"Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır” .
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir: "Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcədə milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə Azərbaycan ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər”.
Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində "Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara da münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında "Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun onlara qarşı "Smerç” silahından istifadə etməsi barədə məlumat yayıb.