Azərbaycan vətəndaşları özlərini təhlükəsizlikdə hiss edirlər.
“Trend” "UzDaily" agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerika şirkəti "Gallup" öz hesabatında bildirib. "Gallup" 135 ölkədən olan 136 min insan arasında sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, birinci yeri Sinqapur tutub. İkinci yerdə isə Özbəkistan qərarlaşıb.
MDB ölkələri arasında ikinci yeri Türkmənistan tutub. Azərbaycan və Gürcüstan MDB ölkələri arasında üçüncü yeri tutublar.
Sonra ardıcılıqla Tacikistan, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna gəlir.