Cümə axşamı günü, 22 oktyabr 2026
     

Dünya Skaut Konfransı Avrasiya regionunda ilk dəfə Azərbaycanda... - YENİLƏNDİ

Image


Avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb. AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi bu beynəlxalq tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər iştirak edirlər.

Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarətdir.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlərdir.

Qəbələdə keçirilən Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparılıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

Dünya Skaut Hərəkatı Təşkilatı fəal vətəndaşlara çevrilən, yaşadıqları cəmiyyətdə müsbət dəyişikliklər edən milyonlarla gənci bir araya gətirən dünyada aparıcı gənclər hərəkatından biridir. 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır. Azərbaycan Skautlar Assosiasiyası, həmçinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının üzvüdür və 2000-ci il avqustun 20-dən Assosiasiya Dünya Skaut Hərəkatı Təşkilatına qoşulub.

Təşkilat 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda onun Azərbaycanın 16 regionundan 1750-dən artıq üzvü vardır. Dünya Skaut Gənclər Forumu skautinqin gələcəyinə laqeyd olmayan 18-26 yaş arası gənc liderlər arasında iş, ünsiyyət və ideya mübadiləsi üçün platformadır. Dünya Skaut Konfransı Skaut hərəkatının “hesabat-seçki assambleyası” adlanan ali idarəedici orqanıdır və burada Dünya Skaut Təşkilatının bütün iştirakçı ölkələri təmsil olunurlar.

Tanzaniyanın sabiq Prezidenti: “Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər”

Mən və oğlanlarım skaut hərəkatının fəal üzvləriyik. Tanzaniyanın Prezidenti olarkən həm də Milli Skaut Assosiasiyasına rəhbərlik edirdim. Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf etsin, buna görə də onun fəaliyyətinə hər cür dəstək verirdik. Hərəkatın sıraları da yeni üzvlərlə genişlənirdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Tanzaniyanın sabiq Prezidenti, Bakıda keçirilən Dünya Skaut Konfransının iştirakçısı Cakayya Kikvete deyib.

“Mən skaut hərəkatını çox önəmli hesab edirəm. Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır”, - deyə sabiq Prezident qeyd edib.

Azərbaycanda ilk dəfə olduğunu bildirən qonaq deyib ki, Bakı çox gözəl şəhərdir. Paytaxtınızın çox gözəl təşkil olunmuş planlaşdırması var: “Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım. Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər”.

Sabiq Prezident inandığını bildirib ki, bu tədbirlər bitəndən sonra Azərbaycan skautlarının cərgəsi nəzərəçarpacaq dərəcədə genişlənəcək.

Əhməd əl-Hindavi: “Azərbaycanda keçirilən Dünya Skaut Konfransı iştirakçıların sayına görə tarixə düşəcək”

Azərbaycanda keçirilən Dünya Skaut Konfransı Avrasiya regionunda bir ilkdir və iştirakçıların sayına görə tarixə düşəcək. Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Hərəkatının baş katibi, Bakıda keçirilən Dünya Skaut Konfransının iştirakçısı Əhməd əl-Hindavi deyib.

Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Skautlar Assosiasiyasına yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaq deyib: “Konfrans iştirakçıları nəinki skaut hərəkatının inkişafının şahidi olacaq, həmçinin Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcəklər. Bu konfrans imkan verəcək ki, bütün milli, regional və qlobal skaut təşkilatlarının liderləri bir yerdə toplaşaraq təşkilatın əsas konsepsiyası olan “Baxış–2023” layihəsini daha da inkişaf etdirsinlər. Layihə 2023-cü ilədək dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur”.

“Mən bir neçə dəfə Bakıda olmuşam. Hər dəfə də Azərbaycan xalqının qonaqpərvərliyindən aldığım təəssüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - Odlar Yurdunda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Konfransın keçirildiyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunələridir. Bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır”, - deyə Əhməd əl-Hindavi bildirib.

Tariq Şafi: “Bakıda skaut hərəkatının gələcək inkişafı ilə bağlı faydalı müzakirələr aparılır”

Dünya Skaut Konfransının Azərbaycanda təşkil olunması bizi çox sevindirir. Çünki Azərbaycan həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilib. Konfransın mükəmməl təşkili bir daha bunu sübut edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Hərəkatının pakistanlı iştirakçısı Tariq Şafi deyib.

O bildirib ki, Bakı konfransında skaut hərəkatının gələcək inkişafı istiqamətində faydalı müzakirələr aparılır. Azərbaycanlı həmkarlarımızın yüksək peşəkarlığı bizi sevindirir. Ölkənizdə bu sahənin inkişafı üçün əlverişli şərait və imkanlar var.

Azərbaycanda ilk dəfə olduğunu diqqətə çatdıran qonaq deyib: “Qəbələ və Bakı ilə tanış olmaq imkanı əldə etmişəm. Gördüklərim məni heyran etdi. İnsanlar yüksək mehribanlığı və qonaqpərvərliyi ilə seçilir. Azərbaycan Şərq və Qərbin vəhdətini təşkil edir”.

Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi: “Konfransın Azərbaycanda keçirilməsinə şadam”

İndiki konfrans skautinq tarixində xüsusi yer tutur. Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Bunun nəticəsində konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək. Hesab edirəm ki, bu konfrans skaut hərəkatının milli, regional, qlobal liderlərinə bir yerə toplaşaraq təşkilatın əsas konsepsiyası olan “Baxış–2023” layihəsini daha da inkişaf etdirməyə imkan yaradacaq. Layihə 2023-cü ilədək dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur.

Bu fikirləri Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) baş katibi Əhməd əl-Hindavi AZƏRTAC-a müsahibəsində deyib. “Azərbaycanda bir neçə dəfə olmuşam və hər dəfə də bu ölkədən xalqınızın qonaqpərvərliyindən aldığım təəssüratlarla qayıtmışam. Konfransın Azərbaycanda – Odlar yurdunda keçirilməsinə çox şadam. Bu da konfrans iştirakçılarına müzakirə zamanı əlavə enerji verməlidir. Forumun və konfransın yüksək səviyyədə təşkilini, o cümlədən Azərbaycan Skautlar Assosiasiyasının, bütün yerli tərəfdaşların, dövlətin gördüyü işləri və bütövlükdə bu tədbirlərdə Azərbaycan xalqının qonaqpərvərliyini qeyd edə bilərəm. Harada oluruqsa – Forumun keçirildiyi gözəl Qəbələdə və ya Bakıda biz Azərbaycan xalqının səmimi münasibətini duyuruq və bu bizi ruhlandırır. WOSM-un adından Azərbaycan Skautlar Assosiasiyasına tədbirlər ərəfəsində gördüyü işə görə və Azərbaycan xalqına dostcasına münasibətinə görə təşəkkür etmək istəyirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, konfransın keçiriləcəyi yerlər – Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi nadir memarlıq inciləridir”, - deyə WOSM rəhbəri qeyd edib.

dövlətin gördüyü işləri və bütövlükdə bu tədbirlərdə Azərbaycan xalqının qonaqpərvərliyini qeyd edə bilərəm. Harada oluruqsa – Forumun keçirildiyi gözəl Qəbələdə və ya Bakıda biz Azərbaycan xalqının səmimi münasibətini duyuruq və bu bizi ruhlandırır. WOSM-un adından Azərbaycan Skautlar Assosiasiyasına tədbirlər ərəfəsində gördüyü işə görə və Azərbaycan xalqına dostcasına münasibətinə görə təşəkkür etmək istəyirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, konfransın keçiriləcəyi yerlər – Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi nadir memarlıq inciləridir”, - deyə WOSM rəhbəri qeyd edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ