Bazar günü günü, 13 sentyabr 2026
     

“Atam bir gün əvvəl biz 5 övladını Xocalıdan çıxardı” – 31 il valideynlərin axtarışında...

Image


“Dünya ictimaiyyəti bizim səsimizi heç eşitmədi, göz yaşlarımıza acımadı, taleyimizə yanması. Sanki dünyanın qulaqları kar, gözləri də kordur. 31 ildir ki, səsimizə səs vermir. Bu ağrı ilə qovrulub yanıram ki, niyə bu qədər laqeyd oldular bizə?

Xocalı soyqırımı baş verən gecə hər iki valideynini itirən 25 uşaqdan 5-i bizik, mən və qardaş-bacılarım. 31 ildir ata-anamızdan bir xəbər yoxdur. Bilmirik ki, onlar o gecə Xocalıda şəhid ediliblər, yoxsa girov götürülüblər. Gümanlarımız, ehtimallarımız o qədərdir, suallarımız o qədər çoxdur ki... Heç birinə çözüm tapa bilmirik, suallarımızın cavabını bəlkə də heç kəs bilmir”.  

  • “İndiyə qədər ata-anamın taleyi barədə dəqiq məlumatımız yoxdur”

Bunu Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Cəlil oğlu Məhərrəmov və  Bəsirə Vəli qızı Məhərrəmovanın qızı, Xocalı tam orta məktəbinin əməkdaşı Vəsilə Məhərrəmova “Bakı-Xəbər”ə müsahibəsində deyib. V.Məhərrəmova deyir ki, 31 ildir ata-anasından bir xəbər ala bilmirlər. Vəsilənin, Natiqin, Namiqin, Səbinənin, Vüsalənin 31 ildir ki, qəlbindəki ata-ana həsrətini ovudan, dağlanmış ürəklərinin yarasını sağaldan təsəlli yoxdur. Düzdür, əmisi rəhmətlik Murad Məhərrəmov, bibisi Südabə xanım bütün ömürlərini Vaqifdən və Bəsirədən yadigar qalan beş uşağa həsr etdilər, onların çətinlik çəkməsinə, ehtiyac hiss etməsinə, kəm-kəsirlərinin olmasına imkan vermədilər, bütün qayğılarını, nazlarını çəkdilər. Onlara Azərbaycan dövləti də, Heydər Əliyev Fondu da daim qayğı-diqqət göstərdi, ev-eşiklə təmin etdilər. Vəsilə xanım və qardaş-bacıları yerdən göyə qədər razıdırlar, bu qayğıya görə dövlətə də, Heydər Əliyev Fonduna da təşəkkür edirlər.   

Ana yeri
Qurulub xana yeri
El yığılıb bir olsa
Heç verməz ana yeri...

Ata yeri
Bəllidir xata yeri
Aləm yığışıb gəlsə
Dolanmaz ata yeri...

Vəsilə Məhərrəmova deyir ki, erməni separatçılarının, terrorçularının ucbatından başlarına gəlməyən bəla qalmayıb. Əslləri-kökləri Laçın rayonundan olsa da, Xankəndidə yaşayıblar. Lakin 1988-ci ildə erməni separatizmi baş qaldırdıqdan və orada azərbaycanlılara qarşı qeyri-insani münasibət sərgiləndiyindən Xankəndidən Xocalıya köçüblər. V.Məhərrəmova deyir ki, əslində, Xankəndidən Xocalıya qaçqın olaraq sığınıblar. “Beşimiz də Xankəndidə doğulmuşuq. Mən birinci sinfə Xankəndidə getmişəm, 1 nömrəli məktəbdə oxumuşam. Uşaqlığımız çox gözəl keçirdi, Xankəndi çox gözəl bir şəhərdir, evimiz orada idi. Lakin erməni separatçılarının ucbatından Xankəndidəki evimizi tərk etməyə məcbur qaldıq. Biz iki dəfə qaçqınlıq həyatı yaşamışıq. Əvvəlcə Xankəndidən Xocalıya qaçıb gəlmişik, 1992-ci ildə isə Ağdama, ordan da Bakıya gətiriblər bizi. Biz o vaxt Xocalı şəhərində 4 il yaşadıq, “finski” evlərdə məskunlaşmışdıq. Biz Xocalıda necə yaşayırdıq? Bütün günü başımızın üstündən güllələr, bombalar ələnirdi. Çölə çıxmaq mümkün deyildi, günlərlə zirzəmilərdə qalırdıq. Təxminən bir il evdə yaşadıq, üç ilimiz isə zirzəmilərdə keçdi. Ermənilər hər gün atırdılar. Arada-bir evə də çıxırdıq ki, ev havası hiss edək. Amma bu bizə həmişə müyəssər olmurdu, atırdılar, biz də yenidən  qaçıb zirzəmiyə girirdik. Paltarla yatıb-dururduq. O qədər ağır psixoloji travmalar almışıq ki, indinin özündə də paltar soyunmaq, üst paltarını soyunub yatmaq bizə qəribə gəlir. Bəzən özümə sual verirəm ki, üst geyimini çıxarmalıyammı? Bu travma indi də yaşayır içimizdə. Çünki həmişə paltarda, ayaqqabıda yatırdıq. Türkiyədə, Xoyda zəlzələdən əziyyət çəkən insanlara baxanda yadıma o illər düşür. Fərqimiz ondadır ki, bizi erməni separatçıları bu vəziyyətə salıblar. Xocalıda vəziyyət çox kritik idi. Erməni sepatçıları hər kəsi öldürməyi, qətlə yetirməyi planlamışdılar. Uşaqlar üçün orada qalmaq lap çətin idi. Bilirsiz ki, nə qədər uşağımızı qətlə yetirdilər, neçə uşağımızı girov götürdülər. Üç bacı, iki qardaşıq biz. O zaman böyüklər dedilər ki, balacaları çıxaraq Xocalıdan, böyüklər qalsın. Yəni mənimlə böyük qardaşım qalmalı idi. Sonra əmim atama dedi ki, uşaqlarını və yoldaşını götür apar Ağdama. Ağdamda bibim yaşayırdı, bizi ora qoyacaqdılar. Atam və anam birgə aparıb bizi Ağdama bibimgilə qoydular. Bibim anama yalvarıb israr etdi ki, sən getmə uşaqların yanında qal, amma anam Ağdamda qalmaqdan imtina etdi. Dedi ki, Xocalıya qayıdıram, getməsəm orada iki kişiyə (atam və əmimi nəzərdə tuturdu) kim baxacaq, kim yemək bişirəcək? O zaman artıq Meşəli faciəsi baş vermişdi. Orada bizim yaxın qohumlarımızı da ermənilər qətlə yetirmişdi. Atamgil də həm bizi gətirmişdilər, həm də öldürülən qohumlarımızın yasına gəlmişdilər. Biz o vaxt vertolyota zülmlə minirdik. Çünki o vaxt uşaqları çıxarırdılar, amma kişilər, qadınlar qalırdı. Orada qalan uşaqların da başına gətirilən bəlaları bilirsiz. Bəziləri girov götürüldü, sonradan geri qaytarıldı, bəziləri öldürüldü, bəzilərindən də hələ xəbər yoxdur. O zaman kişilərdən heç biri rayonu qoyub çıxmaq istəmirdi, onlar orada qalırdılar, döyüşürdülər.

Bibimgil bilirdilər ki, atam-anam geri - Xocalıya qayıtsalar onları hansı tale gözləyir. Amma anam atama qoşulub Xocalıya qayıtdı...”

V.Məhərrəmova ağrılı-acılı uşaqlıq xatirələrini həyəcanlana-həyəcanlana, bədəni əsə-əsə, dili titrəyə-titrəyə, ağlaya-ağlaya danışır. “Biz Laçına babamgilə getdik. Deyəsən, fevralın 27-si idi. Bir gün əvvəl isə Xocalı soyqırımı baş veribmiş, amma bizim bundan xəbərimiz yox idi. Babamgildə oturmuşduq, nənəm də yasa getmişdi. Elə bil baş verənlər nənəmin ürəyinə dammışdı. Bütün uşaqlar səbəbsiz yerə ağlayırdılar. Bir də gördük ki, qohum-əqraba ağlaya-ağlaya içəri girdilər ki, ermənilər Xocalıda qırğın törədiblər, amma Vaqiflə Bəsirədən heç bir xəbər yoxdur. Amma əmim gəlmişdi. Əmim də, atam da postda imiş, ermənilər bunların postlarını vuranda əmim atama deyib ki, sən get Bəsirəni götür və aşağı məhəlləyə gedin, mən də gəlirəm. Atam anamı götürməyə gedib, amma sonra başlarına nə gəldiyi məlum deyil. İndiyə qədər ata-anamın taleyi barədə dəqiq məlumatımız yoxdur, bilmirik separatçılar onları qətlə yetiriblər, yoxsa girov götürüblər.

Hərə bir söz danışırdı. Biz sonradan eşitdik ki, ermənilər bizim məhəlləyə gəlib hamını güllələyiblər. Bəziləri dedilər ki, girov götürülüblər”.

Birinci Qarabağ müharibəsində bizim 4 minə yaxın itkin düşən, girov götürülən vətəndaşımız var, valideynlərinizin girovluqda olduğuna, sağ qaldığına inamınız varmı? Onlar haqda nə düşünürsünüz? V.Məhərrəmova “Biz uzun illər ata-anamın sağ olduğunu düşünürdük. İnanırdıq ki, onlar salamatdırlar və nə vaxtsa qayıdacaqlar. Əmim və bibim Qızıl Xaç Cəmiyyətinə çox müraciət etdilər, həmişə onları axtardıq, amma bir xəbər öyrənə bilmədik, izlərini tapa bilmədik. Qonşumuzun oğlu bir əhvalat danışdı, onu heç evdə deməmişəm. O, ata və anamın ermənilər tərəfindən öldürüldüyünü dedi. Qonşunun oğlu danışdı ki, atanın əlində silah vardı, ermənilər də gəlib onu tüfəngli görüblər və vurublar, anan da ermənilərin üstünə gedəndə ananı da vurdular. O mənə valideynlərimin öldürüldüyünü dedi. Mənə elə gəlir ki, bunu əmim də bilirdi, sadəcə ümidimizi tam üzməyək deyə bizə bildirmirdi. O məlumatı o uşaqdan başqa bizə deyən olmadı.  Biz hələ də yol gözləyirik, girovluqda olan insanlarla bağlı xəbər gələndə həyacanlanırıq, haldan-hala düşürük, “bəlkə bizimkilərdir” deyib ümidlənirik. O qədər belə hallar yaşamışıq ki. Biz ermənilərin elə qəddarlığını, elə vəhşiliyini görmüşük ki, dillə deyiləsi deyil. Erməni girovluğundan qayıdıb gələn qonşularımız, tanıdığımız insanlar erməni separatçılarının azərbaycanlı girovlara qarşı elə qeyri-insani, amansız rəftarından danışırlar ki, dəhşətə gəlirsən. Biz onlarla söhbət edəndə yalnız ağlayırıq. Xocalılıların başına elə müsibətlər gətiriblər ki, bəlkə bunu faşistlər də etməzdi heç. Bu baxımdan, valideynlərimin salamat olduğuna heç inanmıram. Atam həddən artıq vətənpərvər olub. O, torpaqlarımızı qorumaq üçün beş balasını güllə yağışının altında qoyub döyüşüb, postda durub. Bizim yanımıza üstü-başı qan içində gəlirdi. Həmişə Xocalıya qayıtmaqla bağlı xəyal qurmuşam. Qayıtmağımı təsəvvür edirəm öz-özlüyümdə. Uşaqlığımızı, sevincimizi, xoşbəxtliyimizi, ata-anamızı itirdiyimiz yerlərə qayıtmaq istəyirik. Heç olmasa onların qoxusunu ala bilərik o torpaqdan. Qanla suvarılın Xocalı...biz getsək hər şey başqa cür olar.  İnanıram ki, bir gün uşaqlığımın keçdiyi Xocalıya, Xankəndiyə qayıdacağam. Torpaqlarımızın alınması bizi çox ümidləndirir.  Evimiz Xankəndidə idi. Sputnikdən Xocalıdakı məhələmizə baxırıq, amma elə bil onu yer üzündən siliblər...

1988-ci ildə Xankəndidən Xocalıya, 1992-ci ildən isə Xocalıdan Ağdama, Ağdamdan da Bakıya gəldik. Bizə əmimlə bibim baxırdı. Özü də çox yüksək səviyyədə baxırdılar bizə, bir şeydən korluğumuz yox idi. İkisi də ömrünü bizə həsr etdi. Əmimin rəhmətə getməsi bizi çox yıxdı. Biz ikinci dəfə yetim qaldıq...

Bizim ətrafımızda həmişə bizimlə eyni taleyi bölüşən insanlar olub. Biz Pirşağıdakı Qızılqum sanatoriyasında qalırdıq əvvəllər. Bütün yaralı insanlar bir yerə yığışmışdı.

Hər iki valideynini itirən 25 uşağın 5-i bizik...100 uşaq səhv etmirəmsə bir valideynini itirib. Bizə zülüm oldu, dəhşətlər yaşadıq. Məndən şəkil istəyirsiniz. Bizim uşaqlıq şəkillərimiz yoxdur. Bütün uşaqlıq şəkillərimiz, ailə albomumuz,  əşyalarımız, bizə aid nə varsa  hamısı Xocalıda qaldı. Bizim uşaqlıq xatirlərimizi ermənilər  qana boyadı...”

Vəsilə Məhərrəmova deyir ki, Xocalıdan çıxanda özünün 14, kiçik qardaşının isə 5 yaşı olub. Amma baş verənlər yaddaşlarında, ürəklərində susmayan bir ağırı kimi yaşayır. “Bizim acımız o zaman dinəcək ki, Xocalı soyqırımını törədən erməni caniləri beynəlxalq məhkəmədə mühakimə olunub cəzalarına çatdırılsınlar. Xocalıya ədalət istəyirik dünyadan! Xocalıya, Xankəndiyə qayıtmaq istəyirik, dünya ictimaiyyətinin səsimizə səs verməsini istəyirik”-deyə V.Məhərrəmova bildirdi.

Sizə Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və  Bəsirə Məhərrəmovanın böyük qızları Vəsilə Məhərrəmovanın valideynləri barədə xatirələrini, düşüncələrini çatdırdıq, onların qısa həyat hekayəsi ilə tanış oldunuz...Beş balanın gözü hələ yoldadır, ümidləri hələ də ölməyib, içlərində gözərir...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ