çərşənbə günü, 11 noyabr 2026
     

İran Naxçıvana erməni təcavüzünü pisləyən 57 ölkədən biri olmağı bacarmadı - dərin düşmənçiliyin kökləri...

Image


“...İndiyə qədər artıq 57 dövlət rəsmi surətdə Ermənistan Respublikasının Naxçıvana hərbi hücumunu pisləyib və çox ciddi bəyanatlar, çox ciddi protestlər verilib. Bu sırada bizim qonşumuz müsəlman, islam dövləti İran İslam Respublikasının mövqeyi ciddi surətdə bildirilməyib. Bu gün televiziya ilə çıxış edərək mən üzümü İranda olan din qardaşımız, qan qardaşımız  müsəlmanlara, bizim həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu beş gündə Naxçıvanda, İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq şübhəsiz, çox təəssüf doğurur və təəccübləndirir...”

Bu fikirlər 1991-ci ildə ermənilərin Sədərəyə təcavüzü ilə əlaqədar Heydər Əliyevin Naxçıvan televiziyasının canlı yayımında əhaliyə müraciətində əksini tapıb.

Qeyd edək ki, bu unikal kadrlar “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” silsiləsindən olan vedeoçarxda yer alıb.

Heydər Əliyev xalqa müraciətində bildirdi ki, ermənilərin Naxçıvana etdiyi təcavüzlə bağlı dünyanın 57 dövləti Naxçıvanla bağlı reaksiya verib, erməni təcavüzünə qarşı bizimlə həmrəylik nümayiş etdiriblər, amma din qardaşımız, qonşumuz İran erməni təcavüzü ilə bağlı mövqe bildirməyib.  Bilirik ki, o dövrdə ermənilər Naxçıvanla sərhədlərdə də atəşkəsi pozurdular və Naxçıvana davamlı hücumlar edirdilər. Heydər Əliyevin tarixi çıxışı da həmin dövrü əks etdirir.

Maraqlıdır, İranın Azərbaycana düşmənçiliyi həmin vaxtdan özünü göstərirdi. Bu düşmənçiliyin kökündə nə durur? Səbəb nədir?  İran nə üçün belə edir(di)?

  • “Bunun da birinci səbəbi o idi ki, İran Azərbaycanın müstəqilliyini istəmirdi”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın bizə düşmənçiliyi və Naxçıvana dəstək verən 57 dövlətin içində yer almaması onun Azərbaycanın müstəqilliyinə qarşı olmasından irəli gəlib. “İranın Azərbaycana münasibətdə yeritdiyi qeyri-dost siyasət keçən əsrin 90-cı illərinin əvvəllərindən, Azərbaycanın müstəqilliyini elan etməsindən sonra aydın şəkildə görünməyə başladı. Bunun da birinci səbəbi o idi ki, İran Azərbaycanın müstəqilliyini istəmirdi. Çünki o, İranda yaşayan milyonlarla azərbaycanlının Şimaldakı qardaşlarının nümunəsindən ruhlanaraq müstəqillik uğrunda hərəkata başlamasından çəkinirdi. İranın tarixində bu bir neçə dəfə olub. Bu səbəbdən keçən əsrin 90-cı illərindən başlayaraq İran Ermənistana daim kömək edib və kpmək etməkdə davam edir. Ermənilər də açıq şəkildə deyirlər ki, Ermənistanın ən çətin dövründə İran bizə dayaq oldu, İranın yardımı bizim üçün nəfəslik oldu. Nə qədər qəribə olsa da, təkcə Sədərəyə olan hücumlar zamanı  deyil, sonrakı dövrdə də İran elə kəskin mövqe tutmadı, açıq şəkildə etirazını bildirmədi. İkinci Qarabağ müharibəsindən sonrakı fəallığını nədənsə ərazilərimizin 20 faizi işğal olunanda, ermənilər məscidləri darmadağın edəndə, dinimizi təhqir edəndə İran nümayiş etdirmək ehtiyacı hiss etmədi”.

A.Səmədov qeyd etdi ki, Ermənistanda ABŞ-ın nəhəng, dünyada ikinci böyük səfirliyi açılanda və orada eyni zamanda yüzlərlə dəniz piyadası yerləşdiriləndə də İranın etirazını eşidən olmadı. O bildirdi ki, elə son vaxtlar Avropa İttifaqının  müşahidə missiyası Ermənistana gələndə də, fransız jandarmı, alman polisi iştirak edəndə də İran elə bir etiraz səsini qaldırmayıb. “Ancaq Zəngəzur dəhlizinə fasiləsiz olaraq etiraz edir və tez-tez bəyan edir ki, İran Ermənistanın təhlükəsizliyinin qarantıdır. Çox təəssüf ki, İranın dövlət maraqları Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşmür. Burada da təqsir Azərbaycan tərəfdə deyil. 30 il ərazilərimiz işğal altında oldu və biz özünə “böyük dövlət” deyən İrandan heç bir ciddi addım görmədik. İndi İran bizə kiminlə əməkdaşlıq edib, kiminlə etməmək barədə məsləhətlər vermək istəyir. Təbiidir, İran çox istərdi ki, Ermənistanla sərhədi 46 km yox, 300-400 kilometr olsun. Necə ki, 30 il Azərbaycan əraziləri işğalda olduğu zaman İranın Ermənistanla sərhədi də yüz kilometrlərlə ölçülürdü. Bu sərhədlərdən narkotik, silaj ticarəti və digər məqsədlər üçün İran gen-bol istifadə edirdi. İndi istifadə imkanları azalıb. O kanallar bağlanıb və təbiidir ki, bu da İranın xoşuna gəlmir. Ona görə biz nə İranın Sədərəyə hücumlar zamanı tutduğu mövqeyə təəccüblənməliyik, nə onun Zəngəzur dəhlizinə qarşı kəsin çıxışlarına təəccüblə yanaşmalıyıq, nə İranın Qafanda konsulluq açması bizə qəribə görünməlidir, nə də bu müsəlman dövlətinin islam dininə düşmən olan Ermənistanın təhlükəsiziliyinin qarantı olduğunu bəyan etməsi bizi təccübləndirməlidir. Günümüzün reallığı budur və bu reallığı dəyişdirmək üçün Azərbaycan bundan sonra da öz müttəfiqləri və yaxın dostları ilə ən düzgün addımları atmaqda davam edəcək” - deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ