Bazar günü günü, 16 avqust 2026
     

Avropa Azərbaycanın “köhnə qitə”nin enerji bazarında daha güclü mövqe sahibi olmasını istəyir...

Image


Avropanın qaza tələbatı artdıqca Azərbaycanın “köhnə qitə”nin enerji bazarında daha çox paya sahib olacağı gözlənilir. Hadisələrin gedişi göstərir ki, bunda Avropa ölkələri özləri də maraqlıdır. Elə bununla bağlı olaraq Azərbaycan və Avropa arasında təbii qaz təchizatı ilə bağlı yeni razılaşmaların olması gözlənilir. Bunu İsveçrənin “Lematin.ch” internet saytında dərc edilən məqalə fonunda da görmək olar.

Saytda qeyd edilir ki, hazırda təbii qazın qiymətində yaşanan artım Avropa dövlətlərində çaxnaşma və qorxu yaratmaqdadır: “Ekspertlərin çoxu qiymət artımının səbəbi kimi Asiyadan, xüsusən də Çindən olan tələbatı qeyd edir. Eyni zamanda bildirilir ki, daş kömürün alınmasını məhdudlaşdıran ekoloji məhdudiyyətlər, həqiqətən də, ciddi enerji çatışmazlığına, bəzi fabriklərin iş həcminin azaldılmağına və qış mövsümü öncəsi olan Avropa üçün ən pis anda qaza olan tələbatın kəskin dəyişməsinə səbəb olub. Yaranmış vəziyyətlə bağlı Avropa ölkələrində acınacaqlı vəziyyət müşahidə olunur. Belə ki, idarəolunmayan qiymət artımı ilə üzləşən siyasətçilər, istehlakçıları sakitləşdirmək və təbii qazın qiymətində olan kəskin artımı məhdudlaşdırmaq üçün reaksiya verməyə çalışırlar. Məsələn, Fransanın baş naziri Jan Kasteks 2022-ci ildə dünyada qaz qiymətləri düşmədiyi halda, lazım gələrsə, maliyyə rıçaqları üzərində hərəkət edəcəyinə dair söz verib”. Yazıda qeyd edilir ki, Fransa İspaniya, Çexiya, Yunanıstan və Rumıniya ilə birlikdə Avropada yaşanan bu çaxnaşmanın qarşısını almaq üçün "ümumi bir yanaşma" qəbul edilməli olduğunu bildirib: “İngiltərədə isə fiziki şəxslər üçün qaz qiyməti həddi 12 % qaldırılıb. İngiltərə hökuməti aztəminatlı ailələrin hesablarının ödənilməsi üçün 500 milyon funt sterlinq həcmində bir fond yaradıb”. Məqalədə bu ilin 6 oktyabr tarixində Avropa İttifaqının Bakıdakı yeni səfirinin etimadnamələrini təqdim olunma mərasimində Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanın Avropaya təbii qaz tədarükünü artırmağa hazır olduğu bildirilir. Müəllif yazır ki, Azərbaycan qazının Avropaya çatdırılması dekabrın sonunda nəhəng “Şahdəniz” yatağından, Gürcüstan və Türkiyənin ərazisindən keçən Cənubi Avropa qaz dəhlizi vasitəsilə başlayıb. Bu sxem avropalılara tədarükü diversifikasiya etmək və onların Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıyır. Amma Avropa Azərbaycandan daha çox qaz ala bilmək üçün yeni danışıqlara vəmüqavilələrə ehtiyac duyur. Bu vəziyyətdə Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır.

Məsələyə münasibətdə Rumıniyanın mövqeyi də olduqca maraq doğurur. Bu öılkənin Xarici İşlər Nazirliyi bildirir ki, Rumıniya Azərbaycanın qəti dəstəyi və iştirakı ilə ərsəyə gətirilmiş “Cənub Qaz Dəhlizi”ni qaz mənbələrinin və nəql xətlərinin şaxələndirilməsi hesabına Avropanın enerji təhlükəsizliyini gücləndirməyin ən ardıcıl şəkli olaraq görür: “İndi Xəzər qazının Rumıniya üzərindən Mərkəzi və Şərqi Avropadakı yeni bazarlara nəqli ilə bağlı variantları daha ətraflı araşdıra bilərik. Artıq beynəlxalq miqyasda vurğuladığımız kimi, “Cənubi Qaz Dəhlizi”nin bir qolu olaraq BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan - Avstriya) xəttinin inkişaf etdirilməsi həm Avropa İttifaqı, həm də Azərbaycan üçün faydalı olar. "Cənub Qaz Dəhlizi”nin Mərkəzi Avropa istiqamətində genişləndirilməsi üçün töhfə verməyə hazır olduğunu bildirən Rumıniya IGB (Yunanıstan – Bolqarıstan interkonnektoru) layihəsi hazır olandan sonra bazardakı şərtlər də əl versə, gələcəkdə “Şaquli Dəhliz” layihəsi ilə genişlənəcəyinə ümidvardır. Biz də “Şaquli Dəhliz”in mərkəz ünsürü hesab etdiyimiz BRUA layihəsinin ilk mərhələsini ötən il başa çatdırmışıq. Beləliklə də Azərbaycan (və bütövlükdə Xəzər) qazı BRUA kəmərilə şimala nəql olunmaqla Avropanın daha çox istehlakçısına çatdırıla bilər”. Bununla yanaşı, Rumıniyada SOCAR-ın fəaliyyətinə diqqət yetirilir. SOCAR-ın Rumıniyadakı biznesinin həcmi daim artır, çünki hazırda şirkət ölkə dairələrinin yarısından çoxunda 64 yanacaqdoldurma məntəqəsini idarə edir. Rumıniyaya gəldiyi gündən etibarən 64 milyon avroluq sərmayə qoyan, 700-dən çox yeni iş yeri yaradan SOCAR-ın göstərdiyi xidmətlərinin keyfiyyətinə ölkədəki istehlakçılar tərəfindən daim yüksək qiymət verildiyi də diqqətə çatdırılır.

Bundan başqa, Avropanın enerji təhlükəsizliyini daha yüksək səviyyədə təmin edilməsi yolunda mühüm nailiyyətin 2020-ci ilin sonundan fəaliyyətə başlayan “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazın Avropa bazarına ixrac olunması olduğu bildirilir: “2018-ci ildən bəri “Cənubi Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər iclaslarında Rumıniya da iştirak edir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşımızdır. Belə ki, strateji tərəfdaşlıq sazişi imzalandığı 2009-cu ildən bu yana iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb”. Beləliklə, hadisələrin gedişi göztərir ki, Azərbaycanın Avropa enerji bazarında mövqelərinin daha da güclənməsi bu qitədə olan ölkələrin özlərinin də maraq dairəsindədir. Çünki bu halda Avropa enerji təhlükəsizliyini daha etibarlı şəkildə təmin edə biləcək.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ