İngiltərə ilə Rusiya arasında Avro-2016 çempionatı çərçivəsində Fransanın Marsel şəhərində küçiriləcək oyun zamanı İŞİD terrorçu təşkilatının hecum hazırladığı ortaya çıxıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu xəbərdarlıqla bu gün "The Sun” nəşri çıxış edib. Xəbərə görə, terrorçu-intiharçılar, özünü partlatmadan əlavə, atıcı silahlardan və kimyəvi maddə daşıyan dronlardan istifadə etməyi planlaşdırıb. Xəbərdə o da bildirilir ki, bu barədə informasiya Paris teraktında şübhəli bilinənlərdən biri olan Salah Abdeslamın kompyuterində aşkarlanıb. Həmin terrorçunun mart ayında Belçikada terror hazırlayarkən ələ keçdiyi xəbər verilir. Britaniya xüsusi xidmətinin nümayəndəsinin verdiyi məlumata görə, Marselin qorunmayan hissələrində təhlükə realdır. O, çempionatın izlənəcəyi bar və restoranların terrorçular üçün çox rahat hədəf olduğunu bildirib və fransız tərəfilə problemin həlli istiqamətində işlədiklərini deyib.
Xatırladaq ki, İngiltərə ilə Rusiya arasında görüş 11 iyun tarixində Marselin "Velodrom” stadionunda keçiriləcək.