Bazar günü günü, 16 avqust 2026
     

İranın Zəngəzur dəhlizinə qarşı fəaliyyəti fiaskoya uğrayır...

Image


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan həm Cənubi Qafqazda yeni reallıqlar yaradıb, həm də mövqeyini daha güclü hala gətirib. İndi Azərbaycan üçün maraq doğuran əsas məsələ regionda sülhün bərqərar olması, əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu məqsədlə Azərbaycan məşhur Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atır.

O da sirr deyil ki, qeyd edilən dəhlizin Ermənistan üçün də strateji əhəmiyyəti olduqca böyükdür. Bu dəhliz, nəinki region ölkələrinə iqtisadi faydalar gətirə, həm də bölgədə dayanıqlı sabitliyin qorunub saxlanmasına töhfə verə bilər. Məlumdur ki, Ermənistan 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti səbəbindən regionda həyata keçirilmiş bütün iri infrastruktur layihələrdən kənarda qalıb. Bugünədək Ermənistanın Rusiya ilə yükdaşımaları üçün yeganə avtomobil yolu Gürcüstandan, Yuxarı Lars adlanan sərhəd-keçid məntəqəsindən keçir. Dağlıq relyef və nəqliyyat axınının çoxluğu isə bu yolu əlverişsiz edir, il boyu sürücülərin uzun tıxacına səbəb olur. Amma Zəngəzur dəhlizi bu problemə so qoya bilər. Əslində, erməni tərəfi də belə bir dəhlizin olmasında maraqlıdır. Amma bu dəfə İran qeyd edilən prosesdən narahat olub, Ermənistanı Zəngəzur dəhlizinin reallaşması fikrindən yayındırmağa çalışır. İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi bu fonda qeyd edir ki, Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazırdır. Hatəmi bildirib ki, İrəvan 21 kilometri Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istəyir: “Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”. Qeyd edək ki, İran Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxmaq istəyir. Bu, İranın Zəngəzur dəhlizi vasitəsilə nəzərdə tutulan böyük tranzit xəttinə “alternativ”idir. İran hesab edir ki, Ermənistandan çəkəcəyi “Qafqaz dəhlizi” vasitəsilə Hindistan və Çindən İran limanlarına, İrandan isə dəmiryolu və avtomobil yolları ilə Ermənistandan Gürcüstan limanlarına mal daşımaq mümkündür. Gürcüstandan isə Bolqarıstan və Yunanıstan limanlarına daşımalar həyata keçirilə bilər. Ancaq məsələ bundadır ki, həm Gorus-Qafan tranzit yoluna alternativlər, həm də Ermənistandan Gürcüstana yol dağlıq ərazilərdən keçir. Bu marşrut külli miqdarda vəsait deməkdir və əvəzində səmərəliliyi sual altındadır. Digər tərəfdən, belə yol Rusiya üçün də məqbul deyil. Çünki Rusiya “Şimal-Cənub” dəhlizi üzrə yolu məhz Azərbaycan üzərindən keçməklə reallaşdırmaq istiqamətində xeyli addım atıb. Rusiyalı ekspert  Aleksandr Perenciyev də məsələyə məhz bu prizmadan nəzər salır: “İranın xarici işlər nazirinin Moskvaya səfəri bu mənada diqqət çəkir.  Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə mövzusu rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi. Nəqliyyat kommunikasiyalarının açılması və inkişafı mövzusu Cənubi Qafqazda kifayət qədər çətin başa gəlir. Bu nəqliyyat-kommunikasiya prosesinin açılması, ilk növbədə, İran və Ermənistanın kriminal iqtisadi maraqlarına ziyan vurur. Aydındır ki, İran və Ermənistana kriminal, yəni qara pulların gəlişini tormozlayan Bakı hədəfə çevriləcəkdi. Rəsmi Bakı öz ərazisini işğaldan azad edərək, illərdir öz axarı ilə gedən kriminal tranziti məhv etdi. Azərbaycan regionda "ağ iqtisadiyyat”ın institut və infrastrukturunu formalaşdırmağa başladı. Gördüyünüz kimi, burada dini amil rol oynamır. Əsas iqtisadi sahədir, onun təməli isə nəqliyyat kommunikasiyalarından asılıdır. Onların açıqlanması maliyyə axınlarının dəyişməsinə gətirib çıxardı. Məhz Ermənistan və İran bu axınların indi Azərbaycan və Türkiyəyə istiqamətlənəcəyindən ciddi şəkildə ehtiyatlanır. Rəsmi Moskva İranın xarici işlər naziri ilə görüşündə bu məsələni həll etməyə çalışırdı. Bəs İran tərəfi nəyi həll etmək istəyirdi? Güman edirəm ki, rəsmi Tehran da taliblərin hakimiyyətə gəlməsi, Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsi, Çinin dünyada liderlik mövqeyinin güclənməsi və digər amillərlə əlaqədar Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi modelin necə formalaşacağını anlamağa çalışır". Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay isə “axar.az” portalına açıqlamasında İranın narahatlığının başqa tərəfini izah edir: “Hazırda Zəngəzurun açılmasını istəməyən tərəflər Ermənistanla Qarabağı birləşdirən Laçın yolu üçün “dəhliz” ifadəsindən istifadə edirlər, lakin Zəngəzur üçün daha çox “yol” sözü ön plana çıxır. Laçın dəhlizinin açıq olmasına baxmayaraq, hələ də Zəngəzur məsələsində bir irəliləyiş yoxdur. “Zəngəzur dəhlizi, yoxsa Zəngəzur nəqliyyat və kommunikasiya xətləri” sualına qəti cavab tapmalıyıq. İran Zəngəzur dəhlizinin açılmasını qətiyyən istəmir. Çünki İran Türkiyə və Azərbaycanın quru yolu ilə birbaşa əlaqə qurmasını istəmir. Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün İranın şəhərçilik naziri tez-tez İrəvana səfər edir, eynilə də Ermənistan nümayəndələri Tehrana gedir. İran Tehran-Təbriz-İrəvan-Batumi dəmir yolu xəttinin və avtomobil magistralının açılması üçün daha israrlı şəkildə hərəkət etməyə başlayıb. Çünki Zəngəzurun açılmasının onun Cənubi Qafqazdakı bütün hədəf və məqsədlərinə zərbə vuracağından narahatdır”.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ