Yaponiyada keçirilən "Böyük yeddilik” ölkələrinin Sammitində iyun ayında anti-Rusiya sanksiyalarının müddətinin növbəti dəfə uzadılması ilə bağlı qərar qəbul olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Britaniya Baş naziri Devid Kemeron bəyan edib. Kemeron bu bəyanatı G7-nin toplantısının ardından Mie prefekturasında İse-Sime milli parkında keçirilən mətbuat konfransında səsləndirib.
"G7 ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını vacib hesab edir”- o deyib.