Rusiyanın Dzerjinsk şəhərində bayram atəşfəşanlığı ölümlə nəticələnib. Baki-xeber.com-un Eadaily-ə istinadən xəbərinə görə, hadisə ötən həftənin şənbə günü baş verib.
Belə ki, Nijeqorod vilayətinin Dzerjinsk şəhərində bayram atəşfəşanlığı zamanı atılan sursat havada partlamayaraq meydana toplaşan sakinlərin üzərinə düşüb. Nəticədə 1951-ci il təvəllüdlü bir qadın dünyasını dəyişib. Bundan əlavə daha 7 nəfər də müxtəlif yanıq xəsarətlərilə həkimə müraciət edib. Onlardan ikisi xəstəxanaya qaldırılıb, digərləri isə ambulator müalicə alaraq evə buraxılıb.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.