çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər Qazaxda Bağanis Ayrım qətliamını törədəndə hələ sovet hakimiyyəti var idi...

Image


Bu bir həqiqətdir ki, erməni daşnakları azərbaycanlılara qarşı həyata keçirdiyi bütün əməllərin, cinayətlərin razılığını rəsmi Kremldən, eləcə də ayrı-ayrı dairələrdən alıb.

Zaman-zaman Çar Rusiyasından, bolşevik Rusiyasından və müasir Rusiyadan güc alan ermənilər həm bölgədə separatizmi gücləndiriblər, həm Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüblər, həm də kəndlərimizə, şəhərlərimizə hücum edib insanlarımızı kütləvi şəkildə qətlə yetiriblər, torpaqlarımızı işğal edib bizləri didərgin salıblar. Əlbəttə, tarixdə qorxaq xalq kimi ad qoyan ermənilər bu qədər cinayəti arxa-dayaqları olmadan edə bilməzdilər. Bəli, qorxaq qəddar olar, fürsət düşən kimi öz cinayətlərini həyata keçirər. Son zamanlar öyrənirik ki, ermənilər Qərbi Azərbaycandan soydaşlarımızı Sovet əsgərlərinin köməyi ilə qovub...

Onların arxasında duran qüvvələrin gizli və dolayı dəstəyi ilə erməni daşnakları Azərbaycan kəndlərində, şəhərlərində kütləvi qətliamlar, soyqırımlar törədiblər. Bu gün biz daha çox Xocalı soyqırımından danışırıq. Halbuki, Xocalıya qədər ermənilər neçə yaşayış məntəqəmizdə dəhşətli qırğınlar törədiblər, insanların başına müsibətlər açıblar, nəinki güllələyiblər, hətta onlara od vurub yandırıblar.

1988-ci ildən əvvəl də, sonra da faşist ermənilərin əsas hədəfi azərbaycanlılar olub. Məqsəd azərbaycanlıları qırıb yaşayış məntəqələrini ələ keçirmək idi. Ermənilər bilirdilər ki, nə qədər çox kənd yandırsalar, dağıtsalar, nə qədər çox insan öldürsələr də, buna görə onlara beynəlxalq birlik “gözünüz üstə qaşınız var” deməyəcək, əksinə, bu cinayətləri ört-basdır edəcəklər, necə ki, 30 ildən çoxdur bu işlə məşğul olurlar. Belə olmasaydı, 1990-cı ildə hələ SSRİ-nin mövcud olduğu dövrdə ermənilər Bağanis Ayrım qətliamını törətməyə cəsarət etməzdilər. Amma fakt budur ki, Qorbaçovun hakimiyyəti dövründə Qazax rayonunun Bağanis Ayrım kəndində erməni separatçıları qətliam törətdilər, təəssüf ki, o zaman bu qətliamı törədənlərə qarşı heç bir tədbir görülmədi. Heç bu faciə haqda SSRİ miqyasında danışan da olmadı.

Sovet qoşunlarının Bakıda 1990-cı ilin 20 yanvarında törətdiyi qırğının ardınca martın 24-də Bağanis-Ayrım qırğını baş verdi. Ermənilər tərəfindən törədilən qırğın zamanı insanlar şəhid edildi.  

  • Ermənilər 39 günlük körpəyə də rəhm etməyib...

Bildirək ki, qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri - 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü polis (o vaxt milis-red.) əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirilir, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralanır.

Məlumatlara görə, 1990-cı ilin mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazaxın dağlıq kəndi olan Bağanis Ayrıma hücum ediblər. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.

Qətlə yetirilənlərin adları da, soyadları da məlumdur. Lakin indiyə qədər heç bir beynəlxalq qurum, xarici təşkilat bu faktlara diqqət yetirməyib. Halbuki, bu faktlar dünyanın hər yerinə yayılmalıdır.

  • Təkrarlanan faciə...

Vaxtilə mətbuatda getmiş bəzi faktlara diqqət yetirsək görərik ki, ermənilər Bağanis Ayrımda ilk dəfə deyilmiş kütləvi qətliam törədib, XX əsrin əvvəllərində də bu kəndin əhalisinə divan tutublar.

Vaxtilə Qənirə Paşayeva və Akif Aşırlının qələmə aldıqları "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanis Ayrım" adlı kitabda Qazax rayonunun Bağanıs Ayrım kəndində erməni silahlı qüvvələrinin və keçmiş sovet ordusunun hərbçiləri ilə birgə törətdikləri soyqırımının dəhşətlərindən bəhs edilir.

Kitabın müəllifləri qeyd ediblər ki,  hələ 1918-1920-ci illərdə Bağanıs Ayrımda erməni daşnakları soyqırım, insanlığa sığmayan işgəncə üsulları həyata keçiriblər.  Qeyd edilib ki, 1921-ci ildə Qazax rayonunun sərhəd kəndlərindən 9 min kvadratkilometr ərazi SSRİ rəhbərliyinin Azərbaycana təzyiqi nəticəsində zorla alınaraq Ermənistan adlı qondarma respublikaya verilib. 1930-1932-ci illərdə də bu "torpaq payı" davam edib. Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan dövlətinin ərazisini daim genişləndirmək istəyənlər 1989-cu ildə yenidən fəaliyyətə başladılar. Beləliklə də Bağanıs Ayrım kəndi ermənilərin intensiv hücumlarına məruz qalıb. Bir neçə il əvvəl çap olunan kitabda bu və başqa faktlara geniş yer verilib. Bu kitab da, bu mövzuda olan başqa kitablar da ayrı-ayrı dillərə tərcümə edilib yayılmalıdır.

  • Bir kəndin qətli...

Onu da qeyd edək ki, Bağanis Ayrım qətliamı işğal siyasətinin ilk qurbanı kimi xarakterizə edilir. Tarixçilər deyir ki, ermənilərin Azərbaycan ərazisində Qarabağ  müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanis Ayrım kəndində baş verib. Bağanis Ayrım kəndi 1990-cı il  martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

Bağanis Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə “Azərbaycan” nəşriyyatında çap etdirib.

Hazırda Ermənistanın işğalı altında olan Bağanis Ayrım kəndi 33 ildir ki, azad ediləcəyi günü gözləyir.

Qeyd edək ki, Qazaxın 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli Ermənistan tərəfindən işğal edilib, bu kəndlərin qaytarılması məsələsi gündəmdə olsa da, separatçı ölkə hələ bu istiqamətdə addım atmaq istəmir.

Bağanis Ayrım kəndinin keçmiş adı Seyid Ayrım olub və kənd  Coğaz çayının sahilindədir. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olan Bağanis kəndi yaxınlığında saldığı üçün kənd belə adlandırılıb. Kəndi erməni işğalçıları zəbt edib və büsbütün yandırıb, əhali ətraf kəndlərdə məskunlaşıb.

SSRİ-nin qılıncının dalı da, qabağı da kəsdiyi dövrdə baş verən Bağanis Ayrım qətliamının beynəlxalq səviyyədə tanıdılmasına ciddi zərurət var və bu qətliama beynəlxalq ictimaiyyət reaksiya verməli, o öz hüquqi-siyasi qiymətini almalıdır. Hesab edirik ki, yerli aidiyyəti təşkilatlar, alimlər Bağanis Ayrım həqiqətlərinin yayılması üçün məsələyə daha ciddi şəkildə yanaşacaqlar. Nəzərə alsaq ki, bu faciə ermənilərin işğalçılıq siyasətinin keçən əsrin 90-cı illərindəki ilk közərtiləridir və digər soyqırım və qətliamlar ondan sonra baş verib, bu baxımdan bu kəndin qətliamı (məhz qətliamı, çünki kənd tamamilə yandırılıb məhv edilib) daha geniş təbliğ edilməlidir...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ