Avqustun 9-da ATƏT missiyası Dağlıq Ğarabağda qoşunların təmas xəttində plan üzrə növbəti monitorinqini keçirəcək.
Baki-xeber.com-un xəbərinə görə, monitorinq Əsgəran rayonu istiqamətində, Hindarx yolu üzərində keçiriləcək. Azərbaycan qoşunlarının yerləşdiyi ərazidən müşahidəni ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru (Moldova), qarşı tərəfdən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Gennadi Petrika və Oqnen Yoviç, eyni zamanda ofisin Almaniyadan olan əməkdaşı Martin Şuster aparacaq.