Qarabağda hərbi hissələrin birində 1997-ci il təvəllüdlü həbçi Suren Mosiyan qəflətən dünyasını dəyişib. Baki-xeber.com erməni mətbuatına istinadən xəbər verir ki, müəmmalı ölüm hadisəsi 29 may tarixində gecə saat 22:00 radələrində baş verib.
Xəbərə görə, hazırda müvafiq qurumlar ölümün səbəbini araşdırır.
Diqqətli oxucular isə yəqin xatırlayar ki, bu günlərdə Ermənistanda xəstə olduğu halda hərbi xidmətə çağırılaraq hətta ön cəbhəyə göndərilən, nəticədə 4-günlük müharibə zamanı yaralanaraq hospitala qaldırılan erməni hərbçisi barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, yaxınları onun bir neçə ağır xəstəliyi olduğu halda xidmətə aparılması ilə bağlı hökumətdən hesab tələb edir. Bunlar nəzərə alınarsa, dünən qəflətən ölən əsgərin də sağlıq durumunda problemlərin olduğu şübhə doğurmur. Yəni ən azı, sağlam insanın, özü də gənc yaşlarında qəfil dünyasını dəyişməsi ortaya xeyli suallar çıxarır. Bu suallardan birinin cavabı isə özü-özlüyündə aydındır: Ermənistanda döyüşə xəstələr gedir...