Avstriya bankı Azərbaycanda bərpa olunan enerji layihələrinə vəsait ayıra bilər

img

Avstriyanın "Raiffeisen Bank"ı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, hazırda bank maliyyə müəssisələri ilə əməkdaşlığa diqqətini yönəldib:

"Bununla əlaqədar olaraq "Raiffeisen Bank" bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli perspektivdə layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər".

Bankdan bildiriblər ki, hazırda ən vacib məsələ biznesdə normativlərin təmin olunmasıdır: "Bank bu normativləri tənzimləyici orqanlar tərəfindən uyğunluq və keyfiyyət tələbləri ilə əlaqədar yaradır. Bizim məqsədimiz uyğunluq baxımından Azərbaycanın ən yaxşı maliyyə müəssisələri ilə işləməkdir".

Son xəbərlər