Suriya ərazisindən atılan daha 2 raket Türkiyənin Kilis şəhərinə düşüb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Xəbərdə o da bildirilir ki, raketlər Suriyanın İŞİD-in nəzarətində olan ərazisindən atılıb. Türkiyə artilleriyası cavab atəşi açıb.
Qeyd edək ki, bu ilk dəfə deyil Kilisə Suriya ərazisindən mərmi atılır. Belə ki, son vaxtlar Kilis şəhəri analoji hallardan çox əziyyət çəkir.