Bu gün Rusiya Baş naziri Dmitri Medvedyev yeni Beynəlxalq aeroportun açılışını edib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Jukovski adlandırılan bu aeroport Moskvanın dördüncü beynəlxalq statuslu hava limanıdır.
Buraya ilk daimi reysləri isə Qırğızıstanın "Air Kyrgyzstan” aviaşirkəti həyata keçirəcək. Beynəlxalq daşıma şirkətindən buradan ilk uçuşun 20 iyun tarixində olacağı bildirilib. Hazırda yeni hava limanının sərmayədarı və operatoru "Ramport Aero” şirkətinin hələlik üç aviaşirkət – Qazaxıstanın SCAT, Sky Gates Airlines və rusiyanın "Авиастар-ТУ” şirkəti ilə müqavilə imzaladığı xəbər verilir.