çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycanda könüllülər, partiyalar, hətta məhkumlar ermənilərlə döyüş üçün ayağa qalxdı

Image


Ordumuzun əks-zərbələri ilə tam iflasa uğradılmış erməni təxribatı cəmiyyətimizin döyüş ruhunun kükrəməsinə səbəb olub. Əli silah tuta bilən hər kəs orduya öz dəstəyini verməyə çalışır, dəstə-dəstə gənclər cəbhə xəttinə axışır. Azərbaycanın müxtəlif yerlərindən cəbhə bölgəsinə könüllü olaraq vuruşmaq üçün axın edənlərin qarşısını almaq məqsədilə döyüş bölgəsinə yaxın ərazilərdə polis və hərbi blokada postları yaradılıb.
Bu barədə İnterfax-Azərbaycan yerli sakinlərə istinadən məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, hazırda Azərbaycan ordusu ona verilən tapşırıqların öhdəsindən gələ bilir.
O bildirib ki, cəbhəyanı zonalardan insanlar qruplar şəklində gəlir və ermənilərlə döyüşməyə hazır olduqlarını bildirirlər.
Dünən Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında 9 siyasi partiyanın mövcud hərbi - siyasi durumla bağlı müzakirəsi olub. Müzakirələrdə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası,Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Konqres Partiyası, Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası iştirak edib. Toplantıda şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilərək, onların ailələrinə və yaxınlarına baş sağlığı verilib. Yaralıların tezliklə şəfa tapmaları üçün dualar edilib.
Azərbaycan Ordusunun işğal olunmuş torpaqların bir hissəsini azad etməsi uğurlu addım kimi qeyd olunub. Azərbaycan hakimiyyətindən işğal olunmuş bütün torpaqlarımızın tam azad olunmasını təmin etmək üçün siyasi, diplomatik, hərbi və digər tədbirləri daha səylə və ardıcıl davam etdirməsi tələb edilib. Toplantıda bəzi partiyalar tərəfindən hərbi səfərbərliklə bağlı təkliflər də səslənib.
Bakı Dövlət Universitetində (BDU) silahlı təxribat nəticəsində həlak olmuş hərbçilərimiz anılıb. BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Trend"ə verilən məlumata görə, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Bakı Dövlət Universitetində 6 minədək tələbə-əməkdaşın iştirakı ilə tədbir keçirilib.
Həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rektor, akademik Abel Məhərrəmov şəhidlərimizin doğmalarına səbr diləyib.
Bildirib ki, Ermənistan hərbi qüvvələri artıq bir neçə gündür ki, Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib.
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir.
Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
Azərbaycan münaqişənin həlli ilə bağlı məsələnin reallaşdırılması üçün üzərinə düşənləri yerinə yetirsə də, növbəti təxribat törədilib və qarşısı qətiyyətlə alınıb. Prezident İlham Əliyevin dediyi kimi, "bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm".
BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev şəhidliyin ən uca zirvə olduğunu, onların əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasını əks etdirən film-rolikin nümayişindən sonra tələbələr prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, vətənimizi yad tapdağından azad etməyə hər an hazır olduqlarını bildirib, Azərbaycan əsgərinə müraciət qəbul ediblər.
Əsgərlərimizin böyük bir məsuliyyət üzərinə götürdüyünü bildirən tələbələr Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmaq əzmində olduqlarını ifadə ediblər.
Tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və "Qarabağ bizimdir, bizim olacaq" şüarları ilə başa çatıb.

Həbsdəki polkovnik də Prezidentə müraciət edib

Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov dövlət başçısına müraciət edib.
"Qafqazinfo"ya daxil olan müraciətdə M.Səlimov qeyd edir ki, bu gün İstintaq Təcridxanasında saxlanan şəxslər bir nəfər kimi silaha sarılaraq düşmənlə döyüşə getmək istəyir: "Cənab Ali Baş Komandan, mən Azərbaycan ordusunun yaradılmasında, əsgər-zabit heyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm. 1999-cu ilə qədər Müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışmışam. Bu gün həbsdəyəm. Şübhə etmirəm ki, haqq öz yerini tapacaq, mənim günahsızlığım sübut olunacaq və bundan sonra da bütün varlığımla Azərbaycana xidmət edəcəm.
Bununla belə, mən həbsdə rahat yata bilmirəm. Sevinirəm ki, bu gün güclü Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur, ermənilər pərən-pərən olub. Artıq terrorçu Ermənistan dövləti Azərbaycanın qarşısında diz çöküb.
Məhz Sizin qətiyyətiniz, siyasətiniz, peşəkarlığınız, ordumuzun gücü sayəsində düşmən xeyli geri çəkilib.
Cənab Ali Baş Komandan, bu gün həbsxanada onlarla gənc mənə müracitə edir ki, döyüşmək istəyirik. Mən ehtiyatda olan polkovnik kimi Sizdən xahiş edirəm ki, mənim, eyni amanda burada həbsdə olan onlarla gəncin xahişini nəzərə alasınız və bizi cəbhəyə düşmənlə döyüşə göndərəsiniz. Bir hərbçi üçün ən şərəfli yol döyüş meydanıdır. Xahiş edirəm, dövlətimə, millətimə yenidən xidmət göstərməyim üçün məni buradakı dustaqlarla birlikdə cəbhə xəttinə göndərəsiniz. Biz ölməyə yox, öldürməyə hazırıq! Son qanıma qədər döyüşə hazıram. Vaxtilə erməni ordusuna vurduğum zərbələri bir daha təkrarlamaq istəyirəm".
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Göyçaydan Röyal Hacıyev adlı bir qardaşımız yazır...

"Mən Göyçaydan yazıram. Dünən Tərtər rayonunun Marquşevan kəndinə qədər getdik, imkanımız daxilində dostlar arasında topladığımız yardımı çatdırmaq istəyirdik. Orada post qurulmuşdu, artıq dərəcədə xahiş etməyimizə baxmayaraq, bizi geri qaytardılar və bizə deyildi ki, siz ordumuza güvənin, narahat olmayın, əsgərlərimiz üçün dövlətimiz tərəfindən bütün ərzaqlar gətirilir. Dərhal geri qayıtmağımızı istədilər. Bir daha qürur duyduq dövlətimizlə. Həqiqətən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM".
Aşağıdakı sətirlər isə başqa bir soydaşımızın şahidi olduğu və qürur duyduğu mənzərəni gözlər önünə sərir:
"Axşam saat 7-8 aralığında Tərtərə Bakıdan 4 maşın gənc gəlmişdi - el arasında Cip deyilən maşınlarda. Hamısı 25-30 yaşlarında gənclər idi. Maşınlara Azərbaycan bayraqları taxıb, könüllü döyüşməyə gəlmişdilər. Hərbçilərimiz onlara ehtiyac olmadığını deyib rayonu tərk etməyi xahiş etdilər. Onlar isə inad göstərdilər, ön cəbhəyə getmək üçün silah istədilər. Sonda polis çağırıldı və iki polis maşınının müşayiətilə rayondan çıxarıldılar (videoya çəkmişik). Tərtər körpüsünün üstünə çatanda gəncin biri yüksək səslə "Onda gedirik Ağdam tərəfdən döyüşməyə" - dedi. Mənim özümə 20-dən çox gənc zəng etdi ki, gəlmək istəyirik Tərtərə. İnsanlarımız döyüş istəyir, qələbə istəyir.
Millətimizlə qürur duydum!"
Namiq QULİYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 09:11
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ