Türkiyənin Qazianep rayonunda polis bölməsinin qarşısında minalanmış avtomobil partladılıb. Baki-xeber.com-un xəbərinə görə, nəticədə bir polis həlak olub, bir neçə nəfər isə yaralanıb.
Xatırladaq ki, bu gün Türkiyə ərazisində daha iki arzuolunmaz olay yaşanıb. Belə ki, ölkənin Suriya ilə sərhədindəki Kilis şəhərinə iki raket düşüb. Nusaybin şəhərində isə kürd silahlılarının hücumu nəticəsində 3 hərbçi həlak olub, 14 nəfər isə yaralanıb.