çərşənbə günü, 11 noyabr 2026
     

Əliyev Paşinyanı “sındırdı” – İrəvanın məyusluğu erməni ekspertin dilində...

Image


Məlum olduğu kimi, Münhendə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib. Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri arasında görüş Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə ötən il oktyabrın 31-də Soçi şəhərində keçirilmişdi.

Ötən il dekabrın 7-nə təyin olunmuş və Avropa ittifaqı Şurasının iştirakı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü isə Ermənistan tərəfinin inadı üzündən baş tutmayıb. Belə ki, Ermənistan baş naziri Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsində təkid etsə  də, Azərbaycan prezidenti bu şərti qəbul etməyib. Münhendə keçirilmiş Əliyev-Blinken-Paşinyan görüşündə sülh müqaviləsi layihəsi üzərində işlərin gedişi müzakirə olunub.

“Reuters” agentliyinin məlumatına görə, regional nəqliyyat infrastrukturlarının açılması və iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi ilə bağlı müzakirələr də  aparılıb.

Əliyev-Blinken-Paşinyan görüşünün ardınca Azərbaycan və Ermənistan liderləri Münhen təhlükəsizlik konfransı çərçivəsində təşkil edilmiş “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas müzakirələrində iştirak ediblər. Bu, Azərbaycan və Ermənistan liderlərinin Münhen təhlükəsizlik konfransı çərçivəsində təşkil edilən debatlarda sayca ikinci birgə iştirakı idi. Onların Münhen konfransında ilk dəfə debat formatında iştirakı İkinci Qarabağ müharibəsindən əvvəl 2020-ci ilin fevralında olub. Cənubi Qafqazdakı vəziyyətin təhlilinə həsr olunmuş budəfəki debata Gürcüstanın baş naziri İrakli Qaribaşvili də qatılıb. İclasda aparıcının verdiyi müxtəlif suallar cavablandırılıb. Bunlardan birincisi Rusiyanın Ukraynaya qarşı müharibəsinin Cənubi Qafqaz ölkələrinə təsiri  ilə bağlı olub. Aparıcının bu mövzuda sualına birinci cavab verən Prezident Əliyev deyib ki, bunun Azərbaycana birbaşa təsiri olmayıb: “Lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın”. Azərbaycan prezidentinin sözlərinə görə, bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər ola bilər. Digər tərəfdən, Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Ermənistanın baş naziri Nikol Paşinyan həmin suala cavabında deyib ki, uzun müddət ərzində beynəlxalq ictimaiyyətin bütün diqqəti Ukraynada baş verən münaqişəyə cəmlənib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, sülhün alternativi yoxdur: “Bu müharibə dayandırılmalıdır. Biz müharibəni və onun ölkəmizə təsirini 2008-ci ildə görmüşük. Çox insan tələf oldu və biz ərazilərimiz üzərində nəzarəti tam itirdik”. Laçın yolunda vəziyyətlə bağlı danışan Azərbaycan prezidenti  erməni tərəfinin burada blokada olması ilə bağlı iddialarını darmadağın edib. Birinci fakt kimi, İlham Əliyev Qarabağda rəhbər mövqe tutmaq üçün Rusiyadan gizli yolla keçirilmiş şəxsin Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu heç kimin bilmədiyini qeyd edib: “Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan, demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!”. Onun sözlərinə görə, əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Dövlət başçısı Ermənistanın baş nazirinin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli bəyanatın, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktı olduğuna da diqqət çəkib: “Müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi”.

Erməni tərəfinin bütün digər iddiaları da eyni qaydada cavablandırılıb.  Elə bu səbəbdəndir ki, Nikol Paşinyanın Münhen konfransında növbəti uğursuzluğundan sonra ermənilər özünə gələ bilmir. Bunu ermənilərin etirafında da görmək olar. Məsələn, erməni siyasətçi, “Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan qeyd edir ki, Münhen konfransında Paşinyanla Prezident İlham Əliyevin debatını dəhşətlə izləyib: “Ermənistan liderlərinin Levon Ter-Petrosyandan Robert Köçəryana və Serj Sarkisyana, onlardan Nikol Paşinyana qədər təkamülünü müşahidə etsək, Ermənistanın növbəti liderinin pitekantrop olacağı fikrini rədd etmək çətindir. Biz heç vaxt dövlətimizi təmsil edən şəxsin bundan acınacaqlı mənzərəsini görməmişdik. Biz heç vaxt dövlətimizi təmsil edən adamın pafoslu və sanballı obrazını görməmişik. Özünü dünyaya yazıq görkəmlə, axsaq məntiqlə, kasıb, kəkələyən, qırıq-qırıq ingilis dilində təqdim edən Ermənistan heç kimdə rəhm belə oyatmadı. Bütün səhnə milli ləyaqətimizin, sevgimizin edamı idi. Əliyev Ermənistanı və onun baş nazirini dünya qarşısında “sındırırdı”. O, Ermənistanın kapitulyasiyaya imza atdığını, bunun təkcə bütün dünya deyil, həm də erməni xalqı tərəfindən qəbul edildiyini dedi, müharibədən sonra kapitulyasiyaya imza atanın baş nazir seçildiyini açıqladı. Paşinyanın etiraz edəcəyi heç nə yoxdu. Əliyevin qarşısında Paşinyan yox, başqa lider otursaydı, bəlkə də etiraz ediləcək bir şey olardı. Əliyev Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edəndə Paşinyan susdu. Paşinyan susmaqla, faktiki olaraq, Əliyevin ittihamlarını və Ermənistanın günahını qəbul etdi. Əliyev “Dağlıq Qarabağ” anlayışının olmadığını deyəndə, Paşinyan qeyri-adekvat ingilis dilində nəsə izah etməyə çalışdı. O dedi ki, bu konsepsiya Əliyevin noyabrın 10-da imzaladığı bəyanatda yer alır, lakin o, “Dağlıq Qarabağ” anlayışının olduğunu deməyib. Əliyev Qarabağ xalqı Ruben Vardanyan tərəfindən təmsil olunduqca onlarla danışıqlar aparmayacağını deyəndə Paşinyan susdu. Halbuki, onun deməli olduğu tək şey o idi ki, həmin danışıqlarda onları kimin təmsil edəcəyinə Qarabağ xalqı qərar verməlidir. Paşinyan Əliyevin Laçın dəhlizinin blokadasının olmaması ilə bağlı yalanlarını təkzib etmək üçün heç bir tutarlı arqument gətirə bilmədi. Əliyevin Laçın dəhlizindən keçən avtomobillərlə bağlı statistikasına real statistika ilə cavab verilməli idi. Paşinyan, hətta Əliyevin Ermənistanın işğalı ilə bağlı ittihamlarına cavab vermək hüququ çərçivəsində belə bir söz demədi. Paşinyan Əliyevin Qarabağdakı 65 məscidin sökülməsi ilə bağlı ittihamlarından birinə cavab vermək qərarına gələndə məlum oldu ki, Paşinyan o ittihama ümumiyyətlə cavab verməsəydi, daha yaxşı olardı. O, bu məlumatları təkzib etməyərək, nə az, nə çox, dedi ki, sovet dövründə Azərbaycanda 1560 məscid dağıdılıb. Və bundan dünya ictimaiyyəti, Paşinyanın dar məntiqinə görə, ermənilərin etdiklərinin böyük bir iş olmadığı qənaətinə gəlməli idi. Paşinyan ona ayrılan vaxtın əsas hissəsini bu axmaqlığa sərf etdi. Bir sözlə, Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları ortaya qoydu. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu. Bəlli oldu ki, döyüş meydanında itirmədiyimiz nəsə qalıbsa, onu da zəif diplomatiya nəticəsində itirəcəyik. Paşinyan eyni cür ingiliscə və ya rusca, eyni cahil və dar məntiqlə dünya mötəbərləri ilə görüşlərdə Ermənistanın və Qarabağın maraqlarını müdafiə edir. Təəssüf ki, bu gün Ermənistanda hökm sürən informasiya sahəsi quldur və manipulyasiya vəziyyətindədir. Xalqımızın əksəriyyətinin bütün bunlardan heç bir xəbəri olmayacaq. Levon Ter-Petrosyanın Paşinyanı “milləti məhv edən bəla” kimi təsvir etməsinə də şübhə ilə yanaşdım. Mənə getdikcə “milləti məhv edən papuas” tərifi ona daha çox yaraşarmış kimi gəlir”.

Belə yanaşma erməni cəmiyyətində mütləq çoxluq tərəfindən özünü qabarıq formada büruzə verir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ