Tokionun Xaneda aeroportunda təyyarədə yanğın çıxması səbəbilə aeroportun 4 uçuş-enmə zolağının 4-ü də bağlanıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, hadisə təyyarə havaya qalxmağa hazırlaşarkən baş verib. Cənubi Koreyaya uçan təyyarənin mühərriklərindən birində alışmanın baş verməsilə sərnişinlər dərhal üfürülmə pilləkən vasitəsilə təyyarədən çıxarılıb. Qəzalı Boeing-777-ni yüzlərlə polis əhatəyə alıb.
Hadisənin hökumətin narahatlığına səbəb olması isə dünən bu ölkədə G7 Sammitinin öz işinə başlamasıdır. "Böyük yeddlər” ölkələrinin liderlərinin yaponiyada olduğu zamanda belə bir hadisənin yaşanması terakt ehtimallarına yol açıb. Lakin verilən xəbərə görə, təyyarəyə baxış zamanı heç bir şübhəli əşyaya rast gəlinməyib.
Uçuşların nə zaman bərpa olunacağı barədə xəbər verilmir.