Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan Türkiyə və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynamağa başlayır

Image


Bu gün dünya dövlətlərinin böyük əksəriyyəti üçün prioritet məsələ qış mövsümü ərəfəsində enerji, xüsusən də karbohidrogen məhsulları ilə təminatını yüksək səviyyədə qarşılamaqdır. Məhz bu vəziyyətdə dünya bazarında neft və qaz məhsullarının qiymətində ciddi artım qeydə alınır. Neft 100 dollarlıq həddə yaxınlaşmaqdadır. Avropada qazın qiyməti min kubmetr üçün yenidən 1200 dolları keçib. Avropa qaz bazarında qiymətlərin dəyişkənliyi qış fəsli ərəfəsində qaz anbarlarının az dolması ilə əlaqələndirilir. Rusiya baş nazirinin müavini Aleksandr Novak da məsələyə bu prizmadan yanaşır:

“Avropada qaz qiymətləri təklif çatışmazlığına görə deyil, anbarın dolum səviyyəsinin aşağı olması səbəbindən yüksəkdir”. Onun sözlərinə görə, hazırda Avropa bazarı qazla tam təmin olunub, çünki ümumiyyətlə idxalın tədarükü, üstəlik Avropanın öz hasilatı daxili istehlakı təmin edir: "Eyni zamanda, hətta yeraltı anbarlara da qismən qaz vurulur, yəni qaz çatışmazlığı yoxdur". Novak onu da vurğulayıb ki, son beş ildə qaz anbarlarının doluluğu minimal səviyyədədir, yəni təxminən 74%-dir, halbuki, adətən bu göstərici 85-90%-dən çox olur: "Bu, əlbəttə, bazar iştirakçıları arasında narahatlıq yaradır, risqlər var, nəticədə, bazar hər zaman olduğu kimi reaksiya verir, qiymətlər qalxır". Bu halda Avropa üçün aktuallaşan məsələlərdən biri Azərbaycandan daha çox qaz idxalına nail olmaqdır. Azərbaycan artıq buna hazır olduğunu bildirib. Elə qardaş Türkiyə də enerji təhlükəsizliyi naminə Azərbaycandan təbii qaz idxalını artırmaqda maraqlıdır. Bu durumda Türkiyənin "Milliyet" qəzeti maraqlı bir məlumat yayıb. Qəzet qeyd edir ki, Türkiyə və Azərbaycan arasında yeni qaz sazişi imzalanıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz də bildirib ki, qış yaxınlaşdığından, mümkün qaz istehlakı artımının təmin edilməsi üçün danışıqlar aparılır: "Bununla bağlı Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olacaq təbii qaza dair razılaşma əldə olunub. Bakı-Tiflis-Ərzurum xəttilə əlavə 11 milyard kubmetr qaz alınacaq". Onun sözlərinə görə, Türkiyə qlobal enerji təchizatı böhranı dövrünü heç bir problem olmadan keçəcək. Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum boru xətti  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.

Xatırladaq ki, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı. Lakın tərəflər müqavilənin 3 il müddətinə, yəni 2024-cü ilin sonunadək uzadılması barəsində razılığa gəlib. Bununla yanaşı, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2") çərçivəsində də Türkiyəyə TANAP kəməri ilə ildə əlavə 6 milyard kubmetr qazın ixracı da həyata keçiriləcək. Bütün bunlar Türkiyənin enerji təhlükəsizlyinin təmin edilməsində Azərbaycanın rolunun artmaqda olduğunu göstərir. Lakin Azərbaycan Avropa istiqamətində eyni addım atmağı planlaşdırır. Energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bu xüsusda mühüm açıqlamalar verib. Onun sözlərinə görə, Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Nazir bildirib ki, 16 milyard kubmetrlik qazın 6 milyard kubmetri Avropaya, 10 milyard kubmetri isə Türkiyəyə ixrac ediləcək. Həmçinin, Azərbaycan Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə də razılığa gəlib.

Təbii ki, Azərbaycanın Türkiyə və Avropanın enerji təhlükəsizlyinin təmin edilməsində artan rolu həm də ölkəmizin neft və qaz ixracını artırması ilə müşayiət edilir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin üçüncü rübündə SOCAR tərəfindən 4,5 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir. Onu da bildirək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Neft və qaz ixracında artım Azərbaycanın bu məhsulların satışından daha çox gəlir əldə etməsini şərtləndirir. Bu arada o da bəlli olub ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz ÜDM-i isə 1,4% artıb. Həmin dövrdə qeyri-neft ÜDM-in artım tempi 6,2% təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62,877 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul istehsal olunub. Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1% səviyyəsində artmasının gözlənildiyi bildirilir. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ