Bakının Novxanı qəsəbəsinə gedən yolda dəhşətli yol nəqliyyat qəzası baş verib.
Baki-xeber.com-un report.az saytına istinadən xəbərinə görə, zəncirvari qəzada üç avtomobil toqquşub. İki “Mercedes” və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə həlak olub. 1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyasını dəyişib.
Dövlət Yol Polisi əməkdaşlarının verdikləri məlumata görə, qəzaya səbəb 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. Belə ki, sözügedən avtomobili sərxoş sürücü idarə edib. O, maşını yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Bu zaman qəza baş verib.
Sərxoş sürücü artıq saxlanıb.