Cümə axşamı günü, 01 oktyabr 2026
     

Afrika antisiklonu üzündən dünyanı daha dəhşətli yanğınlar gözləyir – indi də “Lüsifer” gəlir...

Image


Dünyanın bir çox ölkəsində davam edən meşə yanğınlarının yaratdığı daha bir təhlükə onun artıq yaşayış məntəqələrini də təhdid etməsidir. Indi bir çox yaşayış məntəqələri yanğınlar səbəbindən təxliyə edilir.

Eyni proses qonşu Rusiyada da qeydə alınır. Qeyd edək ki, Rusiyanın Sibir bölgəsində başlayan meşə yanğınlarından qalxan tüstü 3 min kilometr uzaqlıqdakı Şimal qütbünə qədər gedib çatıb. NASA-nın paylaşımına əsasən, yanğınlar ərazidəki nüvə araşdırma laboratoriyalarını və yüzlərlə evi təhlükə altında qoyur. Qeyd edək ki, həftələrdir davam edən yanğın təxminən 4 milyon hektar ərazini külə çevirib. Bolqarıstanda isə baş verən yanğınlarla mübarizədə meşə təsərrüfatı idarəsinin iki əməkdaşı həlak olub, biri isə xəsarət alıb. Burada Sandanski bölgəsində insan tələfatına səbəb olan daha bir yanğın baş verib. Staroselski rayonunda dörd ev yanıb. Yanğınsöndürənlərə yardım etmək üçün orduya məxsus helikopter əraziyə cəlb olunub. Ölkənin mərkəzindəki Karlovo bölgəsindəki Stara Planina dağ silsiləsinin ətəyində böyük yanğın bir helikopter, hərbi texnika və yanğınsöndürmə dəstələrinin birgə fəaliyyəti nəticəsində söndürülüb. Yanğın qərbdəki Küstend bölgəsində bir kəndə çatdıqdan sonra ən azı altı ev və bir məktəb tamamilə yanıb. Xatırladaq ki, keçən həftə Bolqarıstan ərazisinə isti hava axını daxil olub. Bununla əlaqədar bazar ertəsi günü hava proqnozu xidməti ölkənin əksər hissəsində təhlükənin daha da ciddiləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib.  Belə bir vaxtda, italyan sinoptiklərinin proqnozuna görə, Cənubi Avropaya doğru Afrika subtropik antisiklonu yaxınlaşmaqdadır. Onu odlu xarakterinə görə “Lüsifer” adlandırırlar. “Lüsifer” İtaliyanın cənub əyalətlərini yandırıcı istiyə məruz qoymaqla, ardınca Yunanıstana və Türkiyəyə hərarət gətirəcək və  Cənubi Qafqazadək gəlib çıxacaq. Bu fonda İtaliyanın 8 şəhərində ən yüksək, “qırmızı” təhlükə səviyyəsi elan olunub. Yerli meteoroloqlar görünməmiş isti proqnozlaşdırır - termometrin sütunu 47-48 dərəcəyə qədər yüksələcək. Hesab edilir ki, bu, yeni meşə yanğınlarına gətirib çıxaracaq. Anomal isti təkcə Avropada yox, həm də Şimali Amerikada və Uzaq Şərqdə davam edir. Ekstremal istiyə görə Çinin şərq əyalətlərində fabriklər bağlanıb, Koreyada yüz minlərlə iribuynuzlu mal-qara tələf olub. Lakin belə istilərin səbəb olduğu ən böyük fəlakət məhz yanğınlardır. Bu fonda dünyanın digər ölkəsi olan Əlcəzairdə 14 əyalətdə 31 meşə yanğını qeydə alınıb. Burada  meşə yanğınları nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Yanğınlara hava və qurudan müdaxilə edilir. Bəzi bölgələrdə yaşayış məntəqələrinə yaxınlaşan yanğın səbəbindən insanlar təhlükəsiz bölgələrə köçürülüb.

Yunanıstanın Eviya adasında isə meşə yanğınları bir neçə istiqamətdə yayılıb. Yaxınlaşan alova görə kənd sakinləri gəmilərlə təxliyə olunub. Məlumata görə, Eviyada yüzlərlə ev yanıb külə çevrilib. Hökumət yanğına nəzarətin əldən çıxdığını bildirib. Ümumilikdə ölkədə 150-dən artıq nəhəng yanğın ocağı var. Vəziyyəti çətinləşdirən amillər isə kölgədə 40 dərəcədən yuxarı temperatur və güclü küləkdir. Qeyd edək ki, indiyə qədər yanğınlarda iki nəfər həlak olub, 20 nəfər yaralanıb. ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları son bir neçə gündə 110 min hektardan çox ərazini əhatə edib. Qeyd olunur ki, iyulun 14-də başlayan meşə yanğınlarının yalnız 35 faizə qədərini lokallaşdırmaq mümkün olub. Yerli xilasedicilərin verdiyi məlumata görə, güclü külək və ərazinin relyefi alovun qarşısını almağı çətinləşdirir. Mütəxəssislər bildirir ki, havaların isti və quraqlıq keçməsi alovun daha geniş ərazilərə yayılacağını deməyə əsas verir. Onu da qeyd edək ki, Kaliforniyada meşə yanğınları XIX əsrin ortalarında qurulan Grinvill şəhərini məhv edib. Yerli sakinlərin dediyinə görə, "Diksi" adlandırılan yanğın şəhəri cəmi iki saat ərzində külə çevirib. Sosial şəbəkələrdə şəhərdən geriyə praktiki olaraq heç bir şeyin qalmadığını göstərən görüntülər yayılıb. Şəhərdə yüz ildən çox yaşı olan binalar var idi.

Qardaş Türkiyədə yanğınlar söndürülsə də, yenilərinin başlanması əlavə çətinliklər yaradır. Lakin Azərbaycanın da yardımı ilə əsas təhlükəli mərhələ arxada qalıb. Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli də xüsusi olaraq vurğulayır: “Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkəsindən yardımlar gəlib. Ancaq ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”. Nazirin sözlərinə görə, Azərbaycan 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox texnika ilə Türkiyəyə köməyə gəlməklə hər bir Türkiyə vətəndaşını qürurlandırıb: “Azərbaycanlı yanğınsöndürənlər Türkiyədəki meşə yanğınlarının ilk günlərindən etibarən bizimlə çiyin-çiyinə çalışıb, onların fədakarlıqlarını gözlərinin içindən oxudum. Hansı tapşırıq verildisə, canla-başla yerinə yetirdilər, "Biz oturmağa yox, sizə yardım etməyə gəlmişik" dedilər”. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan Bekir Pakdemirli Azərbaycanın yanğınla mübarizədə dəstəyi, göstərdiyi köməyi əsl qardaşlıq nümunəsi adlandırıb.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ