çərşənbə günü, 11 noyabr 2026
     

Dəhşətli erməni girovluğundan xilas olmuş Xocalı sakininin dedikləri...

Image


O gecəni, ondan sonra yaşanan vəhşətli günləri, günahsız insanların ah-nalələrini, bağırtılarını, uşaqların yanaqları boyu axan göz yaşlarını, fidan bədənlərinə vurulan yaraları, qana batmış əlləri, qan içində can verənləri unuda bilmir. O gecəni, o əzablı, işgəncəli, məşəqqətli günləri yaşamasaydı, bəlkə də onu vahiməli yuxu sanardı. Nə yazıqlar olsun ki, onun və soydaşlarımızın yaşadıqları gerçəklik idi. Onlar erməni vəhşiliyinin, caniliyinin, faşizminin hər üzünü görüblər.

Müsahibimiz, Xocalı şəhər sakini Məmmədov Mürvət Məmməd oğlu erməni separatçılarının, terrorçularının 366-cı motaatıcı alayının dəstəyi ilə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırım, qətliam gecəsində girov götürülüb. Girov götürülərkən 14 yaşı olub...

  • “Atamın və  qardaşlarımın başlarını kəsiblər”

Mürvət Məmmədov bizimlə söhbətində bildirdi ki, erməni daşnakları girov götürdükləri vətəndaşlarımızla, uşaqlarla belə çox qəddar davranıblar, girovların başına çox oyunlar açıblar.

M.Məmmədov öz ağrılı-acılı, faciəli həyat heykayəsinə keçməzdən əvvəl bəzi düşüncələrini qeyd etdi: “Artıq üçüncü ildir ki, biz Xocalı soyqırımının növbəti ildönümünü bir az fərqli qeyd edirik. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bir az yaralarımıza su səpib. Torpaqlarımızın çox böyük hissəsi azaddır, şəhidlərimizin ruhu sevinir. İnanırıq ki, bu gün-sabah biz də Xocalımıza qayıdacağıq. Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Xocalıya qayıdacağımıza ümidimiz çox böyükdür. Biz ora qayıtdıqdan sonra şəhidlərimizin qanı tökülən torpağımız canlanacaq. Onu da deyim ki, Qərbi Azərbaycana qayıdış məsələsinin aktuallaşması da bizi çox sevindirir. Çox inanıram ki, Xocalıya da, Qərbi Azərbaycana da qayıdış reallaşacaq”.

Hazırkı durumundan danışan M.Məmmədov qeyd etdi ki, dövlət qayğısı ilə əhatə olunub, evlidir, iki övlad atasıdır. “Bir qızım, bir oğlum var, oğlum atamın adını daşıyır. Qobustan rayonu Mərəzə qəsəbəsində məskunlaşmışıq. Özüm “Azəriqaz”da işləyirəm”-deyə keçmiş girov qeyd etdi. 

Girovluqda başlarına gətirilən müsibətlərdən danışan, danışdıqca da haldan-hala düşən  M.Məmmədov təəssüflə qeyd etdi ki, amma hələ də beynəlxalq ictimaiyyət Xocalı soyqırımını törədənlərin başına “sığal” çəkməklə gününü keçirir, halbuki, onlar çoxdan beynəlxalq tribunalda hərbi canilər kimi mühakimə olunmalı idi. Əli uşaq qanına batan, girov götürdükləri uşaqlara hər cür işgəncələr verən, qadınlara, qocalara, qızlara-gəlinlərə qarşı tükürpədici vəhşiliklər edənlər hələ də cinayət məsuliyyətindən yaxa qurtara biliblər. Amma gec, ya tez beynəlxalq ədalət məhkəməsi onları cəzalandıracaq. Mürvət buna inanır.

Mürvətgilin məskunlaşdığı Xocalı düşmənə mərdliklə müqavimət göstərirdi, amma xocalılar xüsusi sılahlanmış dəstəyə, orduya güc gələ bilmədilər. Mürvət danışır ki, qarlı-şaxtalı qış gecəsində ölümsaçan güllələrin altında qalan şəhərin yaşayış evləri dağıdılaraq yandırıldı. O dəhşətli gecənin heç zaman xatirindən silinmədiyini deyən M.Məmmədovun sözlərinə görə, o günləri yada salmaq çox ağrılıdır. Erməni vandallarının, canilərinin mülki əhaliyə qarşı həyata keçirdikləri amansızlıqlar dəhşətvericidir. O qeyd edir ki, dinc əhali toplardan, tanklardan, pulemyotlardan, avtomatlardan, artilleriya silahlarından atəşə tutulur, qanlarına boyanırdı.

“O qanlı gecəni heç zaman unuda bilmərəm. Xocalı soyqırımının şahidlərindən biri kimi istəyirəm ki, ermənilərin azərbaycanlı girovların başına gətirdiyi faciələri bütün dünya bilsin. Xocalı soyqırımı zamanı girov götürülənlər arasında mən də olmuşam, 14 yaşım vardı. Bir həftə erməni girovluğünda saxlanılmışam. Girovluqda atamın və  qardaşlarımın başlarını kəsiblər. 11 yaşlı qardaşımı əlinin içindən güllələyiblər. Mən girovlüqda bir həftə insanlığa xas olmayan işgəncələrə məruz qalmışam. Girovluqdan azad olunandan sonra rəhmətlik Çingiz Mustafayev bizi çəkmişdi, o kadrlar da yayılıb”.

O gecəni xatırlayan M.Məmmədov qeyd edir ki, o faciələri yaşayanda 14 yaşı olmasına baxmayaraq hadisələr yaddaşında qalıb. M.Məmmədov “Xocalı soyqırımı baş verəndə mənim 14 yaşım vardı. 1988-ci ildə 8 nəfər ailə üzvlərimizlə bir yerdə Qərbi Azərbaycanın Göyçə mahalından məcburi köçkün düşüb, bir qardaşımı şəhid verib Xocalı şəhərinə pənah gətirmişdik. Qərbi Azərbaycanda erməni zülmünə yaxından şahidlik etmiş ailəmiz burada da erməni vandalizminə şahid oldu. Atam və böyük qardaşlarım xocalılılar kimi könüllü batalyonlara, Xocalı döyüşçülərinə qoşularaq postlarda keşik çəkirdilər. Fevral ayının 25-dən 26-na keçən gecə, saat 22 radələrində ermənilər rayonumuzu  növbəti dəfə atəşə tutdular. Biz elə bildik ki, yenə də həminki kimi olacaq. Çünki Xocalını hər gün atəşə tuturdular. Xocalı 4 ay blokada şəraitində oldu. Bura hər tərəfdən giriş-çıxış bağlanmışdı. Sonuncu dəfə gələn vertolyot vurulduqdan sonra havadan da əlaqəmiz kəsildi. Ermənilər hər gün atırdılar, amma həmin gün səhərə qədər bu atışma səngimədi. Atam və qardaşlarım həmin gecə postda idilər. Qardaşlarım postdan gəldilər ki, ana, deyəsən,  ermənilər artıq Xocalıya giriblər, evlər yanır, qız-gəlinin, uşaqların, kişilərin səsi hər yanı götürüb. Hazırlaşın, əyin-başınızı isti geyinin biz də meşəyə gedib camaata qoşulaq. Evimizin yanında meşə vardı. O biri qardaşım gəlib dedi ki, qonşumuz Vidadi dayını vurublar, ayağından yaralanıb. O  könüllü olaraq vuruşurdu. Gedib onu gətirdilər,  atamgil ona ilkin tibbi yardım göstərirdilər. O an evimizi mühasirəyə aldılar. Gücümüz bərabər olmasa da bizimkilər ov tüfəngi ilə onlarla döyüşdülər. Ermənilər evimizin üstünə əl qumbarası atdılar. Həmin əl qumbarasından anam kürəyindən və mən ayağımdan yaralandıq. Həmin vaxt bizdə olan qonşumuz, Qərbi Azərbaycandan olan məcburi köçkün Sara xala və onun 3 yaşlı qızı Natəvan ermənilər tərəfindən öldürüldü. Qapımızı qırmağa çalışırdılar, deyirdilər, "açın qapını, təslim olun, öldürməyəcəyik sizi". Onlar bizi təslim olmağa çağırırdılar, rus və Azərbaycan dilində bizi aldatmağa çalışırdılar ki, çıxın sizi öldürməyəcəyik, aparıb təhvil verəcəyik. Biz də təslim olmaq fikrində deyildik. Qumbara atanda evin döşəməsi deşilmişdi. Atam dedi gizlədək, silahları görməsinlər. Qapını sındırıb silahı dirədilər mənim və qardaşımın kürəyinə, bizi tərksilah eləyib yığdılar bir otağa. Bizi otağın içinə yığıb yandırmaq istəyirdilər. Mən gördüm ki, bunlar bizi yandırmaq istəyirlər. 3 yaşında Ruslan adlı qardaşım vardı, heç normal danışa bilmirdi. 3 yaşlı Ruslan düşmənə dedi ki, əmi, qurban olum məni öldürməyin. 366-cı motaatıcı alayın zabiti vardı, bunlara dedi ki, heç faşistlər belə etməyib, o qoymadı ki, bizi yandırsınlar. Amma elə başa düşməyin ki, rus zabiti bunu bizə yazığı gəldiyi, ürəyi yandığı üçün etdi, xeyr, özünün maddi marağı vardı. Evimizdə olan qızıl-zinət əşyalarımızı, pulumuzu tələb edib aldıqdan sonra bizi çölə çıxarıb təcili yardıma yığıb aparanda Sara xalanın meyidini çölə çıxardılar, körpənin meyidinin qolundan tutub kənara atanda atası Pənah dayı buna dözməyib gizləndiyi yerdən çıxıb onları atəşə tutmağa başladı.  Həmin vaxt ermənilər tərəfindən döyüşən muzdlulardan ikisini yaraladı, deyəsən bir nəfər orda öldü. Ermənilərin yarısı Pənah dayının arxasınca düşdülər. yarısı da bizi döyə-döyə təcili yardım maşınına mindirib Əsgəran rayonuna gətirdilər. Qızların, gəlinlərin qulağından, boynundan qızılları vəhşi kimi dartırdılar, qardaşım dözməyib erməniyi itələdi ki, onsuz da qızıllarını sizə verirlər, niyə vəhşilik edirsiz. Onlar atamı, qardaşlarım Möhləti və Söhbəti bizdən ayırdılar, götürüb apardılar. Atamgili aparandan sonra biz beş nəfər ailə üzvümüzlə orada qaldıq. Bizi başqa otağa keçirdilər. Orada hamı yaralı idi, birinin qolu, birinin qıcı yoxdu, birinin güllə böyründən dəyib, birinin başqa yeri yaralanıb. Bu otağı üfinət iyi başına götürmüşdü. Onlar pəncərədən, nəfəslikdən divarlara atəş açırdılar, divarlardan qopan toz isə bizim üstümüzə tökülürdü, üfunət hər yana yayılırdı, biz ağlaşırdıq, onlar isə zövq alırdılar. Onlar bildilər ki, həmin gün balaca qardaşım Əhmədin doğum günüdür. Dedilər ki, Əhməd, sənə silah versək atarsan? O da onların məqsədini başa düşmədiyi üçün “hə” dedi. Bütün girovların gözü qarşısında avtomatı ovcunun içinə qoydular və onu əlinin içindən güllələdilər, “bu bizdən sənə ömürlük hədiyyə olsun” dedilər. Erməni girovluğunda bir həftə elə dəhşətli işgəncələr görmüşəm ki… Əhməd 1981-ci il təvəllüdür, onda 11 yaşı vardı. Bir həftə orada insanlığa xas olmayan bütün işgəncələri gördükdən sonra gecə gəlib qapını açdılar, bizi heyvan kimi təpikləyib çölə çıxarıb sıraya düzdülər. Əsgəran rayon sakinləri olan ermənilər orada əllərində bel, lapatka, lom, daş dayanmışdılar, biri üzümüzə tüprürdü, biri daşla, biri taxta ilə vururdu. Bizi “İkarus” markalı avtobusa mindirib Ağdamla Əsgəranın arasındakı sərhədə gətirdilər”. 

O qeyd etdi ki, Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov düşmən tərəfdə vuruşan muzdlu zəncinin meyitini Xocalıdan olan 80 nəfər yaralı əsirlə dəyişib: “Zəncini Allahverdi Bağırovun batalyonu öldürmüşdü. Azad olunan yaralı azərbaycanlılar arasında beş nəfər də mənim ailə üzvüm vardı. Dediyim kimi, o vaxt atamla iki qardaşımı bizdən ayırdıqları üçün onların taleyi bizə naməlum idi. Biz 15 il onları axtardıq, Gəzmədiyimiz yer qalmadı. Qızıl Aypara Cəmiyyətinə və başqa təşkilatlara müraciət etdik… Sonra bizə məlum oldu ki, atam və qardaşımı aparıb erməni məzarlarının üstündə başlarını kəsiblər. Azərbaycanlı girovlara deyiblər ki, burada bir xəndək qazın onların üstünü basdırın. Heç onların nəşi də bizə verilmədi”.

Bu gün M.Məmmədov inanır ki, Xocalıya gedəcək və evlərini tapıb təsəllisini orada yurd-yuva qurmaqda tapacaq. O deyir ki, həmin gün sözün həqiqi mənasında Xocalı şəhidlərinin ruhu bayram edəcək. Xocalıya qayıdış uzaqda deyil!

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ