Türkiyə Silahlı Qüvvələri Suriyanın Tuğalı rayonunda 34 İŞİD üzvünü məhv edib. Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, düşmən mövqelərinə zərbələr "Fırtına” haubitsaları və uzaqvuran artilleriya vasitəsilə endirilib.
Bundan əlavə, "İncirlik” bazasından qalxan PUA-lar vasitəsilə daha 29 terrorçu zərərsizləşdirilib. PUA-lar Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərinə raket atılmasına cavab olaraq havaya qaldırılıb. Eyni zamanda terrorçuların xeyli sayda texnikası da sıradan çıxarılıb. PUA-lar vasitəsilə terrorçuların 5 təsbit olunmuş atəş nöqtəsinə ərbələr endirilib, nəticədə bir neçə avtomobillə bərabər həmin mövqelər də dağıdılıb.