çərşənbə günü, 11 noyabr 2026
     

Türkiyə Azərbaycan və Ermənistan arasında əsas vasitəçiyə çevrilir?

Image


Ermənistanın Azərbaycanın sülh təklifinə hazırladığı cavab mətni artıq ölkəmizə təqdim edilib. Bunu adıçəkilən ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib və bəzi maraq doğuran açılama da verib.

Belə ki, Paşinyanın sözlərinə əsasən, sənəd Azərbaycandan başqa ATƏT-in Minsk qrupunun həmsədrlik etmiş ölkələrinə də təqdim olunub: “Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması sazişinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb və bizim təkliflərimiz Azərbaycan tərəfinə çatdırılıb. Başqa sözlə, təkliflər dedikdə biz öz təkliflərimizlə dolu sənəd layihəsini nəzərdə tuturuq. Biz sənədi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də göndərmişik”.

Nikol Paşinyanın bu sözlərindən belə bəlli olur ki, sənədin Azərbaycana çatdırılmasında ABŞ, Rusiya və Fransanın xidmətindən istifadə olunmayıb. Belə olan halda vasitəçi ölkənin kimliyi maraq doğurur. Məhz bu durumda Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan çox maraqlı bir açıqlama verib: “Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair sənədi Türkiyə vasitəsilə Bakıya təhvil verib”. O bildirib ki, sənəd Ermənistanın xarici işlər naziri  Ararat Mirzoyanın əli ilə Ankaraya verilib və ordan da Bakıya çatdırılıb. Xatırladaq ki, Ararat Mirzoyan məlum zəlzələ ilə bağlı Ankarada səfərdə olub. İstisna deyil ki, Ararat Mirzoyan Ankaraya səfəri zamanı Türkiyə vasitəsilə İrəvanın sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsi üçün hazırladığı məzmunu çatdırıb. Erməni türkoloq Ruben Safrastyan da baş verənlərlə bağlı maraqlı məqamlara diqqət çəkir: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalar göstərir ki, Ankara İrəvanla Bakı arasında münasibətlərin həlli üçün yeni format formalaşdırmağa çalışır. Bu, Türkiyənin vasitəçi kimi çıxış edəcəyi format olacaq. Türkiyə bu prosesdə hər iki tərəfin yanaşmalarını nəzərə alaraq neytral mövqe tutmağa çalışacaq. Yəni Ankara Azərbaycanın müttəfiqi kimi yox, üçüncü tərəf, vasitəçi kimi çıxış edəcək. Ən azından məndə belə təəssürat yaranır. Çavuşoğlunun bu açıqlaması ilk addımdır və Türkiyə qarşıdakı aylarda bu planlarını həyata keçirməyə çalışacaq. Məncə bu, Türkiyənin regional siyasətinin bir hissəsidir. Ankaranın məqsədi regionu nəzarətə götürməkdir. Region uzun illərdir Rusiyanın təsiri altında olub və indi Türkiyə bunu dəyişdirməyə çalışır". Xatırladaq ki, Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında aşağıdakıları bildrirb: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək". Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir. Rusiyalı politoloq Vladimir Lepexin qeyd edir ki, İrəvan Bakı ilə münasibətlərini normallaşdırsa, Türkiyə ilə sərhədlər açılacaq: “İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri yaxşılaşdıracağına və ya bölgədəki vəziyyəti dəyişdirəcəyinə inam var. Amma Ankara çox praqmatikdir, kifayət qədər sərtdir, geosiyasi xəttini ardıcıl şəkildə davam etdirir. Ermənistanın maraqları bu xətt üzərində qurulmayıb. İrəvan Ankara üçün heç bir məsələdə avtoritet deyil. Paşinyan komandası tez-tez Türkiyəyə meyllənir və bu ölkəyə qarşı prinsipial mövqe nümayiş etdirmir. Türkiyənin və müvafiq olaraq, Azərbaycanın regionda təsirinin güclənməsi bundan sonra da davam edəcək. Bu amil vasitəsilə NATO-nun təsiri artacaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa cəhdlər ediləcək”.Lepexin qeyd edib ki, əgər Rusiya müharibədən uğurla çıxıb məqsədlərinə çatarsa, bundan sonra Cənubi Qafqazda nüfuzunu bərpa etməyə, Qarabağda sülhməramlıların və Gümrüdəki hərbi bazanın mövcudluğunu uzatmağa çalışacaq: “Amma hərbi kampaniya Rusiya üçün pis başa çatsa ​​və sülh sazişində Qərb şərtləri üstünlük təşkil etsə, Moskvanın Cənubi Qafqazda təsirini bərpa etmək ehtimalı azdır. Belə olan halda Ermənistanın hansı şəraitdə və şərtlərlə Türkiyə, eləcə də onun müttəfiqinə yanaşacağı maraqlıdır”.

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan Ararat Mirzoyanın Türkiyəyə səfərini şərh edərkən regionda vəziyyətin dəyişməsini mümkün hesab edib:  “Ararat Mirzoyanın Türkiyəyə səfəri çox şeyi yaxşılığa doğru dəyişəcək”. Onun sözlərinə görə, əbədi dost və əbədi düşmən yoxdur: “Biz Türkiyə ilə dostluq münasibətlərinə başlayacağımızı demirik, amma Türkiyə ilə barışmalıyıq. Əgər biz bu zəlzələyə reaksiya verməsəydik, bütün dünya qonşu ölkəyə yardım göndərmədiyimizə görə bizi qınayardı ki, reaksiya vermədilər”. “Bu humanitar jestlə Türkiyənin siyasətini dəyişməsi və ilkin şərt olmadan əlaqələr qurması mümkündürmü” sualına erməni deputat  cavab olaraq bildirib: “Əgər biz sülh istəyiriksə, qonşularımızla barışmalıyıq, bu olmadan sülh olmayacaq. Dünya Ermənistanın bu addımla Türkiyə ilə sülh şəraitində yaşamaq istədiyini gördü. Ararat Mirzoyanın Türkiyəyə səfəri çox şeyi yaxşılığa doğru dəyişəcək”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan isə etiraf edir ki,  İrəvan Azərbaycanın tələblərini yerinə yetirməyincə, Türkiyə münasibətlərin normallaşması istiqamətində heç nə etməyəcək. Onun sözlərinə görə, müharibədən sonrakı çətin mərhələdə Türkiyə ilə münasibətlərin bərpası çox problemli idi: “Erməni tərəfi səylər göstərirdi ki, heç bir ilkin şərt yoxdur. Eyni şeyi Türkiyə tərəfi də edib, amma aydın idi ki, ilkin şərtlər var. Təəssüflər olsun, ilkin şərtlərin bir hissəsi artıq reallıqdır”. Erməni deputatın qənaətincə, indi Türkiyə Ermənistanla daha güclü ilkin şərtlərlə danışır ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini nəzərdə tutur: “Türkiyə çox güclü təsirə malik olduqdan sonra özü ilə Ermənistanın məsələsinin həllini Ermənistanla Azərbaycanın məsələsinin həlli ilə şərtləndirir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ