insanlar deyil, toponimlər də soyqırıma məruz qalıblar, bütün toponimlərimizə  qarşı bu təcavüz, soyqırım edilib”

Tədqiqatçı alim Nazir Əhmədli bizimlə söhbətində bildirdi ki, Qərbi Azərbaycanda erməni təcavüzünə məruz qalan toponimlər çoxdur. Onlar barədə müxtəlif tədqiqatçıların əsərlərində, o cümlədən də Yasin Azərtürkün aidiyyatı tədqiqatlarında bəhs olunur. Azərbaycan türk mənşəli toponimlərin sayının saysız olduğuna diqqət çəkən alim qeyd etdi ki, ermənilərin əsas məqsədi özlərini “yerli xalq” kimi göstərmək olub. Halbuki, Qərbi Azərbaycanda saysız toponimlər olub ki, onlar sonradan saxtalaşdırılıb deyən alim bildirdi ki, ermənilərin bu əməlləri cinayətdir. “Əsas səbəb ermənilər özlərini buranın “yerli əhali”si kimi qələmə vemək istəyi ilə bağlıdır. Buna görə də, Azərbaycan-türk mənşəli toponimləri saxtalaşdırmağa başladılar. Onlar iddia edirlər ki, guya orada “Böyük Ermənistan” “dövləti” olub, bura da oranın “ərazisidir”. Halbuki ruslar bizim torpaqlarda ermənilər üçün dövlət yaratdılar və bu proseslərdən əsasən inqilabdan sonra baş verib. Yəni Azərbaycan mənşəli toponimlərin kütləvi dəyişdirilməsi prosesinə ermənilər keçən əsrin 30-cu illərindən başlayıblar və 60-cı illərdə bunu daha “yüksək həddə” çatdırıblar. Guya bunlar burada qədimdən yaşayırlar, bura “qədim erməni torpağıdır”. Çar Rusiyası dövründə toponimləri elə də çox dəyişmirdilər. Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin dəyişdirilərək erməniləşdirilməsi prosesi əsasən Sovet dövründə həyata keçirilib.Bu da toponimlərimizə qarşı təcüvüz  və qəsddir, onları xüsusi olaraq erməniləşdirməklə tarixmizə zərbə vurmağa çalışıblar. Yalnız insanlar deyil, toponimlər də soyqırıma məruz qalıblar, bütün toponimlərimizə  qarşı bu təcavüz, soyqırım edilib”.

Arxivlərdə Qərbi Azərbaycan ərazilərinin müfəssəl dəftəri, kameral təsvirlər üzərində işləyərkən N.Əhmədli bir sıra təkzibolunmaz faktlarla üzləşib ki, onlar ermənilərə tutarlı cavab ola bilər. O, qeyd etdi ki, arxiv sənədlərində Qərbi Azərbaycanın əraziləri, mahalları, yaşayış məskənləri, insanaları, milli tərkibi və s məlumatlar var və bunlar hamısı ermənilərin bura sonradan gəlmə olduğunu təsdiqləyir. “Bunlar hamısı bizim torpaqlardır. 1831-ci ildə tərtib edilmiş kameral təsvirlər var. Deməli, Rusiya işğalından 3 il sonra 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə fevraın 10-da imzalandı, həmin ilin yayından başlayaraq İrandan, Türkiyədən erməniləri indiki Ermənistan ərazisinə köçürməyə başlayıblar. Yəni o vaxta qədər bu ərazidə əhalinin 80 faizə yaxını türk-müsəlman, 20-30 faizi erməni idi. Kameral təsvirlər elə bil ki, əhalinin pasportudur, kupça sənədidir. Məsələn, Göyçə mahalı üzrə kameral təsvirdən aydın olur ki, 1831-ci ildə Göyçədə 999 müsəlman, cəmi 15 erməni ailəsi varmış. Amma Bəyazid paşalığından 1485 erməni ailəsini ora gətiriblər və orada etnik balansı öz xeyrlərinə dəyişiblər. Mənim doğulduğum Dərələyəz mahalında 1001 müsəlman, 58 erməni ailəsi olub. Orada 515 ailə İrandan köçürüb gətiriblər, amma yenə də etnik balansı dəyişə bilməyiblər, əhalinin 60-65 faizi müsəlman olub. Bilirsiz ki, Sovet hökuməti dövründə də Suriyadan, Livandan erməniləri köçürüb gətirdilər. Kameral təsvirlər sübut edir ki, bu ərazilərn hamısı türk torpaqlarıdır. Orada yaşayan insanların adbaad siyahısından da görünür ki, hamısı müsəlmandır, türkdür. Orada ermənilər çox cüzi sayda yaşayıb. Amma sonradan köçürülmə nəticəsində onların sayı süni şəkildə çoxalıb, onlar etnik balansı dəyişiblər.

Bizim torpaqlarda yaradılan Ermənistan dövləti də özünə “haqq qazandırmaq” üçün bu saxtalaşdırma kampaniyasını daha da sürətləndirib. O torpaqların ermənilərə aid olduğunu “sübut etmək” üçün Azərbaycan mənşəli toponimləri kütləvi olaraq saxtalaşdırıblar” - deyə bildirən N.Əhmədli qeyd etdi ki, o toponimlərin sayı, tarixi adları, onlar barədə bütün məlumatlar tədqiqatçılarımız tərəfindən  araşdırılıb, öyrənilib, kitablarda əksini tapıb. Alim hesab edir ki, bizim əlimizə ermənilərə qarşı kifayət qədər arqumentlər var və onlar ermənilərin cinayətkar əməllərini ifşa edir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ