çərşənbə günü, 11 noyabr 2026
     

Əliyevin Münhen "Sülh Formulu", yolların ən qısası, Paşinyanın "qeyrətə boğulması" və mifik Tiqranda itib-batması... - Aydın QULİYEV yazır...

Image


2020-ci ildə Azərbaycan və Ermənistanın dövlət liderləri səviyyəsində ilk və yaddaqalan məşhur Münhen debatı ulə müqayisə aparmaq  üçün yeni oxşar hadisə baş verdi. Fevralın 18-də İlham Əliyevlə Paşinyan arasında  bütün Münhen platformasının xüsusi  maraqla gözlədiyi son 3 ilin  sayca 2-ci dabatı  baş tutdu. Buona görə xüsusi maraqlı hadisədir ki, 2020-ci ildə həmin məkanda baş tutmuş ilk debat yaddaşlarda dərin təəssürat oyatmışdı. Bu dəfə isə başlanğıcda Paşinyanın Əliyevlə panel müzakirəsində iştirak etməyəcəyi barədə informasiya olsa da, sonradan ermənilər tərəfdən Paşinyanın debatda iştirak edəcəyi barədə yeni xəbər yayıldı. Niyəsini dəqiq bilmirik, lakin  Paşinyan ya  "qeyrətə boğularaq" debata gəldi, ya da başındakı ağalarının tapşırığı  ilə fikrini dəyişdi. Hər halda, Paşinyanın öz sələfi Sarkisyandan fərqli olaraq prezident İlham  Əliyevlə açıq debata çıxmaqda azacıq  cəsarətə sahib olduğunu, Sarkisyan kimi "təmiz it qorxağı" olmadığını  göstərdi. Məlumdur ki, 2018-ci ilə qədər Münhen çərçivəsində Sarkisyan İlham Əliyevlə debata çıxmaqdan yayınmışdı...

   Münhendə 1-ci debatdan 2-ci debatadək...  

Münhen təhlükəsizlik konfransında 2020-ci ildəki ilk Əliyev-Paşinyan  debatının önəmli xüsusiyyəti tək o deyildi ki, ilk dəfə keçirilirdi. Həm də o idi ki, Ermənistan tərəfi ilk dəfə idi  belə formatda müzakirəyə razılıq vermişdi, eyni zamanda bu da fakt idi ki, debat o zaman hələ torpaqlarımızı işğalda saxladığı üçün Ermənistanın müvəqqəti hərbi-psixoloji  üstünlüyü şəraitində  və yalançı qalib ovqatı altında keçirildi. Etiraf edək ki, bu sonuncu şərtlər çərçivəsində bizim Prezidentin bütün dünya qarşısında düşmənlə açıq debata getməsi kimlərəsə risqli görünsə də, İlham Əliyev həmin anlarda öz mövqeyinə, arqumentlərinə, haqlılığına misilsiz inam və cəsarət nümunəsi yaratdı. Zarafat deyil, sənin torpaqlarının 20 faizini 30 il müddətində əsarətdə saxlayalar, dünya bunun üçün təcavüzkara güldən ağır söz deməyə, bütün abır-həya ölçülərini ayaqlayaraq dik gözümüzün içinə "torpaqlarınızı  vermirəm" söyləyə, təcavüzkar ölkə özü kimi "köpəklər  sürüsü" ilə hövrləşərək "Qarabağ tarixən sizin olmayıb" deyə insanın cızdağını çıxardan həyasız bir mövqe ortaya qoya, sən isə bütün bunları, çətin olsa da, misilsiz təmkin və soyuqqanlıqla qarşılayaraq debata-döyüşə atılasan və düşmənin bütün ideologiyasını şil-küt eliyəsən. Necə bir nümunədir? Tarixdə çoxmu olub və ya varmı İlham Əliyevin  yaratdığı bu nümunə kimi faktlar ?!..

Məhz bu xüsusiyyətinə görə ilk Əliyev-Paşinyan debatının tarixdə qalacağına heç bir şübhə yoxdur.

Hadisə təkcə Paşinyanın mövqeyinin şil-küt olması ilə xarakterik olmadı. Həm də odur ki, İlham Əliyev 2020-ci ilin fevralında ilk debatda təqdim etdiyi konsepsiya ilə Azərbaycanın 7 aydan sonra başlayacağı Vətən savaşına bütün dünyanın gözündə etibarlı ideoloji müdafiə və təminat yaratdı. Bu debatdan sonra dünyada Azərbaycanın hazırlaşdığı ədalətli və haqq müharibəsinə anlayış göstərənlərin sayı ildırım sürəti ilə artmağa başladı. Qarabağ münaqişəsinin obyektiv tarixi kökləri, müasir hüquqi və siyasi aspektləri ilk debatda Prezident İlham Əliyev tərəfindən elə dəqiq və ardıcıl təsvir edildi ki, qaranlıq və şübhəli bir məqam qalmadı. İlham Əliyevin real  tarixdən gətirdiyi faktları və Paşinyanın dırnaqarası "faktlarını" müqayisə etmək yetər. Əliyev real tarixi və hüquqi faktları ortaya qoyduğu halda, Paşinyan öz xalqının uydurma tarixinin "dərinliklərinə" elə səriştəsiz baş vurdu ki, mifik "böyük Tiqran dövlətinin xarabalıqları" arasında özü də itib-batdı. Hələ də yaddaşlardadır ki, o zaman erməni ekspertlərinin özləri də  qədim Roma və mifik "Tiqran dövləti" ilə bağlı dediklərini Paşinyana irad tutdular ki, yersiz müqayisədir, bu yersizlik Roma qədər qədim tarixləri olmayan bugünkü həmsədr ölkələrin özlərinin də xoşuna gəlməyəcək... Həqiqətən də Paşinyanın apardığı tarixi paralellər çox uğursuz oldu. Belə ki, həqiqətən də ABŞ, Rusiya və Fransanın Roma qədər qədim tarixləri yoxdur, real ABŞ, Rusiya və Fransa dövlətçiliyini isə mifik "Tiqran dövləti" ilə müqayisə etmək ağılsızlıqdır.

Tam əsaslarla demək olar ki, Vətən müharibəsində Zəfərimiz müharibədən 7 ay əvvəl Münhen konfransında Əliyevin Paşinyan üzərində dağıdıcı debat qələbəsindən başladı. Çünki bu debat dünyada rəy yaratdı ki, Azərbaycanın çox şeyə, hətta torpaqları naminə ədalətli müharibəyə də haqqı var...

2-ci Münhen debatı - "Azərbaycanın istədiyi budur, bəs Ermənistan nə istəyir?!.."

Yarımbaşlığa çıxardığımız fikirlər Azərbaycan Prezidentinə məxsusdur. Paşinyanla debatda Azərbaycanın nə istədiyini bir-bir təsvir edəndən sonra bu yaddaqalan ifadəni işlətdi - Azərbaycanın istədikləri budur, bəs Ermənistan nə istəyir?.. İlham Əliyev ifadə tərzini elə qurdu ki, Ermənistan rəhbərinin  çox ziddiyyətli və qəbuledilməz  mövqedə olduğu hər kəsə çatdı.

  Təbii ki, Ermənistanın da müharibədən sonra istədikləri var. Bunlar Azərbaycanın istədiklərinin əksi olanlardı. Anti sülh, anti sabitlik, anti təhlükəsizlik - Ermənistanın mövqeyi ilə bağlı 2-ci Münhen debatının yaddaşlara hopmuş yekun  tezisi bu oldu.

...Bizim Prezident Münhen platforması üzərindən dünyaya hansı mesajları verdi?

1.İlham Əliyev müharibədən sonra  regionumuzda təhlükəsizlik perspektivlərinın "ikivektorlu yanaşmadan" asılı olduğunu çox aydın ifadə etdi. Bunlar Azərbaycan-Ermənistan danışıqları vektoru və Azərbaycanla Qarabağın yerli erməni əhalisi arasında təmaslar vektorudur. Sonrakı sülh proseslərinin bu 2 vektor üzrə qurulması bir tərəfdən həqiqətən nəticəli danışıqlar üçün zəruru mühiti təmin edə bilər, digər tərəfdən isə Ermənistanın  pozucu bir ideyasını gündəmdən birdəfəlik  çıxdaş etmiş olar. Bu hansı ideyadır? Ermənistanın diplomatik və siyasi çevrələrində belə bir  fantastik və pozucu  ideya dolaşır: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və  Qarabağ erməniləri ilə  əlaqədar  danışıqlar birlikdə, ya ayrı-ayrılıqda aparılsın". Ermənistan məsələnin bu cür qoyuluşu ilə onu demək istəyir ki, keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycana aid etməmək şərtilə Azərbaycanın ərazi bütövlüyünü tanıya bilərik. Nə qədər ört-basdır etməyə və flrlatmağa çalışsalar da, ermənilərin postmüharibə strategiyasının ana xətti bundan ibarətdir. Çünki məhz məsələni bu şəkildə qoyduqda onlar həm müharibədən sonrakı reallıqların tanınmasından yan keçə bilir, həm sülh prosesini uzada bilir, həm də vaxt udmağa çalışırlar. Lakin İlham Əliyev "iki vektor" ideyasını irəli sürməklə Ermənistanın postmüharibə dövrünə xas    strategiyasını alt-üst etdi. Dəqiq desək, İlham Əliyev Paşinyanın  Qarabağ etmənilərinə dair ayrıca danışıqlar paneli yaratmaq strategiyasının mümkünsüzlüyünü  həm Ermənistana , həm də beynəlxalq maraqlı tərəflərə açıq bəyan etdi. Onları bir daha başa saldı ki, postmüharibə problemlərinin göstərdiyimiz bu "2 vektor çərçivəsindən" kənarda həlli yoxdur.

Münhen debatında dünyaya verilən 2-ci mühüm mesaj regional kommunikasiyaların açılması ilə bağlıdlr. Prezident İlham Əliyev konkret təkliflə çıxış edərək, regional komunikasiyalar haqda buvaxtadək mövcud təsəvvürləri daha da zənginləşdirdi. Prezidentimizin təklifinin mahiyyəti sadə,  lakin çox effektlidir - Zəngəzur dəhlizinin hər iki başında və Ermənistanla Laçının arasında nəzarət-buraxılış məntəqələrinin yaradılması. Təklif o qədər aydın və  praktikdir ki, onunla hər hansı mübahisə açmaq heç bir məntiqə sığmaz. Söhbət bir dövlətdən diğərinə keçiddən gedirsə, nəzarət-buraxılış məntəqələri  niyə də olmamalıdır?!.. Blinkenin iştirak etdiyi görüşdə verilmiş bu təklifə Paşinyanın özünün də heç bir əks mövqe qoymadığını, lakin maraqla qarşıladığını Prezidentimiz media qarşısında açıq  ifadə etdi... Bu o deməkdir ki, İlham Əliyevin yeni təklifi Paşinyanı və  Blinkenin şəxsində onun Qərbdəki bütün havadarlarını fakt qarşısında qoydu.

     Əliyevin Münhendən dünyaya 3-cü mesajı sülh sazişinin mətninə münasibətdə obyektivlik, qarşılıqlı mənafe və konstruktivliyin əsas tutulmasıdır. Prezident Ermənistanın təqdim etdiyi və hazırda incələnməkdə olan saziş mətnində "qənaətləndirici olmasa da, müəyyən tərəqqinin"  olduğunu xüsusi vurğu ilə deməyi unutmadı.Yəni burada Azərbaycanın hər bir mütərəqqi təşəbbüsə analoji cavab vermək iradəsi nümayiş olundu. Prezidentimiz " Dağlıq Qarabağ "ifadəsini daxil etməmək şərti ilə sazişin beynəlxalq norma və prinsiplər əsasında hazırlanması zərurətini qətiyyətlə bəyan etdi .Onun bu mövqeyi qarşı tərəflər üçün yenilik olmasa da, bir daha göstərdi ki, Azərbaycanın siyasəti ardıcıl, prinsipial və dönməzdir... Çünki Azərbaycan Prezidenti sülh sazişinin hansı prinsiplərlə imzalanmalı olduğunu hələ  müharibədən az sonra bəyan etmişdi və həmin mövqe bu gün də Prezident tərəfindən ardıcıl şəkildə yürüdülür...

Bu tezislərin "Dağları aşmaq?" kimi poetik ifadə altında keçən panel müzakirələrində səsləndirilməsi göstərdi ki, regional sülhün taleyi  "Dağların arxasında" yox,  uzaqlarda yox, İlham Əliyevin bəyan etdiyi bu "2 vektor"un  üzərindədir.

Beləliklə, Münhen panel müzakirələrində Azərbaycan Prezidentinin yanaşmaları "Regional sülh formuluna" doğru dəqiq istiqaməti nümayiş etdirdi.

Əgər 1-ci Əliyev-Paşinyan debatı 7 ay öncədən Vətən müharibəsinin ideoloji müdafiəsini qurmuşdusa, 2-ci debat ən azı onun qədər əhəmiyyətli olan yeni perspektivin yolunu açdı. Göstərildi ki, sülh sazişinə və sərhəd mübahisələrinin uğurlu həllinə doğru İlham Əliyevin "Sülh Formulu" ilə getmək mümkün olan yolların ən qısası və ən rahatıdır...




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ