çərşənbə günü, 11 noyabr 2026
     

Güney Azərbaycanın müstəqilliyi zərurətə çevrilir...

Image


İranda baş örtüyünü "düzgün" örtmədiyinə görə həbs edilən gənc qadının polis nəzarətində olarkən ölməsi ilə başlayan iğtişaşların dördüncü aydır davam etdiyi bir vaxtda Tehrandakı bir aptek icbari hicab qanununa əməl edilmədiyi üçün bağlanıb və onun qadın sahibinə qarşı cinayət işi açılıb. İran Ədliyyə sisteminə bağlı olan “Mizan”xəbər agentliyi iddia edir ki, aptek, sahibi baş örtüyünə riayət etməsi barədə xəbərdarlıq edən şəxsə hörmətsizlik etdiyinə görə bağlanıb.

Cavabında vəkil Əli Müctəhidzadə yazıb ki, bir nəfərin hicaba riayət etməməsi bəhanəsi ilə biznesi bağlamaq qanunsuzluqdur. Bu fonda rejimin göstərişi ilə hərəkət edən rəsmi qurumlar həmkarlar ittifaqlarına məktub göndərərək, paytaxtdakı mağaza və müəssisələrdə baş örtüyünə və məcburi qaydalara riayət olunmasına çağırıb. Bu xüsusda çağırış “Hicab və İffət Qanunu”na əsaslanaraq, baş örtüyü örtməməyin qarşısını almaq məqsədi ilə paytaxtdakı həmkarlar ittifaqlarına verilib. “Hicab və İffət Qanunu” 9 yaşdan yuxarı qadın və qızların ictimai yerlərdə başlarını örtməsini tələb edir. Son həftələr sahibkarların və müdirlərin İslam qanunlarına və məcburi hicab qaydalarına əməl etməməsi səbəbindən müəssisələrin, restoranların, kafelərin və bəzi hallarda apteklərin bağlanması ilə bağlı çoxsaylı xəbərlər dərc olunur. Bu vəziyyətdə İranda etirazların davamlı xarakter alması qaçılmaz hesab olunur. Əslində bunu İran İslam İnqilabının ildönümünə xalqın münasibəti də göstərdi. Hər il ildönümündə küçə və meydanlara çıxan sadə iranlılar bu dəfə heç bir fəallıq nümayiş etdirmədilər. Tehran, Təbriz, Ərdəbil, Şiraz, İsfahan və digər böyük şəhərlərin xiyabanları, sözün əsl mənasında, boş qaldı. Xalq artıq bu hakimiyyətin ideoloji siyasətindən bezib və ölkədə dəyişikliyin olmasını istəyir, bu istiqamətdə qəti addımlar atır. Çünki inqilabın nəticəsi olaraq hakimiyyəti ələ alan dindarlar dinlə siyasəti qarışdıraraq cəmiyyətdə və dünyada özlərinə qarşı ikrah hissi yaratdı. İnqilabın ilk illərində formalaşan hakimiyyət dünya liderliyi iddiasına düşdü, lakin qısa müddət sonra İranın siyasəti qonşu İraqla müharibəyə gətirib çıxardı, nəticədə 200 mindən çox insan həlak oldu. Müharibədən sonra nüvə silahı istehsal edib regionu və dünyanı özünə tabe etmək kimi siyasi ambisiyası molla rejimini daha kəskin addımlar atmağa sövq etdi. O, bütün beynəlxalq qanunlara zidd olaraq kütləvi qırğın silahı hazırlamağa başladı və iqtisadi sanksiyalarla üzləşdi. Sanksiyalar nəinki İrana nüvə silahı hazırlamaq imkanı vermədi, əksinə, onun iqtisadi və hərbi potensialını daha da zəiflətdi. Neft və qazla zəngin olan İranda əhalinin bu gün yoxsulluq səviyyəsindən də aşağı həddə yaşaması rejimin yarıtmaz siyasətinin nəticəsidir. Regionda dominant olmaq istəyən İran milli gəliri ölkənin sosial-iqtisadi inkişafına deyil, Yaxın Şərqdə fəaliyyət göstərən silahlı qrupları saxlamağa yönəldir. Bu qruplar vasitəsilə region dövlətlərinə nüfuz edib öz mənasız dini-siyasi ideoloji xəttini davam etdirir. Buna qarşı çıxan ziyalı təbəqə isə repressiyalara məruz qalır. İlk növbədə Güney Azərbaycanda yaşayan soydaşlarımız bu repressiyaların təsirini öz üzərində hiss edir. Təbii olaraq da azərbaycanlıların buna etirazı artır. Məsələnin bu tərəfinə nəzər salan İsrailin “Jerusalem Post” qəzeti İranda davam edən etirazlar fonunda yazır: “İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədəki etnik azərbaycanlıları hakimiyyətə qarşı etiraz aksiyalarını dəstəkləməkdə ittiham edir. Bu ittiham İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi “Teleqram” kanalı vasitəsilə mütəmadi olaraq yayımlanır. İrandakı hazırkı gərginliyin mərkəzi Təbriz şəhəridir. Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan bu şəhərdə yaşayan müxtəlif hesablamalara görə təxminən 25 milyon etnik azərbaycanlı İranın əsarətindən xilas olmaq və Güney Azərbaycan adlı ayrıca dövlət yaratmaq istəyir. Bu yaxınlarda şəhərdə İran rejiminə qarşı növbəti etiraz dalğası baş verib. Son aylarda rejim nümayişləri yatırıb və kütləvi həbslər həyata keçirib. İranın təhlükəsizlik qüvvələri hətta zorakılığa əl atmaqdan da çəkinməyib ki, nəticədə onlarla sakin həlak olub. Qeyd etmək lazımdır ki, bu şəhər qanlı İran rejimi üçün böyük əhəmiyyət kəsb edir. Hakimiyyət qorxur ki, əgər şəhər və onun ətrafı öz müstəqilliyini elan edərsə, bu, rejimin süqutunu sürətləndirə bilər”.

Qeyd edilənlərə sübut kimi son vaxtlar nümayişçilərin müstəqil Güney Azərbaycanın bayrağının təsviri olan çoxsaylı plakatlar asmağa başlamaqları göstərilir. Təhlükəsizlik qüvvələrinin nəzarətində olan inzibati və ictimai binaların divarlarına da oxşar vərəqələr yapışdırılır. Daha sonra məqalədə İsrail və İranın Azərbaycandakı səfirləri arasında “tvitter”də baş verən “söz atışması”ndan bəhs edilir. Belə ki, diplomatların sosial şəbəkələrdə bir-birini tənqid edən atmacaları geniş müzakirələrə səbəb olub. Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən il “tvitter” səhifəsində iranlıları narahat edən paylaşım edib. O, Azərbaycan və onun mədəniyyətinin Təbriz şəhəri ilə tarixi bağlarından bəhs edən kitab haqqında yazıb və bu şəhərin İrana deyil, Azərbaycan xalqına məxsus olduğuna eyham vurub. İran səfiri Seyid Abbas Musəvi isə cavabında onu “qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək şər sionist” adlandırıb. Məqalədə  daha sonra Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevdən sitat gətirib: "Təbriz Azərbaycan vətəndaşları üçün tarixi yerdir. Rəsmi Tehran yəhudiləri və İsraili əhalini etiraz və üsyana təhrik etməkdə ittiham edir, azərbaycanlılar isə bu təbliğata inanmır”. Bunlar fonunda qeyd edək ki, artıq 6 aydır, İranda etiraz aksiyaları davam edir. Hakimiyyət nə qədər çalışsa da, insanları sakitləşdirə bilmir. Xalq görür ki, hakimiyyət tez bir zamanda ölkədə sosial-iqtisadi vəziyyəti, beynəlxalq nüfuzunu, legitimliyini yaxşılaşdıra bilməz. Aksiya iştirakçılarını edam etməklə nəyəsə nail olmaq mümkün deyil. Təbii ki, İranda hansı proseslərin baş verəcəyini və insanların etirazlarının nə ilə başa çatacağını zaman göstərəcək. Amma getdikcə daha çox əminlik yaranır ki, İran rejiminin sonu yaxınlaşır. Xalq geri çəkilmək niyyətində deyil.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ