çərşənbə günü, 11 noyabr 2026
     

Fransanın siyasəti Ermənistanı Rusiyanın “pəncələrinə” atdı

Image


Ermənistanın Avropa ilə sıxlaşan işbirliyi Rusiyada getdikcə daha ciddi narazılığa yol açmaqdadır. Bunun Ermənistanın özü üçün ağır fəsadlar doğuracağına dair elə erməni ekspert dairələri tərəfindən çoxsaylı xəərdarlıqlar səslənir. Xüsusən də Ermənistanın Fransanın vədlərinə aldanıb Rusiyaya qarşı getməsinin ağır nəticələri daha çox diqqət mərkəzinə gətirilir.  

Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, Fransa prezidenti Emmanuel Makron Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermədən ölkəni antirusiya cəbhəsinə çəkir: “Təəssüf ki, hazırda baş verənlər məhz budur. Makron Münhendə çıxışının əsas hissəsini Rusiyaya qarşı düşmənçilik və Ermənistanla dostluğun ifadəsi üzərində qurub. Bu, kəsişməməli olan iki fərqli proses kimi görünür, amma hər şey tərs getdi. Makron çıxışında Rusiyanı qeyri-sabitlik və xaos mənbəyi kimi təqdim edib. O vurğulayıb ki, Fransa bundan sonra da Ermənistanın yanında olacaq: “Neo-müstəmləkəçi Rusiyanın Qafqazın çağırışlarının öhdəsindən gələcəyinə necə inanmaq olar? Mən bunu gələcəkdə dəstəkləyəcəyimiz və əməkdaşlığımızı davam etdirəcəyimiz dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm”. Makron çıxış edərkən qəsdən “milçəkləri kotletlərdən” ayırmaq istəmədi. Həmin Makron Paşinyana Aİİ və KTMT-dən çıxmamağı tövsiyə edib. Həm də ona görə ki, o, ölkəmizə Aİ və NATO üzvlüyünü təklif edə bilmir. Belə bir qərar təkcə Fransadan asılı deyil. NATO-ya üzvlük, digər məsələlərlə yanaşı, Türkiyədən də asılıdır. Türkiyə ilə ABŞ arasında NATO müttəfiqliyi və uzunmüddətli tərəfdaşlıq mövcuddur. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında da deyilir. Türkiyənin bu hadisəyə necə reaksiya verəcəyini anlamaq üçün ən azından sırf hipotetik olaraq ölkəmizin NATO-ya üzvlük müraciətini fərz edək. İrəvan əvvəlcə KTMT-dən çıxmalıdır. Hətta hipotetik mahiyyət belə məyusedici nəticələrlə doludur. Rəsmi Ankara şərtlərini irəli sürəcək, ilk növbədə, “erməni soyqırımı” məsələsinin gündəmdən çıxarılmasını tələb edəcək. Üstəlik, Türkiyə Azərbaycan üçün əlverişli, lakin Ermənistan üçün uyğun olmayan şərtlərin qəbul edilməsinə təkan verməyə çalışacaq. Onların arasında Zəngəzur dəhlizi məsələsi də yer alacaq. Fransa prezidentinin hərəkətlərini “vicdanla” qiymətləndirmək üçün bütün bunları başa düşmək lazımdır. Burada onu da nəzərə almaq lazımdır ki, ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatı fonunda Makronun reytinqi son üç ildə ən aşağı səviyyəyə çatıb. Fransada keçirilən sorğuda fransızların yalnız 32%-i Makronun prezident kimi fəaliyyətindən razıdır. Deməli, Makronun bütün təklif və açıqlamalarını dəyərləndirərkən bu məqamı nəzərdən qaçırmaq olmaz. Onun üçün özünü dünya siyasi arenasında qlobal oyunçu elan etməsi vacibdir və onun Ermənistanı dəstəkləməsi, deyək ki, bu məqsədin yalnız bir hissəsidir. Bunlar fonunda  Makron Ermənistanın hansı çətinliklərlə, hansı problemlərlə üzləşəcəyini anlamaya bilməz. Artıq Rusiyada İrəvanın indiki rəhbərliyinə qarşı yönəlmiş çıxışların olduğunu görürük. Və hər şeyin Paşinyanın şəxsiyyətinə yönəlməsi ilə özünüzü təsəlli etməyə ehtiyac yoxdur. Kabuslu nəticələr hamımız tərəfindən hiss olunacaq”.

Bunlar fonunda Rusiyanı qıcıqlandıran daha bir məsələ Avropa İttifaqı (Aİ)  misssiyasının Ermənistanda fəaliyyətə başlamasıdır. Moskva artıq bunun mülki missiyadan uzaq olduğunu bildirir. Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda qeyd edir: “Rusiya Ermənistana göndərilən Avropa İttifaqı misssiyasının mülki xarakter daşıdığına şübhə edir. Biz artıq Avropa İttifaqı Şurasının Ermənistandakı missiyasının təsis edilməsi ilə bağlı qərarını şərh etmişik. Yeni missiyanın müstəsna mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində baş verir. Ona görə də buna müvafiq münasibət bildirilməlidir. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək səylərini ilk dəfə deyil qeydə alırıq. Biz bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi vəziyyət görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur”. Rusiya XİN-in sözçüsü əlavə edib ki, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil: “Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilsin. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovodakı missiyasını götürək. Aİ-nin Ermənistanda yeni missiya ilə bağlı qərarını qiymətləndirərkən bunu nəzərə almaq lazımdır. Əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas faktoru olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regiondakı vəziyyəti sağlamlaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır”. Erməni politoloq Alen Gevondyan bu xəbərdarlığın təsadüfi lmadığını qeyd edir: “Qərb Rusiyaya qarşı kifayət qədər açıq oynayır, təkcə Ukrayna üzərindən deyil, Ermənistan üzərindən də. Burada sual “yaxşı” və ya “pis” tərəfdə deyil, güc balansındadır. Əgər Ermənistan üçün nəticələrdən danışsaq, o zaman Ukraynada indi baş verən proseslər burada da əksini tapacaq. Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır, çünki proseslər eskalasiyanın azaldılması və kommunikasiya imkanlarının artırılması istiqamətində getmir. Əksinə, Ermənistan öz addımları və davranışları ilə vəziyyəti daha da gərginləşdirir”. Gevondyan bu şəraitdə hakimiyyəti üzməyi bilmədən bir gəmidən digərinə keçmək istəyənlə müqayisə edib: “Bu gün bizdə konkret ölkələrin hərbçilərinin iştirakı ilə küçə döyüşlərinin olmaması Ermənistan-Rusiya hərbi əməkdaşlığının nəticəsidir. Hakimiyyətin strateji savadsızlığı ona gətirib çıxarır ki, Rusiya ilə Qərb arasında toqquşma Ermənistan ərazisində baş verəcək”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ