çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Enerji bazarında qiymət şoku: qaz 2000 dollara, neft 100 dollara çatır…

Image


Dünya enerji bazarlarında neft-qaz qiymətləri ətrafında baş verənlər, bahalaşmanın hansı həddə kimi davam edəcəyi indi başlıca mövzular sırasında yer alır. Hazırda qazın qiymətlərində olduqca sürətli bahalaşma qeydə alınır. Belə ki, Avropa bazarında təbii qazın qiyməti min kubmetrə görə 1500 dollara yaxınlaşaraq tarixi rekordu yeniləyib.

Ümumiyyətlə, son həftələr Avropa bazarında qazın qiyməti kəskin şəkildə artıb. Əgər avqustun əvvəlində 1000 kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, bir ay sonra bu rəqəm artıq 614 dollara yüksəlmiş, sentyabrın sonlarında isə qiymət iki dəfə bahalaşmışdı. İndi qiymət 1500 dollara yaxınlaşır və hətta bu gedişlə bəzi ekspertlər 2000 dollarlıq həddən danışır. Ekspertlərin fikrincə, kəskin qiymət artımı qitədə qaz anbarlarının doluluğunun aşağı səviyyədə olması, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır. Qarşıdakı illər ərzində dünya miqyasında təbii qaza tələbin artmaqda davam edəcəyi gözlənilir. Hesablamalara əsasən, 2040-cı ilə kimi dünyada təbii qaza tələb daha 1,3 trilyon kubmetr artaraq 5,3 trilyon kubmetr təşkil edəcək. Təbii qaz elektrik enerjisinin istehsalı və sənaye üçün əsas enerji mənbəyi olaraq qalır. Hasil olunan ümumi qazın 40%-nin qarşıdakı müddət ərzində  sənaye məqsədləri üçün istifadə ediləcəyi proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını 2030-cu ilə qədər ən azı 15% artıracağı gözlənilir. Bu isə “köhnə qitə”nin mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Azərbaycanın malik olduğu zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlıqda da mühüm rol oynayır. Avropa ilə yaradılan enerji əməkdaşlığı, bu kontekstdə ötən ilin sonunda tam istifadəyə verilmiş “Cənub Qaz Dəhlizi” qeyd edilənlərin real təsdiqidir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə ildə 8 milyard kubmetr qazın İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək. Artıq gələcəkdə “Cənub Qaz Dəhlizi” ilə Balkan bölgəsinə də qaz nəqli nəzərdə tutulur. Bu məqsədlə  “İonik-Adriatik” boru kəmərinin çəkilişi üzərində iş gedir. Həmin kəmərin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. “İonik-Adriatik” kəməri işə düşdükdən sonra Azərbaycan qazı Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya kimi ölkələrə də çatacaq. Bununla Azərbaycan Avropaya daha böyük miqdarda qaz çatdıracaq. Təbii ki, bu da ölkə gəlirlərini artıracaq.

Maraqlıdır ki, dünya bazarlarında bahalaşan qaz neft qiymətlərini də tətikləyir. "OPEC+" razılaşması iştirakçıları texniki komitəsinin nazirlərinin monitorinq komitəsinin iclası üçün hazırlanmış sənəddə bu xüsusda maraqlı fikirlər yer alıb. Burada qeyd olunur ki, qazın rekord qiymətləri 2021-2022-ci illərin qışı soyuq olacağı təqdirdə, neft məhsullarının enerji istehsalında alternativ yanacaq kimi istifadəsinə təkan verə bilər. Qeyd olunur ki, bu qış soyuq keçəcəyi təqdirdə, bazarda yer alan qaz defisiti istilik və enerji istehsalında, neft məhsulları da daxil olmaqla, yanacaq əvəzedicilərinə tələbatı bir qədər də təhrik edə bilər. Bu da, təbii ki, neftin də qiymətini yüksəldəcək. Artıq dünya bazarlarında neftin qiyməti 85 dollara yaxınlaşır və bahalaşmaqda davam edir. Bəzi ekspertlər qiymətin bu gedişlə 100 dollarlıq həddə çatmasını da tamamilə gözlənilən hesab edir. Rusiya baş nazirinin müavini Aleksandr Novak hesab edir ki, neftin belə bahalaşması obyektiv olaraq bazarın vəziyyətini əks etdirir: "Bazar həmişə mövcud vəziyyəti obyektiv şəkildə əks etdirir". Onun sözlərinə görə, son 1,5 il ərzində, pandemiyanın və neft böhranından başlamasından bəri qlobal neft ehtiyatları 364 milyon barrel azalıb və hazırda onlar beşillik ortalama göstəricidən 130 milyon barrel azdır. Novak bu vəziyyəti bazar üçün müsbət bir hal və balansın olması kimi qiymətləndirib. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko da məsələyə eyni prizmadan yanaşır: "Bazar hələlik defisit vəziyyətində fəaliyyət göstərməyə, ehtiyatlar isə azalmağa davam edəcək. Lakin kəsir güclü şəkildə artarsa, "OPEC+" çox güman ki, həddindən artıq "qızmanın" qarşısını almaq üçün kvotaları bir qədər də artırmağı nəzərdən keçirəcək. Bu olmasa, qiymətlər tezliklə 100 dollar həddinə çatacaq". Xatırladaq ki, 4 oktyabr tarixində "OPEC+" nazirləri neft hasilatının avqust ayında təsdiqlənmiş templərlə artırılmasının davam edilməsinə dair razılığa gəliblər. Qeyd edək ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında gündəlik neft hasilatının noyabrda 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib. Amma bu artım qiymətlərin yüksəlməsinin qarşısını almağa imlan vermir. Xüsusən də bahalaşan qaz neft qiymətlərini daha sürətlə artırır.  

Ramil QULİYEV

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ