İraqın Fəllucə şəhərində İŞİD terrorçu qruplaşmasının səhra komandiri koalisiya təyyarələrinin aviazərbələri nəticəsində məhv edilib.
Baki-xeber.com-un Eadaily-yə istinadən xəbərinə görə, bu barədə ABŞ ordusunun İraqdakı əməliyyatlarında iştirak edən polkovnik Stiv Uorren xəbər verib.
Pentaqonun açıqladığı məlumata görə, Mahir Əl-Bilavı bombardman zamanı məhv edilən 70 nəfərin arasında olub.
Qeyd edək ki, bu həftənin əvvəlindən İraq ordusu sünni və şiə könüllü dəstələrinin verdiyi dəstəklə Fəllucənin azad olunması yönündə əməliyyat keçirir. Amerikan hərbçilərinin məlumatına görə, şəhərdə 50 minə yaxın dinc sakin qalmaqdadır. Hazırda onların evakuasiyası üçün təyyarələrdən yol göstərici xəritələr atılır.