Bazar günü günü, 01 noyabr 2026
     

"Yada düşdü" başqa jurnallara bənzəməz"

Image


Nəzakət Məmmədova: "Dönə-dönə Rəsul Rzanın yaradıcılığına müraciət etmişəm, heç peşman da olmamışam"

İlahi, sən qadını zərif yaratmısan, ancaq qadın ən ağır yükə çiyin verir, ən çətin işləri aşırır, belə deyək, dağı dağ üstünə qoymağı bacarır. Zərifliyində məhəbbət, ülvilik, paklıq, eyni zamanda da böyük qüdrət var qadının. Qadın ona görə əzəmətlidir ki, o anadır, Tanrı övlad dünyaya gətirmək, nəsil artırmaq missiyasını qadına verib. Qadınlar həm də ona görə ucadır ki, onun duaları, şükranlığı uca Yaradana ünvanlanıb. Dünyanın əşrəfi insandır, insanlığın qiymətli incisi isə qadındır-anadır.
Bütün qadınların içində şairlik var, bütün anaların laylası müqəddəs, ilahi bir poeziyadır. Bu qutsal duyğu damla-damla anadan balaya keçir. Ana bu sehri südü ilə övladının sümüyünə keçirir. Analar yuvalarımızın odunu qoruyur, işığını yandırır, çıraq olmayanda gözlərinin işığını çıraq edir ki, balalarım qaranlıqda qalmasın. Analar qaranlığın düşməni, işığın dostudur. Çünki ana sözü işıq sözünə daha uyğundur.
Bayaq qeyd etdim ki, hər bir ananın öz şeiri, öz bəstəsi var. Hər bir ananın daxilində bir şeir ümmanı yatır. Haqqında danışacağım insan anadır, həyat yoldaşıdır, nənədir, bacıdır, şairədir, baş redaktordur, ictimai xadimdir, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" poeziya mükafatına layiq görülüb. Fərqi düşüncəsi, sözə xüsusi incəliklə yanaşması, təpədən dırnağa qədər qadınlığını qoruması, ana adına sadiq olması, bütün bunlarla yanaşı, poeziyaya, sözə vurğunluğu ilə diqqətimi çəkən "Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədova olduqca maraqlı müsahibdir. "Yada düşdü" jurnalının redaksiyasında Nəzakət xanımla görüşüb müsahibə götürdüm.
- Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Rəsul Rza" mükafatına layiq görülən dəyərli ədəbiyyat, söz adamları arasında sizin də adınızı gördük. Təbrik edirik. Rəsul Rza kimi görkəmli bir şairin adını daşıyan mükafata layiq görülmək necə bir hissdir?
- Bilirsiniz ki, Rəsul Rza poeziyamızda öz dəst-xətti, nəfəsi, yolu olan bir şairdir. Bu böyük şair poeziyamıza yeni bir üslub gətirib və onun açdığı yolun da yüzlərlə davamçısı var.
Rəsul Rza sərbəst şeir vəznini poeziyamıza gətirərkən təpkilərlə də üzləşib, tənqidlərə məruz qalıb. Aydın məsələdir ki, birdən-birə heca vəznindən sərbəst vəznə keçidi bir sıra adamlar normal qəbul edə bilmirdi. Ancaq Rəsul Rza tənqidlərə baxmayaraq, yolundan çəkilmədi və məqsədinə çatmaq üçün mübarizə apardı. Ümumiyyətlə, onun poeziyası, mövzusu, poetik yanaşmaları olduqca maraqlı və fərqlidir. Eyni zamanda da o, öz poeziyasında insanın daxili aləmi və təbiət arasında mövcud olan vəhdəti nəzərə çatdırır. Rəsul Rza öz təbiəti, xarakterini təbiətə uyğunlaşdırıb. Şeiri var, deyir ki, mən günəşəm, mən torpağam, mən küləyəm. O, günəşdə də, torpaqda da, küləkdə də özünü tapır. Rəsul Rza poeziyasını sevməmək ən azından ədəbiyyatı, şeiriyyəti sevməməkdir. Mən belə düşünürəm. Rəsul Rza poeziyasına xüsusi rəğbətim var. Dönə-dönə Rəsul Rzanın yaradıcılığına müraciət etmişəm, heç peşman da olmamışam.
- Sizin öz yaradıcılığınızda da sərbəst vəznli şeirə maraq böyükdür.
Yağ, ey yağış, aramla yağ,
Dinclik gətir gəlişinlə.
Çöl-çəmənin üzü gülsün
gülüşünlə.
Bu şeirinizdə yağışın maraqlı obrazını yaratmısınız... Bu da Rəsul Rza yoluna yaxın poetik nümunədir...
- Elədir. Mənim bir neçə şeirim var ki, Rəsul Rza şeirlərinin təsiri ilə yazılıb.
- Görün Rəsul Rza məktəbinin nə qədər ardıcılları var. Hamısı da istedadlı, dəyərli...
- Düzdür. Amma bir məsələ var ki, o şairlər Rəsul Rza yolu ilə getsələr də, hərəsinin öz üslubu, nəfəsi, dəst-xətti olub. Bununla belə, Rəsul Rzadan bəhrələniblər, mən özüm də hardasa ondan bəhrələnmişəm. Nələrisə ondan öyrəndiyim, onu poeziyaya, sözə çevirdiyim üçün özümü xoşbəxt sayıram.
- Bilirik ki, "Rəsul Rza" ədəbi mükafatı neçə illərdir təqdim edilir. Bu dəfə neçə qələm adamı bu mükafata layiq görüldü?
- Bildiyim qədər 8 nəfər aldı. Bir neçə qələm dostumun adı yadımda qalıb-Məmməd Tahir, Gülayə, Xəzangül Hüseynova, Etibar Etibarlı.
- Nəzakət xanım, mən belə başa düşürəm ki, nə qədər şeirdən danışsanız da, ancaq ürəyiniz "Yada düşdü" jurnalının yanındadır. Düz hiss etmişəm?
- Bəli, tamamilə doğrudur. İndiyə qədər üç şeirlər kitabım işıq üzü görüb. Poeziya da mənə çox doğmadır. Ancaq bu kitablarda özümü tam tapa bilmədim. "Yada düşdü"nü ərsəyə gətirəndən sonra hiss etdim ki, artıq özümü tapmışam, içimdə xoş bir rahatlıq var.
- Səhv etmirəmsə xatirə, memuar dəst-xəttində olan yeganə jurnaldır. Bu dərgi necə ərsəyə gəldi?
- Bu jurnal başqa jurnalları təkrar etmir. Deyim ki, memuar ədəbiyyatı bütün xarici ölkələrdə ən oxunaqlı nümunələr sayılır. Orada oxucular nostalji hisslər yaradan ədəbiyyatı, jurnalı çox sevir. Bizdə isə vəziyyət bir qədər başqa cür idi. Memuar, xatirə janrında ancaq televiziyalarda ara-sıra verilişlər verirdilər, baxardıq ki, unudulan adamlardan kimlərisə yada salırlar. Amma sırf bu sahəni dirçəldən, cəmiyyətin maraqlarını təmin edən bir jurnal yox idi. Əslində, mən Azərbaycan Respublikası "Xatirə" Kitabı redaksiyasında neçə illərdir müavin vəzifəsində çalışıram. "Xatirə" kitabında tarixən Azərbaycan xalqının azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən vətən övladları haqqında qısa ensiklopedik məlumatlar hazırlanır. Bu mənada "Xatirə" kitabını böyük bir mənəvi abidə hesab edirəm. "Yada düşdü"nün ideyası da bu kitaba olan məhəbbətimdən meydana gəldi. Bir xalq olaraq keçmişimizi bilmiriksə, kimlərin bu torpaq uğrunda canından keçdiyini öyrənmiriksə, gələcəyimizi də qura bilmərik. Keçmiş bizim yaddaşımızdır, bizi gələcəyə aparan müqəddəs yolumuzdur. Ona görə də mənə belə gəlir ki, "Yada düşdü"də keçmiş xatırlansa da, o gələcəyin jurnalıdır. Bu gün nəşr olunur, ancaq ondan gələcək nəsillərimiz bəhrələnməlidir ki, kim olmuşuq, tariximizdə hansı böyük şəxsiyyətlər olub. Bu jurnalda tariximizdə, ədəbiyyatımızda, mədəniyyətimizdə, ictimai fikir tariximizdə, siyasətimizdə, yaşayışımızda kiçik də olsa iz qoyan hər bir insan xatırlanır. Bu insanları kənarda qoymaq ən azından günahdır. Onların fəaliyyətini işıqlandırmaq, onları bir daha cəmiyyətə təqdim etmək, gənclərə tanıtmaq bizim missiyamızdır.
- Əslində, təmənnasız xidmət göstərirsiniz...
- İnanın ki, elədir. Bu, xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə, ictimai fikrimizə, cəmiyyətimizə təmənnasız xidmətdir. Jurnalın ilk nömrəsi çıxanda mən onu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara və xalq şairi Fikrət Qocaya apardım, onlara "belə bir iş görmüşəm" dedim. Jurnalı görəndə sevinclərini gizlətmədilər, dedilər ki, indiki dövrdə (yəni deyirdilər oxucu qıtlığı var, yazan çoxdur, oxuyan yoxdur-N.M) belə bir jurnal buraxmağın çox yaxşı haldır və çox böyük yükün altına girmisən, amma bu jurnalın ömrü uzaqbaşı bir il olacaq.
- Ancaq elə olmadı, jurnalın nəşri bu gün də davam edir. Belə çətin şəraitdə bazara hesablanmayan jurnalınızın nəşrini davam etdirməyə necə nail oldunuz?
- Allaha şükür ki, artıq 5-ci ildir "Yada düşdü" nəşr olunur. Oktyabrda beş yaşımız tamam olacaq. Hələlik jurnal sevilir, öz oxucusunu tapıb. Oxucuların səbrsizliklə jurnalın növbəti sayının çap olunmasını gözləməsi mənim üçün çox böyük mükafatdır. İnanın ki, jurnalımın hər yeni nömrəsini görməkdən böyük mükafatım yoxdur. Bu işimdən çox böyük zövq alıram, mənəvi rahatlıq tapıram, bilirəm ki, yaşayıram, faydalı iş görürəm.
Jurnalın abunəçiləri çoxdur. Özü də abunəçilərimiz sırf ziyalı təbəqədir. Sevindirici hallardan biri budur ki, ziyalılar jurnalımızı öz ətrafına sevdirir. Bir abunəçi on nəfəri jurnalla təmin edir. Deyərdim ki, "Yada düşdü" əl-əl gəzir. Bu da məni çox sevindirir və sabaha ümidləndirir.
Onu da deyim ki, jurnalın ayaqda durmasında mənə ailəm dayaq olur. Burada abunənin də öz yeri var.
- "Yada düşdü" jurnalı tariximizin bir parçasını yaşadır, təbliğ edir. Müəllifləriniz kimlərdir?
- Babəkdən, ondan əvvəlki sərkərdələrdən tutmuş, çar ordusunda xidmət edən zabitlərə və sovet illərində xidmət göstərən şəxsiyyətlərə qədər hamısı haqqında jurnalda yazılar veririk. Şəmistan Nəzirlinin bu sahədə olan araşdırmalarını silsilə şəklində təqdim edirik. Elmira Axundovanın Heydər Əliyev haqqında silsilə yazılarını oxucularımıza çatdırmışıq. Zəmanəmizin ən böyük sərkərdəsi elə Heydər Əliyevdir. Onun həyat, fəaliyyət yolu böyük örnəkdir.
Hüseynağa Qəniyevin Babək haqqında maraqlı araşdırması oxucularımız arasında böyük əks-səda yaratdı. O, sanki Babəki yenidən xalqa tanıtdı və yenidən xalqa qaytardı. Bu yazı ilə bağlı mənə çoxlu telefon zəngləri gəlib. Elə bir sahə yoxdur ki, onun mütəxəssisi haqqında jurnalımızda yazı getməsin. Həmişə demişəm ki, xalqımıza xidmət edən hər kəsin əməyi unudulmamalıdır. Missiyamız budur-hamını xatırlayacağıq, hamını yada salacağıq. Müəlliflərimizə gəlincə, alimlərdir, tanınmış yazıçı və jurnalistlərdir, söz adamlarıdır. Dəyərli yazılara hər zaman səhifələrimizdə yer ayırırıq.
Jurnalın 5 yaşı oktyabrda-payızda tamam olacaq. Payızı çox sevirəm. Payız yalnız saralmış yarpaqlardan ibarət deyil. Payızın özünün gözəl məqamları var. Saralmış yarpağın özü də bir gözəllikdir.
- Jurnalınızda diqqətçəkən çox məqamlar var. Maraqlı rubrikalarınız az deyil...
- Jurnalda həm dəyişkən, həm də ənənəvi rubrikalar var. Biz istedadla yazılan yazıları çap edirik. "Bizə yazırlar" adlı bir rubrikamız var, orada oxucuların ürəyindən keçənləri çap edirik. Hətta bu yaxınlarda bir məhbusun şeirlərini çap etdim. Jurnalımızı bütün kitabxanalara, həmçinin, türmələrin kitabxanalarına da göndəririk. Jurnalımız həmin məhbusun əlinə keçmişdi, bizə şeirlərini göndərdi. Bilirəm ki, o şeirləri çap etməklə ona nə qədər ümid verdim. Demək istəyirəm ki, ziyalılarla yanaşı, sadə insanların da hisslərinə yer ayırırıq.
- Qarşıdan 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü gəlir. Bu sualı təsadüfən vermirəm. Çünki "Yada düşdü"də gələcəyimiz olan uşaqlarla bağlı rubrika var. Bu necə meydana gəldi?
- Uşaqlarla bağlı rubrikanın müəllifi sevimli yazıçımız Salatın Əhmədlidir. Salatın xanım dedi ki, hamımız uşaq olmuşuq, bu günümüz dünənki körpəliyimizdən rişələnib. Özü də yaddaşımızın ən silinməz hadisələri, əhvalatları, xatirələri uşaqlıqla bağlıdır. Jurnalda uşağın şəklini görən valideyn qeyri-ixtiyari olaraq öz uşaqlığını xatırlayır, yadına çox xatirələr düşür. Hətta bir zamanlar həm atanın şəklini, həm də uşağın şəklini vermişdim. Bu da jurnalın öz dəst-xəttinə uyğundur.
- Təbii, bu rubrika jurnala gözəllik gətirir, yazıların yaratdığı gərginliyi yumşaldır...
- Razıyam. Rubrikalarımızın biri də "Qəlbimizə yazılan şeirlər"dir. Burada hər birimiz əzbər bildiyimiz, sevdiyimiz şeirləri çap edirik. Hər şairdən bir yarpaq təqdim edirik. Mikayıl Müşfiqdən, Əli Kərimdən tutmuş, başqalarına qədər sevimli şeirləri çap edirik. Yəqin çoxları bilmir, Mirzə İbrahimov da yaradıcılığa şeirlə başlayıb. Onun da şeirlərini çap etmişik. "Hikmətli sözlər" rubrikamız da maraqlıdır. Keçmişdən yadigar qalan, tarixdən-tarixə keçən, süzülə-süzülə gələn məsəllər, hikmətli sözlər də oxucuların marağına səbəb olur. Bu atalar sözləri bu gün üçün də aktualdır. Hər nömrədə özüm də "Təsisçidən" rubrikasında kiçik esse yazıram. Elmira Axundova bir dəfə dedi ki, elə bil jurnalı oradan başlayırsan, təsisçi sözündən, elə bil o işığı tutub cığırla gedirsən... O rubrikada arada öz şeirlərimdən də verirəm.
İradə SARIYEVA
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ