çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Aşqabad ləngiyir - “Transxəzər” layihəsi sual altına düşür...

Image


“Transxəzər”lə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. “Transxəzər” kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir... Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən “Transxəzər” layihəsi haqqında danışmaq yersizdir... Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək”. Bu sözləri hələ yanvarın əvvəllərində prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.  

Hazırda Azərbaycan, Türkiyə Türkmənistana öz qazını Qərb bazarların çatdırmaq üçün müvafiq köməkliklər etməyə hazır olduqlarını bildirsələr də, Aşqabad bu istiqamətdə müvafiq addımlar atmağa tələsmir. “Azadlıq” radiosunun türkmən xidməti bildirir ki, Türkmənistan özünün qaz ixracat marşrutlarını şaxələndirmək üçün yaranmış belə bir əlverişli dövrdə, yenidən Rusiyanın orbitinə qayıtmağa meyllənib. Rusiya isə artıq bir xeyli vaxtdır ki, Türkmənistanın əsas qaz alıcısı deyil. İndi Türkmənistanın ən böyük alıcısı Çindir. Çin hazırda Türkmənistandan vaxtilə Rusiyanın aldığından dörd dəfə artıq qaz alır. Amma Çin özünü enerji ticarətində daha çox biznes partnyoru kimi aparırsa, Moskva, böyük bir ehtimalla, bu sövdələşmədə siyasi maraqlara malik olacaq. Bu xüsusilə də indi, Rusiyanın Avropanın qaz bazarından çıxarıldığı bir vaxtda daha da aktualdır. Londondakı “Chatham House” analitik mərkəzindən beynəlxalq ekspert Annet Bor bu fonda qeyd edir: “Geniş mənada Türkmənistan Avropa İttifaqının qaz bazarına potensial çıxışı ola biləcək mühüm qeyri-Rusiya qaz mənbəyidir. Bu Aİ-nin Rusiya qazından başqa mənbələrə daha ucuz və daha səmərəli keçidinə imkan yaradardı. Lakin Aşqabad aşkar şəkildə Rusiyanın yanına keçməkdə, öz qazının Qərb istiqamətində yönləndirilməsi imkanına arxa çevirməkdədir. Başqa sözlərlə ölkə özünün Rusiya və İran kimi avtoritar silahdaşları birgə addımlamağı və təcrid olunmuş vəziyyətdə qalmasını qoruyub saxlamaq yolunu seçib”. Bu arada xatırladaq ki, “Gazprom” şirkətinin rəhbəri Aleksey Miller fevralın ortalarında Aşqabada səfər edərək orada Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və onun prezident olan oğlu Sərdar Berdiməhəmmədovla görüşüb. Bu, onun son 6 ayda Türkmənistana ikinci səfəri olub.  Rusiya Türkmənistandan təbii qaz idxalını 2016-cı ildəki sıfırdan 2021-ci ildə 10 milyard kubmetrə çatdırıb. Bu rəqəm 2000-ci illərin ortasında bundan 4 dəfə çox – ilə 40 milyard kubmetr idi. Moskva o vaxt türkmən qazından öz qazını Avropa bazarına çıxarmaq üçün istifadə edirdi. Hazırkı 10 milyard kubmetr həcminin artırılacağı barədə heç bir bəyanat verilməsə də, Rusiyanın qaz nəhəngi Türkmənistanla qaz əməkdaşlığı barədə müzakirələrin davam etdiriləcəyinə işarə edib. Lakin Millerin səfəri Rusiyanın Türkmənistana özünün qaz bazarındakı yerini tarazlamaq yolunda maneə yox, öz aktivi kimi baxdığına dair şayiələri daha da gücləndirib. Miller 2022-ci ilin Rusiya qazı üçün “çox ağır il” olduğunu etiraf etmişdi. Kremlə yaxın “Teleqram” kanallarından biri yazır ki, Miller əslində, Türkmənistana Moskvanın “Transxəzər”  kəmərinin tikintisinə heç bir vəchlə yol verməyəcəyinin mesajını verib. Bu kəmərin tikintisi Azərbaycanın Avropa İttifaqına qaz ixracatını artırmaq imkanı verə bilər. “Şərqə baxış” adlı həmin teleqram kanalında deyilir: “Əvəzində Türkmənistana öz qazını İranın ərazisindən birbaşa Türkiyəyə ixrac etmək imkanı vəd edilib. Bu sxemlə əməkdaşlıq etməklə Türkmənistan Rusiyanın və İranın yaratmaq, Qətərin isə qoşulmaq istədiyi “qaz OPEC-nin” tamhüquqlu üzvünə çevriləcək”.

Öz qazını nəhəng həcmlərlə Xəzərin dibi ilə çəkiləcək kəmərlə nəql etmək niyyətini Türkmənistan azı 25 ildir ki, bəyan edir. Xəzər dənizinin hüquqi statusu barədə razılaşmanın əldə edilməsi ilə Azərbaycan və Türkmənistan arasında dəniz neft yataqları üstündə mübahisə də müsbət həllini tapıb. Hətta bundan əvvəllər də Rusiya və İran belə bir layihəyə ətraf mühit mülahizələri ilə mane olacaqlarına işarə etmişdilər. Lakin “Transxəzər” Avropa üçün bu qış çox faydalı ola bilərdisə də, indi Aşqabadın yanaşması sıbıbindən Avropanın enerji bazarı bu layihəyə o qədər də üstünlük vermir. “S&P Global Commodity Insights” şirkətindən Loren Ruzekasın   fikrincə, Rusiya qazından xilas olan Avropa İttifaqı təchizatın gələcəyini daha çox maye qaza söykənən şəbəkələrə bağlayır: “Hazırda həqiqətən də böyük qaz kəmər layihələrinə və onların maliyyələşdirilməsinə həvəs azalıb. Orta müddətdə Avropaya qaz lazım olmayacaq. Bundan sonra isə idxal tələbi 2050-ci ilədək sıfra enəcək bir bazara xidmət etməli olan kəmərlərin tikintisinə kimin pul xərcləmək istəməsi sual altında qalacaq”. Burada onu da xatırladaq ki, ötən ilin dekabr ayında Sərdar Berdiməhəmmədov Azərbaycan və Türkiyə prezidentləri ilə Türkmənistanın Avaza şəhərində görüşmüşdü. O vaxt Türkmənistan və Azərbaycan arasında qaz kəmərinin çəkilişinin mümkünlüyü əsas müzakirə predmeti idi. Lakin Türkmənistan elə o vaxt  Qərb diplomatlarına bildirmişdi ki, Aşqabad tikintisi daha ucuz başa gələcək, amma daha az qaz nəql edəcək alternativlərdə maraqlı deyil. “Chatham House” analitik mərkəzindən beynəlxalq ekspert Annet Bor bu barədə deyir: “Türkmənistanın istədiyi odur ki, Avropa pulunu da götürüb gəlsin və onunla ilə 30 milyard kubmetrlik uzunmüddətli kontrakt bağlasın. Amma bu baş tutacaq məsələ deyil”. Ekspert əlavə edir ki, Türkiyə də Aşqabadın mövqeyindən arxayın deyil. Öz qazını Qərbə nəql etmək üçün texniki imkanları olmayan və qazın ixracı üçün şimala – Rusiyaya və şərqə Çinə baxan Türkmənistan ümidini, qazı Hindistan, Pakistan və Əfqanıstan ərazisi ilə nəql edəcək TAPI adlı konsorsiuma bağlayır. Həmin konsorsiumun isə hələ ki gözə dəyən investoru yoxdur. Moskva bu layihədə marağı olsa da, bundan artıq nəsə deməyib. Rusiyanın Kabildəki səfiri Zamir Kabulov  bildiribki, kəmər üçün bir vaxtlar mövcud olan sərt şərait indi “bir az yumşalıb”. Kabulov əlavə edib ki, Moskvanın bu layihədə iştirakı onun kommersiya dəyərindən asılı olacaq. Lakin “S&P Global Commodity Insights” şirkətindən Loren Ruzekas bildirir ki, bu layihənin bəhrə verməsi şansları indi sıfırdan da aşağıdır. Ekspertin sözlərinə görə, maye qazın qiymətlərindən şoka düşən Pakistan və Hindistan bu layihənin gerçəkləşməsini istərdilər. Lakin bu layihə ilə bağlı fundamental problemlərdən biri də Türkmənistanın “Turkmengaz” şirkətinin texniki imkanlarıdır. Ekspert qeyd edir ki, Rusiya hazırda hər hansı kəmərə milyardlarla dollar xərcləmək qüdrətində deyil. Digər tərəfdən isə Rusiyanın Türkmənistana təklif etdiyi variant – İran vasitəsilə ixrac Aşqabadın regional enerji nüfuzunu artırmayacaq. Britaniyadakı Methinks araşdırma firmasından enerji təhlükəsizliyi eksperti Con Roberts  bildirir ki, Türkmənistanın İran ərazisi ilə Türkiyəyə nəql edəcəyi qazın həcmi ildə 5 milyard kubmetrdən artıq olmayacaq. Ekspertin fikrincə, Türkiyənin də belə layihələrə qol qoyub-qoymayacağı məlum deyil. O düşünür ki, Ankara ehtimal ki, Avropa İttifaqının bu layihəyə mənfi münasibətini nəzərə almalı olacaq. Lakin Rusiyanın Türkmənistanı idarə etmək üçün rıçaqları var. Rusiya qaz qiymətlərinin kəllə-çarxda olduğu bir vaxtda Türkmənistandan qaz nəqlini dayandırmaqla Aşqabadın iqtisadiyyatına ağır zərbə vurmuşdu. “Türkmengaz”ın 2015-ci ildə dərc etdirdiyi bir hesabatda Rusiya “etibarsız partnyor” adlandırılırdı. Ekspert Annet Bor bu qənaətdədir ki, Türkmənistanın Rusiyanın layihələrinə çox da etibar etməməsi müdrik mövqe olardı: “Rusiya özünün qaz bazarını rekonfiqurasiya etməklə məşğuldur. Qərb tərəfindən təcrid olunan Moskva İrandan getdikcə daha çox asılı vəziyyətə düşür ki, bunun da Türkmənistan üçün təsirləri ola bilər. Moskva gələcəkdə Qazaxıstan və Türkmənistan vasitəsilə İrana, oradan isə Pakistan və Hindistana çıxış axtarır. Lakin Pakistana gedən mövcud marşrutla kiçik həcmlər daşına bilər və üstəlik də bu yayğın ideyanın həyata keçməsinin infrastruktur, logistika və texniki əngəlləri var”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ