çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənilərin Almaniya və Fransaya ümidləri puç oldu

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Almaniyaya səfərindən sonra erməni mediasında, sosial şəbəkələrdə, ekspert dairələrində Qarabağda qalan ermənilərlə bağlı bəzi cəfəng fikirlər səslənməyə başlamışdı. Belə ki, ermənilər Almaniyanın kansleri Olaf Şoltsun Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutan dinc həllinə tərəfdar olmasına dair açıqlama verdiyini iddia edərək, bunu az qala toy-bayram kimi qeyd edirdilər.

İddiaya əsasən, kansler martın 2-də Almaniyada səfərdə olan Nikol Paşinyanla görüşündən sonra aşağıdakıları qeyd edib: “Ermənistan-Azərbaycan sərhədində sabitsizlikdən və Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahatıq. Status-kvo davam edə bilməz və xalqın xeyrinə uzunmüddətli həllə ehtiyac var. Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır. Bu prinsiplər bərabər tətbiq oluna bilər”. Azərbaycan rəsmiləri daha öncəki bəyanatlarında birmənalı olaraq Qarabağın erməni sakinlərinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirib. İndi “armenianreport” portalı yazır ki, əslində, Olaf Şoltsun  dedikləri təhrif edilib və alman kanslerin mövqeyi daha çox Azərbaycanın mənafeyinə uyğundur. Bu xüsusda qeyd edilir: “Ermənistanın baş naziri Nikol Paşinanın Almaniyaya olan son səfəri, bu müddət ərzində Almaniyanın kansleri Olaf Şolts ilə görüşü bir anda  böyük məmnunluq yaratmışdı. Birincisi, Almaniya Avropa İttifaqında ən böyük iqtisadiyyata malik ölkədir və onunnla dost olmaq kiçik Ermənistana ən azı iqtisadi cəhətdən tövsiyə olunur. İkincisi, Berlin xarici siyasətdə siyasi müstəqillik qazanmağa çalışır və Almaniyanın bölgədəki vəziyyətə düzgün münasibətə sahib olması Ermənistan  üçün son dərəcə vacibdir. O cümlədən təhlükəsizlik məsələsində. Bu çərçivədə qeyd etmək lazımdır ki, Aİ-nin Ermənistandakı uzunmüddətli missiyasının əsas sütununu almanlar və fransızlar təşkil edir. Xatırladaq ki, Ştutqartdakı Federal Polis İdarəsinin keçmiş rəhbəri Markus Ritter missiyanın rəhbəri təyin edilib. Bundan əlavə, Almaniya vəziyyəti sabitləşdirmək üçün Ermənistanın sərhəd bölgələrinə daha çox müşahidəçi göndərmək niyyətindədir. Lakin  Federal Hökumətin başçısının qorxaqlığına görə Ermənistanın istədiyi bir irəliləyiş və  nəticə əldə edilmədi. Bildiyiniz kimi, Paşinyan ilə birgə mətbuat konfransı zamanı Şoltsun aşağıdakı açıqlmanı verməsi iddia edilmişdi: “Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır. Bu prinsiplər bərabər tətbiq oluna bilər”. Əvvəlcə bu açıqlama Ermənistanda böyük coşquya səbəb oldu. Ancaq tezliklə bu coşqunu məyusluq əvəzlədi, çünki Berlin birdən-birə mövqeyindən geri çəkildi. Alman hökumətinin internet saytında Qarabağdakı ermənilərin  öz müqəddəratını təyinetmə hüququ barədə heç bir söz yox idi. Almaniya hökumətinin nümayəndəsi Volfqanq Buşer alman kanslerinin ifadəsini düzəltmişdi. Berlinə  azərbaycanlıların və türklərin bu məsələdə təzyiqlər etməsi aydındır. Bəli, bu təzyiqlər o qədər çoxdur ki, Şolts sözlərini geri götürdü. Ancaq Almaniya indi aktiv və nüfuzlu geosiyasi oyunçular klubuna girməyə çalışır. Berlin təkcə Avropada deyil, həm də sərhədlərindən kənarda, məsələn, postsovet məkanında, o cümlədən Cənubi Qafqazda aktivdir.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi fonunda Almaniya hərbi büdcəsini xeyli artırdı. Bəs bunların sonunda nə görürük? Berlin hələ də İkinci Dünya müharibəsindən sonra onilliklər ərzində oynadığı ABŞ-ın kiçik qardaşı rolundan çıxa bilməyib. Razılaşın, Almaniya  lideri sözlərini bir neçə saat sonra Bakı və Ankaranın təzyiqi altında geri götürürsə, dünyada Almaniya ilə heç kim hesablaşmayacaq. Onun liderinin sözlərinin isə ən kiçik bir dəyəri yoxdur. Belə sözlər boş yerə deyilir. Nə təəccübləndik, nə də qəzəbləndik. Avropa enerji təhlükəsizliyini, öz maraqlarını daha üstün tutur.  Ermənistanın əsas müttəfiqi olan, mövqeyi  Qərbdə nəzərə alınan Fransa da bəyannamə qətnamələrdən daha irəli getmədi. Paris heç bir sanksiya tətbiq etmir və ya Bakıya ən azı minimum təzyiq göstərmir. Ya istəmir, ya da edə bilməz. Ya da bəlkə də hər ikisi. Fransızlar erməniləri yalnız növbəti seçkilər ərəfəsində xatırlayacaqlar. Almaniya haqqında nə deyə bilərik, bu ölkənin də neft və qaza ehtiyacı var. Boğulan adamın qurtuluşu boğulan adamın özünün işidir. Qərb, Rusiya, İran və ya digər ölkələrdən heç nə gözləməyin. İndiyə qədər geosiyasi oyunlarda Ermənistan çox da yaxşı ifaçı olmayıb. Hələ ki, bu məsələni yaxşı bacarmırıq”. Bunlar fonunda ermənilər etiraf edir ki, Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Digər müstəvilərdə də uğurlu əməkdaşlıq Ermənistanı Qərbdə arxa plana atır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ