ABŞ prezidenti Barak Obama Amerikanın II Dünya Müharibəsi zamanə atom bombası atdığı Yaponiyanın Xirosima şəhərinə gedib.
Baki-xeber.com-un CNN -ə istinadən xəbərinə görə, bununla da o, ötən müddət ərzində Amerika tərəfindən viran qoyulan şəhəri ziyarət edən ilk ABŞ prezidenti olub. Yaponiya baş naziri Sindzo Abenin müşayiətilə bu şəhərə gedən Obama Xirosimanın Memorial Sülh Parkını ziyarət edib, atom bombası atılması nəticəsində həlak olanların abidəsi önünə əklil qoyub.
"71 il əvvəl ölüm göydən yerə endi və dünya dəyişdi”- deyən ABŞ prezidenti bildirib ki, Xirosimanın bombalanması insanlığın özü-özünü məhv etməsinin bariz nümunəsidir.
Obama dünyanı nüvə silahından əl çəkməyə çağırıb.
Xatırladaq ki, Xirosimaya nüvə bombası1945-ci ilin avqustunda ABŞ-ın o zaman prezidenti olmuş Harri Trumanın əmrilə atılıb, nəticədə 140 min insan həlak olub.