Ötən ay Bakıda bir nəfəri silahla yaralayan qrupun daha bir üzvü tutulub.
Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Hüseyn Qasımov istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirən qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.
Tutulanlar ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Ramil Hüseynli və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etdiyi müəyyən olunub.