Mayın 29-na keçən gecə Dağıstanda iki silahlı məhv edilib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, onların hər ikisinin kimliyi məlum olub. Belə ki, onlardan biri – Abutdin Xanmaqomedov terrorçu təşkilatlara bağlı yerli bandanın rəhbəri olub. O da müəyyən olunub ki, onun başçılıq etdiyi banda Cemikent polis məntəqəsinə hücumda və bu il fevralın 15-də Dağıstan rayonunda Narınqalada turistlərə hücumda məsul tutulur. İkinci öldürülən şəxs isə qruoun yeni üzvüdür.