ABŞ Rusiya və Çindən qorunmanın yeni silahını icad edib.
Baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir ki, bu, "Electromagnetic Railgun" adlanır. "The Wall Street Journal” isə yazır ki, Pentaqon "relsotron” adlı yeni silah üzərində işləyir ki, ona barıt və partladıcı gərək olmayacaq. Belə ki, bu yeni "güllə”ni... elektrik vasitəsilə ən yüksək sürətlə atmaq mümkün olacaq.
Amerika hərbi ekspertlərinin fikrincə, bu silahlarla Baltik ölkələrini Rusiyadan, Cənubi Çin dənizindəki müttəfiqləri isə ÇXR-dən qorumaq mümkün olacaq. Ekspertlər həm də Rusiya "yer-hava” tipli raketlər hazırladıqca ABŞ-ın hərbi üstünlüyünü itirməsindən narahatdır. "Biz bu zərbələrə qarşı durmağı bacarmalıyıq”- deyə ABŞ müdafiə nazirinin müavini Robert Uork jurnalistlərə bildirib.