çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Həbsdən, molla şallağından keçdi, 4 ildir Bakıda mühacirət həyatı yaşayır... Babək Türkoğlu... - MÜSAHİBƏ

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz 1991-ci ilin aprel ayının 26-da Güney Azərbayanın Miyanə şəhərində doğulan və 4 ildir Bakıda yaşayan Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin Güney Azərbaycan məsələləri üzrə müavini Babək Türkoğludur.

Miyanəli Babək Türkoğlu gənc olmasına baxmayaraq çox zəngin, şərəfli, eyni zamanda da çətin bir həyat yolu keçib, bu yolda itkiləri də, ağrı-acıları da çox olub, amma xalqımızın molla rejiminin caynağından xilas olması üçün mübarizəsindən bir addım da geri çəkilməyib.

Babək bəy həbs də görüb, molla rejiminin işgəncəsindən, hətta şallaq cəzasından da keçib, bütün amansızlıqların şahidi olub, soydaşlarımıza verilən əzabları ürək ağırısı ilə yaşayıb.

  • “Quzey Azərbaycanda özümü çox güvəndə hiss edirəm”

Vatsap üzrərindən söhbətimizdə Babək bəy bildirdi ki, Bakıda, Azərbaycanın quzeyində özünü mühacirətdə hiss etmir, çünki Bakı hər zaman güneylilərin ümid yeri, pənahı olub.

-Şərqi Azərbaycan əyalətinin Miyanə şəhərində doğulmuşam. Orada böyüyüb boya-başa çatmışam. 2011-ci ildə Təbriz İnstitutunda iqtisadiyyat bölümündə təhsil alırdım, amma molla rejiminin təzyiqlərinə görə ali təhsilimi yarıda buraxıb ölkəni tərk etmək məcburiyyətində qaldım.

- Güney Azərbaycan milli azadlıq hərəkatına, ümumiyyətlə, proseslərə nə zaman qoşuldunuz?

- 2006-cı ildən Azərbaycan milli azadlıq hərəkatında görünmüşəm. Bu hərəkatda çox aktiv iştirak etmişəm. Hətta may qiyamında Miyanə şəhərində insanların meydanlara çağırılmasında, afişaların dağıdılmasında aktiv iştirak etmişəm.

- Molla rejimindən nə kimi əziyyətlər gördünüz?

- Mən də Azərbaycanın Güneyindən olan soydaşlarımızın biri olaraq öz dilimin, mənəviyyatımın, mədəniyyətimin assimliyasiya siyasətinə məruz qalmasının şahidi oldum. Bunlarla yanaşı milli sərvətlərimizin talanması, insanlarımızın ac-yalavac buraxılması, millətimizə qarşı dövlət tərəfindən “ikinci sort” vətəndaş münasibətinin olması, hər zaman bizə qarşı ögey münasibət bəslənməsi kimi məsələlər bizi hər zaman düşündürüb, narahat edib. Əgər sualınız Azərbaycan milli fəallarının hansı əzab-əziyyətlərə məruz qalması ilə bağlıdırsa, Azərbaycan milli hərəkatının dünyada görünməmiş, tayı-bənzəri olmayan milli-mədəni fəalları, demokratik insanları İran adlanan zindanda çox vəhşicəsinə müamilələrə məruz qalırlar. Onların özlərinin tutulmasına baxmayaraq, ailələri daim təhdid altında olur. Milli fəalların zindanda, qazamatda olması və bir tərəfdən də ailələrinin təhdidlər altında yaşması, eyni zamanda ailə başçısı azadlıqda olmadığı üçün iqtisadi çətinliklərlə mübarizə aparması halları var. Bu problemlər azmış kimi, hətta qohumlarına belə basqılar olur, onları da çağırıb sorğu-sual edirlər. Bu cür hərəkətlər milli-mədəni fəalların ailələrinin hərtərəfli şəkildə basqılara məruz qalması deməkdir. Molla rejimi ümumiyyətlə Azərbaycan xalqının milli mənafelərinin boğulması uğrunda bütün çirkinliklərə əl atır, bunların hamısı da müasir dünyada bənzəri olmayan qəddarlıqdır, canilikdir.

- Siz özünüz necə, həbs olunmusunuz?

- Bəli həbs olunmuşam. Həmin dövrün şərtlərinə uyğun olaraq şallaq cəzasına da çatdırılmışam. O zaman yaşımın az olmasına baxmayaraq qırx gün həbsdə yatmışam. Bu azmış kimi, yüz şallaq cəzasına məruz qalmışam...

- Bakıya nə zaman gəldiniz?

- 2019-cu ildə.

- Ümumiyyətlə, güneylilərin xeyli bir hissəsi müxtəlif ölkələrə mühacirət ediblər. Güneydə qalıb molla rejiminə qarşı mübarizə aparmağın əsas çətinlikləri nədir ki, soydaşlarımız çıxış yolunu mühacirətdə görürlər?

- Bizim düşüncəmizdə, bizim təfəkkürümüzdə həqiqətən də Azərbaycanın Güneyi və Quzeyi bir bütövdür. Bunu Azərbaycanın Güneyindəki soydaşlarımız, milli fəallar deyirlər. Bilirsiz, Azərbaycanın Güneyində milli fəalların göstərmiş olduqları mədəni fəaliyyətə baxmayaraq fars rejimi onları siyasi məqsədlə tutuqlayıb. Özü də rejim milli fəalları canilərin, qatı cinayətkarların içinə salaraq onların apardıqları mübarizəni aşağılamaq niyyəti güdür. Fəallarımızın həyatını rejimin içəridəki quldur dəstələrinin dəstəyi ilə təhlükə altında saxlaması məsələsi də var. Onlar həbsxanadan çıxdıqdan sonra heç bir dövlət qurumunda işləyə bilmirlər. Hətta fəhlə kimi gedib hardasa işlədikdə belə dolayı yollarla  rejim tərəfindən basqılara məruz qalırlar. Soydaşlarımız fəhlə işində də çətinliklərlə üzləşirlər. Bu da aydın məsələdir ki, ailədə iqtisadi problemə səbəb olur, milli fəal işsizlik və basqı ilə üzləşdiyindən aiəsinin maddi problemlərini həll edə bilmir. İstər-istəməz buna görə onlar özlərini ailələri qarşısında günahkar hesab edirlər. Hər cür basqılar nəticəsində çıxış yolunu ölkədən çıxmaqda görürlər. Milli fəallar hökumət tərəfindən nəzarət altına alınır və hər addımları diqqətlə izlənilir. Onları həbsxanadan buraxanda belə şərtli buraxırlar. Kiçik bir addım atdıqda bunları tutub ağır cəzalarla hədələyirlər. Bütün hallarda hər zaman onların həyatı üçün təhlükə olur. Onlar öz ailələrini düşünürlər və məcburiyyət qarşısında qalıb ölkədən çıxırlar. Milli fəallarımız xaricdə diaspor fəaliyyəti ilə məşğul olurlar.

- Bu gün Güneydə baş verənləri necə qiymətləndirirsiniz?

- Azərbaycan milli hərəkatı 25-30 ildən bəridir ki, tamamilə diqqətli bir şəkildə öz mübarizəsini mədəni, sivil bir formada sürdürür. Azərbaycan milli fəallarının həbsxanalardan buraxılması məsələsində Tehran rejimi çalışır ki, özünü Qərb dünyasına, beynəlxalq təşkilatlara guya siyasi fəalları həbsdən buraxır kimi göstərsin.

- Soydaşlarımız milli hökumət qurmağa nail ola bilərmi?

- Ümumi olaraq soydaşlarımızın milli hökumət yaratmaq məsələsində öz varlıqları, dırnaqları ilə sürdürmüş olduqları mübarizələrini bugünə qədər  gətirib çıxarıblar. Milli hökumətin yaradılması isə bugündən sonra İranın indiki vəziyyətində mümkündür, amma ciddi dəstək lazımdır.

İran iqtisadi bohran içində boğulur. Bu ölkədə nə milli mədəni yaşayış var, nə də başqa şeylər. Demək olar ki, o ölkədə insanlar yaşamırlar, onlar “ölmüş bir cisim içində sadəcə ruh”dur. İnsanlar hamısı məişət problemi ilə üz-üzədir. Hər bir insanın öz ailəsi qarşısında bir sıra məsuliyyəti vardır ki, İran adlanan ölkədə insanların 100-də 70-i onu yerinə yetirə bilmir. Yenə ailəsi qarşısında xəcalətlidir. Bu kimi problemlərə baxmayaraq, Azərbaycan milli hərəkatı öz varlığını, dünyanın heç bir yerindən dəstək almamasına baxmayaraq, bugünə kimi şərəfi, qüruru ilə yola uyğun, Azərbaycana yaraşır, türk millətinin şənini qoruyan  bir şəkildə sürdürür. Bundan sonra Azərbaycan milli hökumətinin yaradılması üçün mütləq mənada geniş dəstək lazımdır. Hər hansı bir dəstək olmazsa, bu millətin, bu fəaliyyətlərin, bu fəalların beynəlxalq səviyyədə səsləri eşidilməzsə, onlara hərtərəfli köməklik göstərilməzsə Azərbaycan Milli hökumətinin qurulması prosesi çox çətin olacaq. Hətta bu möcuzəvi bir proses olacaq. Azərbaycanın güneyində millətin ortaya qoymuş olduğu bir şüar var: azadlıq, ədalət, milli hökumət. Bu bizim bütün istəklərimizi açıq şəkildə ifadə edir.

- Devrilmiş İran şahının oğlunu bu gün gündəmə gətirirlər. Rza Pəhləvinin molla rejimi ilə anlaşması mümkün ola bilərmi?

- Bizim bir sözümüz var ki, şahla mollanın arasında sadəcə tacla əmmamə yer dəyişdirib. Fars şovinizmi farsçılıq düşüncəsi adı altında sözdə İslam Respublikası yaradılması hər kəs tərəfindən bilinən məsələdir. Buna misal olaraq keçmiş şahın oğlu ilə mollaların birlikdə göstərmiş olduqları fəaliyyəti qeyd etmək istəyirəm. Dəfələrlə biz bu problemi yaşamışıq. Uzağa getmək istəmirəm: 2019-cu ildə benzinin bahalaşması nəticəsində Güneydə və bir çox şəhərlərdə ayaqlanmalar baş verdi. Bu hətta 1500 nəfərin ölümünə səbəb olan bir qiyam idi. Rejim o zaman da bütün sərhədləri, hər yeri çəkib bağladı. Ölkə, demək olar ki, alov bölgəsinə çevrildi. O zaman da şahın oğlu çıxıb bir açıqlama verdi ki, biz artıq qayıtmaq üçün hazırlaşdırıq. Onların 15-20 nəfərlik dəstəsi, səhv etmirəmsə, İsfahan şəhərində şahın oğlu, Pəhləvilərlə bağlı şüarlar səsləndirdilər. Bununla istər-istəməz ultimativ bir şəkildə qiyam yatırıldı. Səbəb nə idi? Türk milləti ilə yanaşı İran adlanan ölkədə bir çox etniklər yaşayır. Bunun ərəbi də, kürdü də, bəlucu da var və s. Bunlar da Pəhləvi dönəmində çox ağır repressiyalara məruz qalmış millətlərdir. Ərəb də özü özlüyündə öz dilinin, mənəviyyatının, kültürünün assimliyasiya olunduğunu, istismar edildiyini, kürd də həmçinin qətliama məruz qaldıqlarını bilir. Şahın oğlu çıxıb hansı vədlərlə İran adlanan ölkəyə qayıtmaq istədiyini açıqlasa da, istər-istəməz buradakı etirazlara, ayaqlanmalara bir ləngitmə gətirir. Biz bunun keçən dəfə şahidi olduq, bu gün də şahidi oluruq.

Biz əgər ayaqlanıb bədəl ödəyəcəyiksə, bu ancaq Azərbaycanın istiqlalı üçün olacaq. Azərbaycanın Güneyindəki insanların bir çoxu bunun fərqindədir.

- Bakıda nə işlə məşğulsunuz?

- Mən özüm dərziyəm, dərzi işləyrdim. Lakin son 2 ayda bu sahədə çətinlik olduğu üçün tikinti şirkətində işləmək məcburiyyətində qalmışam. Çox şükürlər olsun ki, bu gün öz dövlətimdə yaşayıram. Biz vaxtilə düşmənin əlinin altında fəaliyyət göstərib bütün təhdidlərə qarşı mübarizə aparmışıqsa, bu gün öz Vətənimdə, dövlətimdə fəaliyyət göstərirəm. Burada fəaliyyətimə heç bir məhdudiyyət hiss etmirəm. Quzey Azərbaycanda özümü çox güvəndə hiss edirəm. İctimai-siyasi fəaliyyət göstərməyim də təbii ki, mümkündür.

- Vətəndaşlıq almısınızmı?

- Xeyr.

- Bu gün Güneydə soydaşlarımızın haqqı tapdalanır, dil, ana dilində təhsil məsələsi ağrılı yerimizdir. Bu problemin beynəlxalq qurumlara daşınması üçün nə işlər görülür?

- Təbii ki, İran adlanan ölkədən xaricə çıxan milli fəallar əllərindən gəldiyi qədər çalışırlar ki, beynəlxalq qurumlarda Güneyin səsi olsunlar. BMT-yə qədər gedib çıxdılar. Orada çalışırlar ki, mümkün qədər Güneyin problemlərini dünyaya çatdırsınlar. Amma təəssüf ki, elə də böyük nəticə əldə olunmur. Bu da bizim xaqlımıza olan münasibətlə bağlıdır. Biz 30 il Qarabağ problemimizi dünyanın bütün təşkilatlarına daşıdıq, amma ögey münasibət gördük.    

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ