çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan Brüssel və Moskvanın arasında - rusların Ermənistana təzyiqi sürətlə artır

Image


Azərbaycan cari il ərzində Ermənistanla sülh müqaviləsinin imzalanmasında, Cənubi Qafqaz barış mühitinin bərqərar olmasında maraqlı tərəf kimi çıxış edir. Bu xüsusda ölkəmiz konkret təşəbbüslər də irəli sürüb. Lakin hazırda sülhlə bağlı proses Ermənistan üzündən ləngiyir.

Digər tərəfdən diqqət çəkən odur ki, Ermənistan müəyyən qüvvələri regiona cəlb etməklə də onların vasitəsilə sülhə xələl gətirir. Bütün bunlara rəğmən, Azərbaycan sülh üçün fəaliyyətini davam etdirir.

Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə prezident İlham Əliyev bu xüsusda qeyd edib: “Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda, biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”. Amma belə görünür ki, Ermənistan prosesdə Rusiyanın iştirakını məhdudlaşdırmaq üçün Qərbdən olan müəyyən qüvvələrlə sıx işbirliyi qurub. Elə Avropada da müəyyən qüvvələr Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün fəal iş aparırlar. Avropa Parlamentinin deputatı Marina Kalyurandın açıqlamalrı da bunun faktiki təzahürüdür. Onun sözlərinə görə, əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Ermənistanla münasibətləri genişləndirə bilər. Kalyurand qeyd edib ki, bu gün Ermənistan Rusiya ilə bir neçə təşkilatda müttəfiqdir: “Biz Ermənistanın KTMT-nin üzvü olmasını, eləcə də Rusiya və Belarusla Gömrük İttifaqında iştirak etməsini görməzdən gələ bilmərik. Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək”. Avropa Parlamenti deputatının açıq bəyanatı onu göstərir ki, Aİ Ermənistan qarşısına açıq şərt qoyub. Ermənistan Aİ-lə əlaqələrini inkişaf etdirmək istəyirsə, Rusiya ilə müttəfiqlikdən imtina etməli və əlaqələri pozmalıdır. Artıq Avropa İrəvanın ikili oyunundan təngə gəlib və Ermənistanın tərəf seçməli olduğunu açıq formada vurğulayır. Eyni şeyi də Rusiya istəyir. Bu vəziyyətdə Ermənistan artıq Qərb və Rusiya arasında çəkişmə məkanına çevrilib. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan belə vəziyyətin ölkə üçün ciddi təhdid yaratdığını vurğulayır: “10 noyabr 2020-ci ildən sonra biz tamamilə fərqli bir ölkədə yaşayırıq. Müharibə bizə özüylə elə nəticələr gətirdi ki, Ermənistan artıq nəinki Qarabağın, heç özünün təhlükəsizliyinin təminatçısı sayılmır. Hazırda Ermənistan Respublikası fiziki olaraq 2 faktora görə mövcuddur. Bu faktorlar Rusiya və İran İslam Respublakısıdır. Əgər qeyd etdiyim 2 amil olmasa, Ermənistan olmayacaq. İran Zəngəzur naminə qarşıdurmaya belə girməyə hazırdır. Ermənistan-Türkiyə sərhədi rus qoşunları tərəfindən qorunur. Hökumət isə təbliğat aparır ki, Rusiya sizin düşməniniz, Türkiyə dostunuzdur. Onlar sizi inandırırlar ki, biz Azərbaycanla münasibətləri onların istədiyi kimi tənzimləyə və birgə yaşaya bilərik”.

Erməni politoloq Hayk Sukiasyan bildirir ki, İrəvanın addımlarından narazı qalan Rusiya Ermənistana qarşı artıq birbaşa hücuma keçib. Onun sözlərinə görə, Rusiya qəzəblidir, çünki onun aləti olan “5-ci kolon” səmərəsiz olub. Sukiasyan bildirib ki, Ermənistan hakimiyyətini ehtiyatlı olmağa və 102-ci Rusiya hərbi bazasını nəzarətdə saxlamağa çağırır: “Nəzərə almaq lazımdır ki, Ermənistan-Rusiya münasibətlərinin spesifik xüsusiyyətləri var, qaz və elektrik enerjisi ilə bağlı uğursuz oldular, deməli, başqa hərəkətlərə keçəcəklər”. Baş verənlərlə bağlı “Vestnik Kavkaza” nəşri də çox maraqlı məqamlara toxunur. Nəşr yazır ki, Rusiyanın xarici işlər naziri iki günlük rəsmi səfərlə Bakıdadır: “Lavrovun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən çox mühüm bir detalı ehtiva edir: Bakıdan sonra rusiyalı nazir, əvvəllər olduğu kimi, Cənubi Qafqazda formal tarazlığı saxlamaq üçün İrəvana getməyib, Moskvaya qayıdacaq. Hətta Rusiya XİN rəhbərinin yaxın gələcəkdə Ermənistana səfərinin mümkünlüyü barədə də məlumat yoxdur. Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində bu nə deməkdir? Erməni təxribatı nəticəsində üçtərəfli format ikitərəfli formata çevrildiyindən, Lavrovun səfəri həm də ötən ilin dekabrından sonra Ermənistan-Azərbaycan nizamlanması üzrə qarşılıqlı Bakı görüşü kimi dəyərləndirilməlidir. Rusiya Cənubi Qafqazda stabilləşmədə maraqlıdır və bununla maraqlanan bütün regional oyunçularla danışıqlar aparacaq. Əgər Bakıya sülh lazımdır, İrəvana isə lazım deyilsə, o zaman Moskva əvvəlcə bu sülhün parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıracaq, bundan sonra Ermənistan rəhbərliyinə o olmadığı halda razılaşdırılmış fəaliyyət planını təqdim edəcək. Üçtərəfli görüşün pozulması Rusiyanın Ermənistana qarşı səbr kasasında son damla oldu. O gündən etibarən iki ölkə arasında siyasi təmaslar gərginlikdədir. Paşinyanın komandası özünün yeni kəşf etdiyi Qərb himayədarlarının antirusiya göstərişlərini həyata keçirməyə başlayana qədər Moskva İrəvanın Aİ ilə flört etməsinə icazə verməyə hazır idi. Lakin Mirzoyanın Moskva-Bakı-İrəvan görüşündən imtinası qarşıdurmaya çevrildi. Ermənistan Rusiya formatında danışıqlar aparmaq istəmədiyini açıqladı. Paşinyanın komandası ya öz mövqeyini tapa bilmədi, ya da Qərbə istiqamətlənmiş kursa sadiq qalmağa qərar verdi. Lakin son iki ay ərzində Rusiya ilə hansısa formada əlaqələr qurmaq üçün addım atmadı. Bütün bunların fonunda Lavrovun Bakıya gəlib İrəvana məhəl qoymamasına təəccüblənməyə dəyməz”. Nəşr yazır ki, Rusiya əməkdaşlığa can atan ölkələrlə əməkdaşlıq edir və Qərbin düşərgəsinə keçmək istəyən oyunçulara zəhmət sərf etməməyə üstünlük verir: “Aİ müşahidəçilərinin iki illik “mülki” missiyasının İrəvana gəlməsi hər üç dövlətin - İrəvan, Bakı və Moskvanın Cənubi Qafqaza dair mövqelərini aydınladır. Aİ-nin “mülki” missiyasına, yalnız rəsmi versiyaya görə, fransız jandarmları və alman polisləri daxildir. Erməni politoloqları bildirirlər ki, Ermənistandakı missionerlər Rusiya və İran qoşunlarına casusluq edərək Gümrüdəki 102-ci Rusiya hərbi bazasının bağlanmasına zəmin yaradacaqlar. Bu, regiona perspektiv dağıdıcı qüvvələrin yeridilməsi, sülh danışıqlarının blokadaya alınması və Ermənistan ordusunun Azərbaycana qarşı yeni müharibəyə hazırlanmasıdır. Rusiya və Azərbaycan da, öz növbəsində, Cənubi Qafqazda yeni müharibənin alovlanmasının qarşısını almaq əzmindədir. Lavrovun Bakıya Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ildönümündə səfəri təsadüf deyil. Bu, dinc perspektivin reallığa çevrilməsi üçün addımların əlaqələndirilməsidir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ