Qərb ölkələrinin liderləri paradoksla üzləşiblər: Rusiya prezidenti Putin əhali ilə konfrontasiyaya getdikcə onların daha çox simpatiyasını qazanır!
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Bloomberg” agentliyi yazır. Agentliyin qənaətinə görə, bu məqsədlə həm müxalifətə qarşı, həm də televiziyalarda "milləti xarici düşmənlərdən qoruyan yaxşı padşah” obrazının təlqin olunması yönündə bir sıra tədbirlər görülür. Bununla belə, agentlik bildirir ki, Putinin reytinqi enməkdə davam edir. Belə ki, agentliyə görə, bu ay Putinin reytinqi 80% düşüb ki, bu da son iki ilin ən aşağı göstəricisidir. "Qəribə görünən isə Putinin ölkəsində sevilməməsinə rəğmən, ona alternativin də görülməməsidir”- agentlik bildirir.
O da qeyd olunur ki, hələ ilin əvvəlində levada mərkəzi Putinin reytinqinin enişə doğru getdiyini açıqlayıb.