İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək. Baki-xeber.com-un Fars agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın mədəniyyət və turizm naziri Əli Cənnəti bildirib.
Nazir deyib ki, sözügedən qərarın verilməsinə səbəb Səudiyyə Ərəbistanının yaratdığı maneələrdir.
Xatırladaq ki, ötən il sentyabrın 24-də Məkkədə - Mina dağında izdihamın idarə olunmaması səbəbindən başıpozuqluq yaranmış, nəticədə 1400-dən artıq zəvvar ölmüş, 2000-ə yaxın insan isə yaralanmışdı.