Leninqrad vilayətində avtobus dayanacağında partlayış baş verib.
Baki-xeber.com RİA”Novosti”-yə istinadən xəbər verir ki, nəticədə bir nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. İlkin ehtimala görə, partlayış qumbara vasitəsilə törədilib.
"Hələlik motivi bəlli olmayan, qumbara ilə törədildiyi ehtimal edilən partlayış nəticəsində Leninqrad vilayətinin Paşa Volxovsk yaşayış məntəqəsində 5 nəfər xəsarət alıb. Onlardan biri həyatını itirib”- agentliyə danışan şəxs deyib.
Onun sözlərinə görə, hələlik hadisə yerində istintaq-təhqiqat qrupu işləyir və baş verənləri araşdırır. Şahidlərin bildirdiyinə görə, dayanacaqda duran iki kişi arasında çıxan savaş sonrası onlardan biri gedərək əlində qumbara ilə dönüb və onlar əlbəyaxa olunca qumbara partlayıb.