çərşənbə axşamı günü, 03 noyabr 2026
     

"Müharibənin informasiya cəbhəsi" – Əflatun Amaşov yazır

Image


Azərbaycan Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanatını yaydı, kütləvi informasiya vasitələrinə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə səsləndi.

Ümumən hər dəfə təmas xəttində həyəcan artanda Şura bu sayaq çağırışlar edir. Bəri başdan onu deyim ki, ötən illərlə müqayisədə cəbhədəki durumun KİV-lərdə işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. Daha doğrusu, mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Deməli, MŞ-nin də ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir. Əlbəttə, ayrı-ayrı media orqanlarının və jurnalistlərin bu prosesdəki əməyini vurğulamaq mütləqdir. Nəhayət, Şura işini onların təklif və təşəbbüsləri əsasında qurur.

Media və monolitlik

2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə cəbhəboyu ərazilərdə yaşananlar, ordumuzun kəskin əks həmlələri Azərbaycan cəmiyyətində bəlkə atəşkəsin başlandığı dövrdən indiyədək görünməmiş ruh yüksəkliyi yaratdı. Ayrıca onu deyim ki, bu dəfə siyasi arenamızdan da nə vaxtsa nümayişini xatırlamaqda çətinlik çəkdiyimiz müsbət reaksiyalar gəldi. Müxtəlif məsələlərə münasibətdə ən barışmaz mövqeyi ilə seçilən müxalif təşkilatlar və onların rəhbərləri hakimiyyətə etimad göstərilməsinin vacibliyini əsaslandıran fikirlərlə çıxış etdilər.

Bəli, insanlarımız sosial vəziyyətindən, siyasi dünyagörüşündən asılı olmayaraq monolit mövqe ortaya qoydu. Bu xüsusda müşahidə edilən müsbət tendensiyaları dolayısıylı jurnalistikamızın uğuru kimi qiymətləndirmək mümkündür. Çünki media ictimai rəyi formalaşdıran ən başlıca institutdur. Deməli, media həssas sahədir. Mətbuat Şurası da bəyanatında jurnalistləri cəbhə xəttində baş verənlərə münasibətdə həssaslıq nümayişinə, diqqətli olmağa çağırdı.

Peşəsinə sadiq jurnalistlərimizin yazdıqlarını, sosial şəbəkələrdə bölüşdükləri fikirləri də oxudum. Düşündüm ki, jurnalistlərimiz həyati vacib məsələlərə münasibətdə ortaya qoyduqları dəst-xəttə xələl gətirən hər hansı meyl və meyllərin qarşısının alınmasında qətiyyətlidir. Həqiqi qələm sahiblərimiz fəaliyyəti mövsümi xarakter daşıyan internet saytların cəbhə ilə bağlı yayımladıqları dezinformasiyaları hiddətlə qarşılayırlar. Deməli, yuxarıda qeyd etdiklərim müsbət məqamların müşahidə olunmasında media hərəkətverici qüvvədirsə, bu qüvvənin faydalılıq əmsalına, cəmiyyətdəki imicinə hər hansı formada xələl gətirən ab-havanın aradan qaldırılması da sosial sifarişdir.

IP yarışı və ya sevincdən xəyal qırıqlığına

Mətbuat Şurasının başlıca fəaliyyəti media məkanımızın saflaşmasına yönələn təşəbbüsləri sosial sifariş kimi dəyərləndirməkdən və mövcud istiqamətdə müvafiq tədbirlər reallaşdırmaqdan ibarətdir. Qurumun nəzərəçarpacaq uğurları var. Ancaq internetin geniş vüsət aldığı indiki şəraitdə onlayn media sahəsində ilk baxışdan nəzarətsiz kimi görünən durumla baş-başayıq və az öncə haqqında bəhs etdiyim hiddət və qəzəbin formalaşması məhz bundan qaynaqlanır. Təbii, əsl jurnalistlərdə, eləcə də müxtəlif əhali kateqoriyalarında sui-istifadələrdən qaynaqlanan hiddətin yaranmasında ayrı-ayrı sosial şəbəkə profillərinin «əməyini» də vurğulamaq lazımdır. Diqqət edək, Azərbaycan Mətbuat Şurasının son iki gündəki monitorinqi müəyyənləşdirdi ki, cəhbədə gərginlik müşahidə olunmağa başlayandan sonra gözə ən müxtəlif adlarda xəbər saytları dəyir. Belə saytları bir neçə qrupa bölmək olar.

Birinci qrupa aid olanlar qarşılarına reytinq göstəricilərində irəliləməyi məqsəd qoyublar. Söhbət bildiyiniz IP yarışından gedir. Bu tip saytlar bir qayda olaraq cəbhə ilə bağlı pozitiv, ancaq fantastik hesab ediləcək xəbərlər yaymaqla məşğuldurlar. Məsələn, ermənilərin itirdikləri canlı qüvvənin və texnikanın sayı həddən artıq şişirdirlər. İstinad mənbəyi isə cəbhəboyu zonada yaşayan yerli sakinləri göstərirlər. Belələrinin fəaliyyətinin ziyanlı tərəfi hazırlıqsız kütləyə müsbət təsir göstərərək onu xəyal qırıqlığına uğratmaqdan ibarətdir. Məsələn, «Füzuli rayonu düşməndən azad edildi», «Cəbrayılın 4 kəndini geri aldıq» kimi sərlövhəli yazıların sonradan rəsmi təsdiqini tapmamasının bu rayonların sakinləri olan həmvətənlərimizə necə mənfi təsir göstərdiyini təsəvvürə gətirək. Çox çətindir, axı insanlar iyirmi ildən artıqdır doğma yurdlarının düşmən əsarətindən qurtulmasını böyük həsrət və səbirsizliklə gözləyirlər…

Yersiz pafosdan nifrətədək

İkinci qrupa isə əsasən xarici KİV-lərin, habelə Ermənistan saytlarının məlumatlarını yayan saytlar daxildir. Onların təqdim etdikləri materiallar məzmunca nisbətən yetkindir. Yəni əvvəlki qrupa aid edilən saytlardakı kimi adi leksik və qrammatik pozuntulara təsadüf edilmir. Bu qrupa daxil olanlar üçün də pozitiv təqdimat tərzi xarakterikdir. Sadəcə hadisə və proseslərə yanaşmalarında ciddi yanlışlıqlar var. Bəzən heç fərqinə varmadan düşmən tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan məlumatları gündəmə gətirirlər. Yersiz pafos və nifrət ifadə edən mənasız başlıqlar da öz yerində. Nəzərə alaq ki, biz Azərbaycan xalqı olaraq humanist təbiətliyik. İstəyimiz torpaqlarımızı düşmən tapdağından qurtarmaqdır. Vətənizim üçün vurur və öldürürük. Ancaq prinsipcə erməni mahiyyətinə xas tərzdə davrana bilmərik. Biz Azərbaycanlıyıq. Müharibəni də müharibə qaydalarına uyğun aparırıq. İstərdim ki, cəbhə ilə bağlı məlumat yayan hər bir jurnalist məsələni məhz bu tərzdə qoysun. Zənnimcə, "Düşmənə qan uddurulur”, "Düşmən qanına qəltan edilir” və digər bu sayaq sərlövhələrdən uzaq olmaq daha faydalıdır.

Təxribatın təqdimatı

Mətbuat Şurasının müşahidələri müəyyənləşdirib ki, cəbhə xəttində baş verən proseslərə yer verən internet informasiya vasitələrinin növbəti qrupu da əsasən xarici KİV-lərin materiallarını yayır. Aydın görünür ki, bu qrup Azərbaycan cəmiyyətində bədbin ab-hava yaratmaq niyyətindədir. Belələri başqa hərbi əməliyyatlar zonasında həyatını itirənləri Azərbaycan əsgərləri kimi təqdim edirlər, müxtəlif video-görüntülər yayırlar. Artıq bir sıra görüntülərin Surayadan olduğu müəyyənləşdirilib. Bu qəbildən olan saytlar həmçinin cəbhədə döyüşən Azərbaycan əsgərlərini terrorçu İraq Şam İslam Dövlətinin (İŞİD) hərbi birləşmələri kimi təqdim etməyə və guya Ermənistana qarşı İŞİD-in mübarizə apardığını vurğulamağa çalışırlar. Beləliklə çox güman, Qarabağda baş verənlərə dini çalarlar qataraq müəyyən mənada xristian dünyasının diqqətini cəlb etmək, müxtəlif siyasi gedişlərə baş vurmaq planlaşdırılır.

Bir məqamı da nəzərə alaq ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi və diaspor təşkilatları cəbhədəki hərbi məğlubiyyəti siyasi və mənəvi qalibiyyətə çevirməyə çalışırlar. Qarabağı İŞİD-in plasdarmı olaraq göstərmək cəhdini qeyd etdim. Mövcud kampaniyada bəzi Rusiya KİV-lərinin iştirakı məlumdur. Üstəlik erməni təxribatı sosial şəbəkə profillərinə də daşınıb. Azərbaycanlı adı ilə saxta profil istifadəçiləri var ki, belə desək, erməni infodiversantları tərəfindən idarə olunur. Bu sayaq profillər vəziyyətdən asılı olaraq gah Azərbaycana qarşı açıq nifrət ortaya qoymaqla, gah erməni millətinin ünvanına məqsədli hədyanlar yağdırıb diqqəti özlərinə çəkməklə, gah da Azərbaycanın cəbhədəki uğurlarını fantastik tərzdə təqdim etməklə manipulyasiyalara yol verirlər. Bizdə olan məlumata görə, Gürcüstandakı bəzi ermənipərəst dairələrin də təxribatlara dəstəyi var. Azərbaycan Mətbuat Şurası sadaladığım məqamları diqqət mərkəzində saxlamaqda davam edir.

Hüquqi və mənəvi məsuliyyət

Azərbaycanla müharibə təkcə döyüş meydanlarında getmir. Ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsi yekun nəticə etibarilə cəmiyyətimizin haqqında bəhs etdiyim monolitliyini sıradan çıxarmağı hədəf seçib. Bu məqsədin reallaşması isə torpaqlarımızın işğalının qəbuledilməzliyi qədər yolverilməzdir. Buna görə də özünü media adına iddialı sayan hər bir təşkilat həm həssas, həm də məsuliyyətli olmalıdır. Həssaslıq peşəkarlıq göstəricisidir. Məsuliyyətlilik isə həm peşəkarlıqdan xəbər verir, həm də KİV-i fəaliyyətinin hüquqi müstəvidə müzakirə oluna bilmə ehtimalından qoruyur. Nəzərə alaq ki, cəbhə xəbərləri ilə bağlı manipulyasiyalara yol vermək eyni zamanda olduqca ciddi qanun pozuntusudur. Qanun pozuntusu isə cəzasız qalmamalıdır və qalmayacaq da".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 09:11
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ