İraqın Bakuba şəhərində "Real-Madrid”ın azı 12 fanatı öldürülüb. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, terrorçular matçın gedişində içəri daxil olaraq izləyiilərə avtomat silahdan atəş açıblar.
Ölənlərin 18-30 yaş arası olduğu bildirilir. Hücum edənlər aradan çıxa bilib. Ölkə rəhbərliyi onların "İslam dövləti” terrorçu təşkilatının üzvləri olduğuna əmindir. Xəbərdə o da bildirilir ki, ümumilikdə 16 nəfər qətlə yetirilib və onlardan 12-si "Real”ın fanatı olub.