çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan Kremlin sanksiyalar hədəfində?...

Image


Son aylar ərzində Rusiya və Ermənistan arasında münasibətlərin kifayət qədər gərgin məcraya qədəm qoyması müşahidə edilir. Ermənistanda artıq belə fikirlər səslənir ki, bu hal Kremlin artıq sanksiyalardan tutmuş müxtəlif digər təzyiq alətlərinə qədər fərqli formalarda İrəvana təsirinin artması ilə müşayiət olunacaq.

Erməni siyasi ekspert Vigen Akopyan məsələ ilə bağlı “Qraparak” nəşrinə açıqlamasında qeyd edir: “Rusiyanın reaksiyası sərt gücdən istifadədən iqtisadi sanksiyalara qədər ola bilər. Ermənistan xarici siyasət vektorunu dəyişdikcə, Moskvanın mövqeyi də  sərtləşəcək.

Rusiya istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanasında əsas vasitəçi qismində özü çıxış etsin. Ermənistanın meyl etdiyi Brüssel sənədi Azərbaycanın təklif etdiyi beş prinsipə əsaslanır. Bakıya gəlincə, burada hər şey məntiqlidir: o özünə daha çox uyğun gələn variantı seçir. Belə olan halda Qərb variantı Azərbaycanı qane edir, çünki onda Qarabağ artıq onun üçün problem deyil, daxili məsələdir. Beləliklə, Qarabağ məsələsi tamamilə mövcud olmaqdan çıxır. Rusiya versiyası Qarabağ  məsələsinin qeyri-müəyyən müddətə gələcək nəsillərə buraxılmasını təklif edir. Təbii ki, Azərbaycan üçün daha az sərfəlidir. Rasional praqmatizm və erməni marağı nöqteyi-nəzərindən İrəvanın niyə hazırkı proseslərin Qərb variantı və bu məntiqlə getməsindən razı qaldığını izah etmək çətindir. Və bu aspektdə Azərbaycan və Ermənistan hakimiyyətinin yanaşmaları təəccüblü dərəcədə üst-üstə düşür və təbii ki, burada erməni marağı tapmaq çətindir”. Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Rusiyanı regiondan sıxışdırıb çıxarsa, Moskva buna sərt reaksiya verəcək: “Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrəvana ünvanladığı xəbərdarlığı nəzərə alaraq, bu ssenarinin həyata keçirilməsini gözləmək olar. Rusiya Ermənistanın cəzalandırılmasına gedəcək. Avropa qurumları istiqamətində bəyanatlar verənlər sadəcə ölkəni itirə bilər. Amma yenə də Ermənistan öz xarici siyasətini dəyişmək istiqamətində hərəkət etməyə çalışır və bunu onunla əsaslandırır ki, Ermənistan-Rusiya müttəfiqliyi nəinki Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, həm də ona böyük təhlükələr yaradır. Nikol Paşinyan son mətbuat konfransında bunu açıq mətnlə bəyan etdi və sonra bu tezis digər rəsmilər səviyyəsində bir neçə dəfə təsdiqləndi. Hər həftə Ermənistan rəhbərliyindən yeni əsaslandırmalar gəlir. Onlar iddia edir ki, Ermənistan öz təhlükəsizlik sisteminin arxitekturasına yenidən baxmağa çalışmalı və alternativ olaraq, guya Qərbi dəvət etməlidir. Bu mənada, Rusiyada bunu görmədiklərini düşünmək sadəlövhlük olardı. Ola bilsin ki, Moskvada bir müddət problemi daha da gərginləşdirmək istəmirdilər, çünki indi, necə deyərlər, bu ondan asılı deyil, onlar daha çox qlobal məsələlərlə məşğuldurlar. Baxmayaraq ki, mən şübhə etmirəm, hətta indiki vəziyyətdə belə Rusiyanın o qədər resursları var ki, istəsə, Ermənistan hakimiyyətinin “zarafatı”na daha sərt reaksiya verə bilər. Gürcüstan, Ukrayna, eləcə də digər münaqişələr bunun bariz nümunəsidir. Biz bunu başa düşməliyik: əgər Moskva itirilmiş vəziyyətə reaksiya verirsə - istər yumşaq güc, istərsə də diplomatiya yolu ilə - bu, adətən Gürcüstan və Ukraynada baş verən kimi olur. Rusiyanın belə ənənələri var, bu üslub ona yaxındır. Politoloqlar bu dövlətin daha əvvəl oxşar hallarda davranışını təhlil edərək bu suala cavab verirlər. Bu həm tarixə, həm də son iyirmi ildə baş verən hadisələrə aiddir. Rusiyada ümumiyyətlə nitq tonu dəyişəndə ​​bunun müəyyən nəticələri olur. Təəssüf ki, ruslar reaksiya vermək üçün lazım olan hər cür resurslara sahibdirlər. Ermənistan kimi kiçik ölkələrə gəldikdə, xüsusən indiki vəziyyətdə reaksiya müxtəlif formalarda özünü göstərə bilər: arzuolunmaz sərt gücün istifadəsindən başlayaraq, konkret iqtisadi sanksiyalarla qədər Moskvanın Ermənistanda rıçaqları çoxdur. Bu rıçaqlardan biri, məsələn, Rusiyanın Ermənistana çox aşağı qiymətə satdığı ənənəvi enerji ilə bağlıdır”.

Ermənistanın “Past” nəşri də vəziyyətin ağırlaşdığını yazır: “Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olub, orada İlham Əliyevlə görüşüb, daha sonra azərbaycanlı həmkarı ilə mətbuat konfransı keçirib. Orada, həmin mətbuat konfransında Lavrova birbaşa sual verildi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistanda hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyinə təhdid olması barədə bəyanatını necə şərh edər. Lavrov “Ermənistan rəhbərinin açıqlamasını tamamilə onun vicdanına buraxıram” deyib. Bəli, vicdanına buraxır. Paşinyanın vicdanına... Sonra Lavrov Aİ müşahidəçilərinin Ermənistana göndərilməsinin region üçün təhlükə yaratmasından uzun-uzun danışıb. Lavrovun diplomatik deyil, ictimai çıxış ritorikasından hansı fərziyyələr irəli sürmək olar? Birincisi, “strateji müttəfiqlər” hesab edilən Ermənistanla Rusiya arasında münasibətlər kritik pozulma həddinə çatıb. Halbuki, Kreml Paşinyan rejiminə yalnız ona görə dözür ki, onun bəzi üçtərəfli sazişləri var. Rusiya hesab edir ki, bu sazişlərin həyata keçirilməsi regionda hələ də onlara nəsə verə bilər. İkincisi, Rusiyada Paşinyanın Ermənistanın təhlükəsizliyinin təhdid edilməsi ilə bağlı bəyanatını layiqli və ya ona bərabər qiymətləndiriblər. Əgər onlar artıq onun vicdanına istinad edirlərsə, onda şübhə yoxdur ki, nəticələr Paşinyan üçün deyil, Ermənistan və ümumilikdə ermənilər üçün kifayət qədər amansız ola bilər. Üçüncüsü, Rusiya Ermənistanın strateji rəqibi olan Azərbaycanla, o cümlədən birbaşa erməni maraqları ilə bağlı məsələlərdə danışmağa və ya danışıqlara üstünlük verir. Bəs Ermənistan haradadır? Ermənistan isə bu müzakirələrdə sadəcə masa üzərində olan obyektdir ki, hər kəs onu istədiyi kimi kəsib yamaq edir. Yeri gəlmişkən, Lavrov İrəvana yox, yalnız Bakıya gedib”. Rusiya-Azərbaycan ekspert şurasının üzvü Aleksandr Artamonov isə diqqəti ona yönəldir ki, Rusiyanın Cənubi Qafqazdakı xarici siyasəti hazırda mühüm dəyişikliklərə məruz qalır: “Rusiyanın regionda prioriteti Azərbaycan və Ermənistan arasında sabit sülhə nail olmaqdır, lakin bu vəzifə yeni strategiya tələb edir. İrəvanın Qərbə doğru daha da meyllənməsi və Moskvanın Bakı ilə Müttəfiqlik Bəyannaməsi imzalaması baxımından iki respublika arasında əvvəlki balanslaşdırma aktı artıq özünü doğrultmur. Rusiya XİN rəhbəri Lavrovun Azərbaycana səfəri Moskvanın Cənubi Qafqazdakı yeni siyasətinin təcəssümüdür. Biz bilirik ki, paradiqma dəyişikliyi gedir, Kremlin bütün Qafqaz düyününə münasibəti dəyişir. Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağ iqtisadi rayonunda Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatacağı 2025-ci il ərəfəsində Moskva Ermənistanın necə davrandığını diqqətlə izləyir. Və belə bir anlayış var ki, regional siyasətdə Azərbaycana güvənmək daha yaxşıdır. Yəni biz tarixi dəyişikliklərin şahidi oluruq və açıq şəkildə deməyə dəyər ki, bu, İlham Əliyevin böyük qələbəsidir”. Artamonov qeyd edib ki, Rusiya sülh mövzusunda Azərbaycana arxalanır: “Ümumiyyətlə, Rusiya indi Ermənistan, Fransa və Amerika təcavüzü qarşısında Cənubi Qafqazda sülh və əminamanlığın qorunmasında Azərbaycana arxalanır. Moskva Azərbaycanla yeni münasibətləri inkişaf etdirmək üçün bütün kontekstdən istifadə edir. Kreml başa düşür ki, bu edilməsə, vəziyyət nəzarətdən çıxa bilər və o zaman Rusiya Cənubi Qafqazda təsirini itirəcək. Lavrovun səfərinin nəticələri müsbət olub. Onun bəyanatları ümumi xarakter daşıyırdı, indi onları dəqiqləşdirmək və konkretləşdirmək lazımdır. Bayramovla aparılan danışıqlar öz nəticəsini verdi və indi bundan sonra nə edəcəyi ilə bağlı konkret protokol hazırlamaq lazımdır”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ