Dünyanın diqqətinin G7 Sammitinin keçirildiyi Yaponiyaya yönəldiyi bir vaxtda aparıcı media nümunələrinə "Böyük Yeddiliy”ə skeptik yanaşmalar özünü göstərir.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, ünlü Forbes nəşri G7-nin təşəbbüskarlığına şübhə ilə yanaşıb və onun artıq ömrünü başa vurmaqda olduğunu yazıb. Nəşr qeyd edib ki. Qərb artıq planetdə dominant deyil və G7 çərçivəsində heç bir problemi həll etmək mümkün deyil.
Alman nəşri "Spiegel” isə "İse-Sime-də görüş – demokratların payızı” başlıqlı məqaləsilə G7-nin gələcəyini şübhə altına alıb. Nəşrin qənaətinə görə, Qərb artıq ideyasızlıqdan tükənib. Xaricdə Rusiya və Çin amili ilə yanaşı daxildən də sağçı-populist çıxışların təhdid etdiyi Qərbin aparıcı rolunun bitdiyinə işarə vuran nəşr Sammitin gündəliyilə tanış olan hər kəsin buna əmin olacağını yazır.
"Spiegel”-ə görə, hazırda keçirilən Sammit bu tip təşkilatlar üçün ənənəvi ritualdan başqa bir şey deyil.