çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejimi atasını və babasını qətl etdi - mübariz jurnalist Türkiyəyə sığındı... - MÜSAHİBƏ

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz hazırda Türkiyədə yaşayan Güney azərbaycanlı ictimai-siyasi fəal  Araz Sulduzludur (İsgəndər Əli Mirzayi). Araz Sulduzlu gözünü açandan Urmiyada, Sulduzda, bütövlükdə Güney Azərbaycanda molla rejiminin xalqımıza zülm etdiyinin, ana dilimizə, milli mədəniyyətimizə, xalqımıza hürriyyət istəyənlərin zindanlarda şürüdüldüyünün, edam edildiyinin şahidi olub.

Ailəsi daim molla rejiminin basqısı altında olub, səbəb isə Əli Mirzayi ailəsinin milli məfkurəyə bağlı olması, milli kimliyimiz uğrunda mübarizəsi olub. Araz bəy bildirir ki, 2017-ci ildə məcburiyyət qarşısında qalıb Güneydəki evini tərk edib və qardaş Türkiyəyə gəlib, amma hələ burada oturum almayıb, buna baxmayaraq, ictimai-siyasi və jurnalistlik fəaliyyətini davam etdirir.   

  • “Atamın və babamın nəşini molla rejimi bizə vermədi ki, özümüz dəfn edək”

Araz Sulduzlunun həyat hekayəsi çox ağrılı-acılıdır. Türkiyədə məskunlaşan Araz Sulduzlu ilə Vatsap üzərindən əlaqə saxlayıb söhbət etdik.

- 1978-ci ildə Güney Azərbaycanın Sulduz şəhərində anadan olmuşam. Bu, Xomeyninin hakimiyyətə gəldiyi dövrə təsadüf edir. Xomeyni hakimiyyətə gələn kimi çox günahsız insanları haqsız yerə edam etdirdi, həbsə atdırdı. Hətta elələri olurdu ki, məhkəməsiz-filansız edam edilirdi, bəziləri haqda məhkəmə bir saatın içində edam qərarı çıxarırdı. Bu çox dəhşətli idi. Mənim babamı və atamı da molla rejimi edam etdi.

- Atan və baban neçənci ildə edam edildilər?

- 1985-86 illər olardı, atam da, babam da molla rejiminin edam etdiyi insanlardan olublar. Atamın adı Abdullah Əli Mirzayi, babamın adı isə Baxşəli Əli Mirzayi idi.  Təsəvvür edin ki, Sulduz şəhərinin Saxsıtəpə kəndindən 13 nəfəri edam etdilər. Sulduz şəhəri Urmiyanın şəhərlərindəndir. Atamın və babamın nəşini molla rejimi bizə vermədi ki, özümüz dəfn edək, özləri basdırmışdılar. Ölülərimizdən də qisas aldılar.

- Onları nədə suçlayırdılar?

- Siyasi baxışları molla rejimi ilə üst-üstə düşmürdü. Onlar molla rejiminin dedikləri ilə davranmadılar. Çünki mollalar hakimiyyətə gələndə xalqa çox şey vəd etmişdilər, amma tam oturuşandan sonra vədlərini yerinə yetirmədilər, əksinə, xalqa daha da amansız oldular. Bu da türklərin haqlı narazılığına səbəb oldu. Azərbaycan məsələsi ilə bağlı verilən vədlər də yerinə yetirilmədi. Bu da türk fəalların, xalqımızın narazılığına səbəb oldu. Bir məqamı da deyim ki, İran İslam İnqilabını farslar etmədi ki...

- Bəs kim etdi?

- Bu inqilabı qeyri-farslar etdi, şahı onlar devirdi, farslar isə hazırdan hakimiyyətə yiyələndilər. O zaman qeyri-farsların nə iqtisadi gücü, nə dillərinin azadlığı və sair vardı. İnqilab etdi ki, bunları əldə etsinlər. Amma farsların hər şeyi vardı. Şah rejimi Azərbaycan türklərinə yaxşı münasibət bəsləmirdi, yaxşı baxmırdı. O zaman, farslar istisna olmaqla, orada yaşayan digər xalqlar öz hürriyyətləri, gələcəkləri, yaxşı yaşayışları üçün yığışıb şahı qovdular, onun yerinə Xomeyni gəldi. O gələndən sonra isə vəziyyət daha da pisləşdi.

- Molla rejimi niyə vədləri yerinə yetirmədi?

- Əslində, onların məqsədi türklərə, qeyri-millətlərə gün ağlamaq deyildi, hakimiyyətə gəlmək idi. Xomeyni gələn kimi, İraqa savaş elan etdi və İran-İraq savaşı başladı. Xalqımız da rejimdən nə isə tələb edəndə “müharibədir” deyib bəhanələrlə yayınırdılar. O dövrdə deyirdilər ki, savaşdan sonra sizin haqqınızı verəcəyik...Amma vədlərini yerinə yetirmək əvəzinə bizə qarşı çox çirkin siyasət işlətdilər. Xalxani adlı bir azərbaycanlını gətirib məhkəmə başqanı qoydular, o da kim gəldi edamına qərar verdi. Ondan tələb edirdilər ki, insanları çox zaman məhkəməsiz-filansız edam etdir. Bunların çirkin siyasətindən biri o oldu ki, onlar “edamları türklər edib”, “məhkəmə başqanı Xalxani də türk idi, bu edamları Xomeynidən gizlin edib” desinlər. 

- Uşaqlığınız necə keçdi, necə böyüdünüz? Ailədə neçə uşaq idiniz?

- Atamgil edam ediləndə 4-cü sinifdə oxuyurdum. Çox dəhşətli, ağır günlər yaşadıq. Evdən eşiyə çıxa bilmirdik, çıxanda da hamı bizə düşmən kimi baxırdı. Hər yerdə SEPAH-ın adamları vardı, məscidlərdə belə. Məktəb dövrümdə acı hadisələr oldu. Sinifdə müəllim bizi başqa uşaqlardan ayırırdı. Əlimizdən gələn qədər dərsimizə davam etdik. Böyük sıxıntılarla böyüdük. Ailədə dörd uşaq idik, bir  qardaş üç bacı. Dövr o dövr idi ki, artıq hadisələr qalxmışdı, Sulduz şəhərində də proseslər gedirdi. Etirazlar qalxan şəhərlərdən biri Sulduz idi ki, bu şəhər əvvəl gündən ayağa qaldı. Orada Urmudan, Təbrizdən, Tehrandan başqa şəhərlərdən öyrəncilər vardı. Biz də təbii olaraq bu hadisələrə, bu etirazlara qatıldıq. Hadisələr başlayandan üç gün keçmişdi ki, molla rejiminin adamları evimizə hücum edib gəlib məni tutdular.

- Neçə yaşınız vardı həbs olunanda?

- Təxminən 27-28 yaşım vardı. Məni həbs edəndə dedilər ki, sənin babanla atan edam edildiyi üçün sən bu etirazçılara qoşulub bizdən qisas almaq istəyirsən. Məni hamıdan çox incitdilər, məni hamıdan çox sıxdılar.

- O zaman etirazların motivi nə idi?

- Türklər etiraz edirdilər ki, niyə bizim uşaqlarımız fars dilində oxuyur, onlar niyə öz ana dilimizdə oxumur. Beynəlxalq Ana dili günlərində xalqımız ana dilimizə qarşı basqılara  etirazlarını bildirdilər. Bir qayda olaraq bizim şəhərin camaatı hansısa bir məsələ ilə bağlı etirazlara hazırlaşdığı ərəfədə, aksiyalara 3-4 gün qalmış gəlib məni həbs edib aparırdılar. Siyasi aktiv olduğum üçün göz açmağa qoymurdular. Lap ilkin vaxtlardan hərəkatın içində olmuşam. Etiraz aksiyaları zamanı çox vaxt içəridə olurdum, çünki əvvəlcədən tuturdular. Məni mübarizədən əl çəkməyəcəyim təqdirdə sürgünə göndərməklə hədələyirdilər. Mən molla rejiminin ucbatından heç bir yerdə düz-əməlli işləyə bilmədim, hara işə düzəlirdimsə iki-üç gün işlədikdən sonra işdən çıxatdırırdılar. Bezib taksi alıb taksi xidməti göstərmək məcburiyyətində qaldım, amma mənə bunu da yasaqladılar.

- Səbəb nə idi?

- Səbəb məni sıxışdırmaq idi. O vaxt çoxumuzda tariximizlə, dilimizlə bağlı kitablar olurdu, elə kitablardan bir neçəsi də məndə idi. Bunu bəhanə edib taksi xidməti üçün lisenziyamı əlimdən aldılar. Mənə çox ziyan vurdular. Onların üzündən çox əziyyət çəkdim. İşləmək, ailəni dolandırmaq lazım idi. Bu azmış kimi, atamı, babamı bəhanə gətirib gecənin birində evimizə girirdilər, anamın, bacılarımın gözü qarşısında məni vurur, işgəncə edirdilər. Qayınatamgili də şərə salırdılar, məcbur edirdilər ki, qızını Arazdan boşatdır. Qayınatamı, qaynanamı tutub aparmışdılar ki, qızınızı ondan boşatmalısınız. Onlar da mənim tərəfimi tutdular və ailəm dağılmadı.

- Bəs mühacirətə nə zaman getdiniz?

- Bir gün evdə idim, dostlardan biri məni arayıb dedi ki, Araz bəy, sizə həbs gəlib. Mən də dedim ki, məhkum olmamışam, mənə necə həbs verilə bilər ki? Məhkəmə kağızını mənə verməyiblər, dostumun dükanına veriblər. Məqsədləri o idi ki, mənə 15-20 il həbs versinlər. Molla rejiminin bu çirkin oyunlarına, basqılarına görə məcbur olub məmləkətdən çıxdım.  2017-ci ildə Türkiyəyə gəldim. 6 ildir ki, burada yaşayıram.

- Ailənizi çıxara bildiniz?

- Bəli. Üç ay məndən sonra ailəm çıxdı. Üç uşağım var, qızım burada türk vətəndaşı ilə ailə qurdu. Uşaqlarım böyükdür.

Təxminən iki həftə bundan əvvəl gəlib anamı və evdəki subay bacımı götürüb polisə aparıblar, onları sorğu-suala çəkiblər, hətta  bacımın bilgisayarını da əllərindən alıblar. Deyiblər ki, Arazla kimin əlaqəsi varsa desin və s. Hətta onları ciddi şəkildə hədələyiblər.

- Ananız Sulduzdadır demək.

- Bəli. Anama da təzyiq göstərirlər. Baxmayaraq ki, anam belindən əməliyyat olunub, yenə də polisə çağırırlar. Çox zülmlər edirlər.

- Ananızı gətirmək fikriniz yoxdur?

- Mən özüm hələ Türkiyədə oturum almamışam. Mühacirəm və bilmirəm indi bizi hansı ölkə qəbul edəcək.

- Orada nə işlə məşğulsunuz?

- Mən Güney Azərbaycan Milli Qurtuluş Hərəkatında təmsil olunuram, burada mətbuat sorunlusuyam, məsuluyam. Başqa özəl işlərim də var ki, ailəmi dolandırmaq üçün çalışıram. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatında bizim özümüzün yutub kanalımız, sosial mediada səhifələrimiz, qruplarımız var və müsahibləri bəzən mən aparıram.

- Bəs “Haray” radiosunda işləmirsiz?

- Bəli, bir müddət əvvəl ABŞ-dan yayılan “Haray” radiosunda işləyirdim, oradan ayrıldım, sonra biz özümüz “Güney Azərbaycanın səsi” radiosunu açdıq...   

- Məmləkətdə baş verənlərə necə baxırsınız? Bir tərəfdən də, sizin də babanızın, atanızın iştirak etdiyi mübarizə nəticəsində devirilmiş Məmməd Rza şahın mühacirətdə olan oğlu Rza Pəhləvinin ortaya çıxmasına münasibətiniz necədir? O Cənubi azərbaycanlılarla bağlı da mesajlar verib və s. Molla rejiminin devirilməsi yaxınlaşırmı? Bəs sabiq şahın oğlu nə istəyir?

- Molla rejimi gec və ya tez sıradan çıxıb gedəcək. Bunu hakimiyyətdə olanların özləri də yaxşı bilir. Məlumatıma görə, molla rejiminin hökumət təmsilçiləri artıq bəzi ölkələrdə yaşamaq üçün özlərinə yer alıblar, getməyə hazırlıq görürlər. Molla rejimi İran adlandırılan ölkənin bölünməsindən qorxur. Molla rejimi bilsə ki, bu gün İran bölünəcək və bu bölünmənin qarşısını yalnız Rza Pəhləvi alacaq, həmin dəqiqə könüllü şəkildə hakimiyyəti ona təhvil verəcək. Məqsədləri odur ki, İran bölünməsin. İstəkləri odur ki, hakimiyyətə kim gəlirsə gəlsin, amma İran parçalanmasın. Bunlar etiraf etmirlər ki, tarix boyu bu torpaqda türklər yaşayıb, bura türklərin tarixi torpağıdır. 100 ildir farslar hakimiyyətdir, ondan əvvəl türklər olub. Bu gün müəyyən qüvvələr var, onlar da Məmməd Rza şahın oğlunu özləri üçün “lider” seçiblər. Məmməd Rza şahın oğlunun İranda hakimiyyətə gəlməsi Xomeyninin hakimiyyətə gəlməsi kimi olardı. Molla rejimi də çox vədlər vermişdi, devrilmiş şahın oğlu da vəd verə bilər, amma bizim üçün onun vədləri səmimi deyil. Bizim üçün fərqi yoxdur, ya şah olsun, ya şeyx, hamısı eynidir, eyni məqsədə qulluq edirlər. Biz Güney Azərbaycanın müstəqil olmasını istəyirik. Bu qədər mübarizə aparıb bu qədər qurbanları ona görə verməmişik ki, gəlib kimsə yenidən bizim haqqımızın qarşısını kəssin. Molla rejimindən əvvəl Rza şahın atası bu xalqa çox zülmlər edib. Məmməd Rza şahla molla rejiminin heç bir fərqi yoxdur. Şah özü nə qədər cinayət etdi. Rza Pəhləvi atasının və babasının Azərbaycan türklərinə qarşı etdiyi cinayətləri hələ etiraf etməyib. Onun babası Milli Hökumət dövründə, Pişəvəri zamanı çox cinayətlər etdi, nə qədər insanımızın qanını töküb. Hələ Rza Pəhləvi bunları qəbul etməyib. Onun babası və atası Azərbaycan kəndlərinin adlarını dəyib farslaşdılar. Məhz onların zamanında türklərin fars şəhərlərinə köçürülməsi, onların orada işləməsi, evlənməsi, farslaşması, milli kökündən qoparılması siyasəti yürüdülürdü. Azərbaycan şəhərlərinin kasıblaşdırılması Rza şahın zamanında başlandı. Bizim sərvətlərimiz, mədənlərimiz talan edildi. Yəni bizim üçün fərq etmir, ya şah, ya şeyx, ikisi də birdir. Sadəcə, onun papağı vardı, mollanın isə əmmaməsi var.

Cənubi Azərbaycan istər-istəməz İrandan ayrılacaq və öz müstəqilliyinə qovuşacaq. Bunu özləri də yaxşı bilir. Bu gün bizim İran türmələrində zindan çəkən milli fəallarımız, siyasi məhbuslarımız var ki, onlar məhz Azərbaycanın azadlığına nail olmaq üçün bu yola baş qoyublar. Abbas Lisani və başqa siyasi məhbuslarımız zindanlarda əziyyət çəkir ki, Güney Azərbaycan müstəqil olsun, hürriyyətinə qovusun. Bu mütləq baş verəcək, milli hökumət qurulacaq...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ