çərşənbə günü, 11 noyabr 2026
     

Münhendə ifşa edilən Ermənistanın qisası - Qərb və Rusiya toqquşdurulur

Image


Münhen Təhlükəsizlik Konfransında xüsusi diqqət mərkəzində olan regionlardan biri də Cənubi Qafqaz oldu. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra burada hadisələrin inkişaf axarının beynəlxalq ictimaiyyət üçün çox maraqlı olduğu bir daha üzə çıxdı. Bu mənada Azərbaycanın regionda postmünaqişə dövründə həqiqətləri məharətlə dünya ictimaiyyətinə çatdırması da özünü qabarıq şəkildə büruzə verdi.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev konfransın əsas proqramı çərçivəsində, həmçinin keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada, daha sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələləri ictimaiyyətin diqqət mərkəzinə çatdırdı. Belə ki, prezident Əliyev Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan məharətlə istifadə edərək, sülh gündəliyini prioritet olaraq ortaya qoydu, Ermənistan baş nazirinin qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalarını bir daha məhv etdi. Elə bu səbəbdəndir ki, həmin tədbirdən sonra Ermənistan baş naziri ölkəsində yenə ciddi tənqid hədəfidir. Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri David Şahnazaryan məsələ ilə bağlı qeyd edir: “Münhen konfransında Ermənistanın maraqlarının təmsilçisini görmədim”. Onun sözlərinə görə, Münhendə Azərbaycanın bütün ittihamları qəbul edilib: “Bu gün aparılan siyasət və demək olar ki, bütün siyasi elita bununla razılaşır, dağıdıcı siyasət var. Məsələn, İlham Əliyev Ermənistanı işğalda, təcavüzdə ittiham edir və cavab almır, Ermənistanın faktiki dövlət başçısı Azərbaycanın “müharibəyə başladığı”nı dilə gətirmir, buna “sübut” təqdim etmir. Əgər bu vəziyyətdə sülh bərqərar olsa, ümid edirəm ki, olmayacaq, ondan sonra Azərbaycan Ermənistandan təzminat tələb edəcək və Ermənistan hökuməti bunu qəbul edəcək”. Şahnazaryan bildirib ki, Münhen konfransında Azərbaycanın bütün arqumentləri qəbul edilib.  Ermənistanın Alternativ Layihələr Qrupunun həmtəsisçisi, ekspert Vahe Hovhannisyan qeyd edir ki, baş verənlər Azərbaycanın daha bir mühüm qələbəsidir. O qeyd edib ki, inanılmaz olsa da, Ermənistanda dövlət və milli məzmunsuzluq olması faktdır: “İrəliləmək, gələcək üçün alternativ gündəm yoxdur. Buna liderlik çatışmazlığı deyilir. Ermənistan Qafqazın yeni memarlığında heç bir maraqlı ideya irəli sürmür. Ermənistan Rusiya-Qərb qarşıdurmasının episentrinə düşdü. Azərbaycan bunun əksini etdi. Hər şey onu göstərir ki, Ermənistan böyük sınaq astanasındadır. Onun mümkün təzahürlərini təsəvvür etmək dəhşətlidir. Fəlakəti dayandırmaq üçün yeganə seçim mübarizənin yeni məzmunu və yeni idarəçilikdir. Ən pisdən qaçmaq üçün hansı resursların mövcud olduğunu başa düşməliyik. Amma bunlar olmadıqca Azərbaycanın yeni nailiyyətlərini görməli olacağıq”. Ermənistan parlamentinin  “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da eyni mövqeni bölüşür. O, İlham Əliyevin Münhen konfransında söylədiyi fikirlərə istinad edərək deyib: “Şahid olduğumuz alçaldıcı vəziyyətin üzərində dayanmaq istəmirəm. Bütün məsələlərdə İlham Əliyevə adekvat cavab verilməli idi. Dediyi hər söz Ermənistan üçün təhqir idi. Bu, həqiqətən də milli ləyaqətimizə zərbə idi”.

Artsvik Minasyan diqqəti ona da çəkir ki, Ermənistan geosiyasi toqquşma mərkəzinə çevrilib və Azərbaycan bundan mütləq istifadə edəcək: “Xüsusilə Moskva rəsmən Avropa İttifaqı müşahidəçilərini Rusiyanı izləmə əməliyyatı kimi qiymətləndirirsə, bu təhlükəlidir. Bu o deməkdir ki, biz Rusiya və Qərb maraqlarının toqquşmasını Ermənistan üzərində qurmuşuq. Hər şey etmək lazımdır ki, maraqlar toqquşmasın. Amma onlar hər şeyi ediblər ki, bir tərəfdən Rusiya, digər tərəfdən Avropa bəyan etsinlər ki, burada bir-biri ilə vuruşurlar. Bu bizi heç bir yaxşı yerə aparmır. Əgər doldurmağa gəlirləsə, bu başqa məsələ, amma bir-birini əvəzləmək yanaşması ilə gəlib hərəkət etməli olsalar, bu, maraqların toqquşmasına gətirib çıxaracaq və Ermənistan hücuma məruz qalacaq. Ermənistanın Aİ-nin maraqlarına xidmət edən ölkə kimi qiymətləndirilməyə başlamasına səbəb indi Rusiyanın Azərbaycanın maraqlarına uyğun bəyanatlar verməsi ola bilər”. Ermənistanın “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan bu vəziyyətdə Moskvanın təxribat təşkil edəcəyindən ehtiyat edir: “Heç bir razılaşmadan geri çəkilməmişik, cəmi 100 müşahidəçi gətirmişik, Rusiya bizi cəzalandırmaq qərarına gəlib”. Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avropanın missiyasına yenidən toxunub: “Biz bu barədə mövqeyimizi bildirmişik və təkrar edirəm: Missiyanın mülki xarakter daşıdığını deməklə, Avropa heç də tam həqiqəti demir və ya yalan danışır”. Qeyd edək ki, Aİ missiyası 20 fevralda fəaliyyətə başlayıb. Onun tərkibinə alman polisi və fransız jandarmasından nümayəndələr də daxil edilib. Bu isə missiyanın heç də mülki olmadığı anlamına gəlir. Xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk qeyd edir ki, Rusiya baş verənlərə seyrçi qalmayacaq: “Bu günlərdə Münhen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Müəyyən fasilədən sonra Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi özü-özlüyündə müsbət faktdır. Çünki birinci şəxslərin görüşləri davam edirsə, demək hələ ki, müharibə yoxdur. Digər tərəfdən, Bakı və İrəvanın Qərbin danışıqlar platformasında bu cür təmasları Rusiyada bir çoxlarında daha çox gərginlik yaradır. Çünki hesab edilir ki, nizamasalma prosesi tədricən və davamlı olaraq Qərbə tərəf yönəlir, yəni hazırkı geosiyasi hadisələrin fonunda ABŞ-ın əlinə keçir. Lakin demək lazımdır ki, Bakı bu mövzunu Qərbin danışıqlar masaları arxasında ilk dəfə müzakirə etmir və bu mənada Moskvadan heç nəyi gizlətmir. Problem tamamilə başqadır. İndi İrəvan açıq-aşkar o tərəfə meylini gücləndirir və Moskvadan narazılığını daha sərt şəkildə dilə gətirir. Eyni zamanda, liderlərin təmaslarında fasilə o qədər də böyük, həyəcanverici olmayıb, cəmi bir neçə ay davam edib və bu məsələdə hər şey plan üzrə gedir. İrəvan əvvəlki kimi, sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir və bu da müsbət faktdır. Çünki Ermənistanın məğlub olduğu son müharibə onun üçün bu cür mötədil sonluqla nəticələnməyə bilərdi. Lakin Azərbaycan prezidenti İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu, kifayət deyil. Düşünürəm ki, bu ifadənin arxasında praktiki sual durur: nəhayət, nə vaxt nəqliyyat dəhlizləri açılacaq, sərhədlərin, o cümlədən nəzarət-buraxılış məntəqələrinin dəqiq müəyyən edilməsi həyata keçiriləcək, sözdən əmələ keçid nə zaman olacaq? Nikol Paşinyanı başa saldılar ki, artıq razılaşmaların həyata keçirilməsini uzatmaq alınmayacaq. O da istisna olunmur ki, Paşinyan Türkiyədə baş vermiş təbii fəlakəti nəzərə alaraq, Ankaranın diqqətinin daxili problemlərə yönələcəyinə və bunun da bütün məsələlərin həllini gələcəkdə də uzatmaqda ona kömək edəcəyinə ümid bəsləyir. Başqa sözlə desək, Paşinyan indi ən çox sözün bütün mənalarında “göylərə”, fərziyyələrə ümid edir”. Ekspertin fikrincə, Münhen görüşündən sonra hadisələrin necə cərəyan edəcəyi bir çox hallarda Bakıdan asılıdır: “Bakının bəzi məsələləri necə həll edəcəyi hələ ki, məlum deyil. Artıq bir addım sınaqdan keçirilib (ekoloqlarla). İndi mövcud formul üçün şərtlər var, lakin digərləri yoxdur. Ona görə də hazırda mövcud olan şəraitdən istifadə etmək lazımdır, sonra daha mürəkkəb şərait yarana bilər. Ermənistan onu da nəzərə almalıdır ki, 2020-ci il 10 noyabr bəyanatının praktiki reallaşması müddətinin həddindən artıq uzadılması rəsmi İrəvanın özünə təhlükə yaradan bir şərait doğura bilər. Azərbaycan artıq 2020-ci ilə qədər olan ölkə deyil və daha çox şeyə qadir olduğunu göstərdi”.

Nahi SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ